Türkiyə PKK-nı bitirdi, CHP-nin ittihamları isə bitmir
dunya
Oxunub: 37
30 янв 2026 | 13:11


Son günlərdə Türkiyədə baş verənlər göstərdi ki, Ankara artıq bu mövzuda taktiki manevr mərhələsində deyil, strateji bağlanış mərhələsindədir. Məhz bu nöqtədə ana müxalifət olan CHP yenə prosesi düzgün dəyərləndirə bilmədi.

Türkiyədə təhlükəsizlik məsələləri gündəmə gələndə təkrarlanan bir mənzərə var. Dövlət hərəkətə keçir, sahədə nəticə formalaşır, regional balans dəyişir, müxalifət isə proses başa çatmağa yaxın etik və ideoloji etiraz mərhələsinə keçir. Bu, sadəcə taktiki səhv deyil. Bu, CHP-nin təhlükəsizlik refleksinin struktur olaraq niyə işləmədiyini göstərən problemdir.

Problemin mahiyyəti sadədir: dövlət ağlı ilə müxalifət psixologiyası arasındakı dərin fərq.

Dövlət ağlı təhlükəsizliyi zaman, məkan və güc balansı üzərindən dəyərləndirir. Müxalifət psixologiyası isə onu niyyət oxunuşları, etik kateqoriyalar və keçmiş travmalar prizmasından qiymətləndirir. Bu iki baxış toqquşanda müxalifət demək olar ki, həmişə gecikir.

Son PKK prosesi bu fərqi açıq göstərdi. Türkiyə bu dəfə PKK məsələsinə “danışaq, görək nə olar” məntiqi ilə yox, “bağlayaq və bitsin” rasionalı ilə yanaşdı. Əvvəl regionda məsələ bağlandı, sonra daxili siyasi dil dəyişdi. Suriyada PKK-nın hərbi-siyasi dayaqları faktiki olaraq sıradan çıxarılmadan nə İmralı mövzusu, nə də daxili deeskalasiya gündəmə gələ bilərdi. Bu ardıcıllıq klassik dövlət ağlının işləmə mexanizmidir.

Bu xətt illərdir Rəcəb Tayyib Ərdoğan tərəfindən açıq şəkildə ifadə olunurdu: “Terörle müzakere değil, mücadele edilir.” Bu cümlə çox vaxt şüar kimi təqdim edilsə də, əslində uzunmüddətli strategiyanın xülasəsi idi. Türkiyə əvvəl sahədə mübarizəni apardı, sonra siyasi mərhələyə keçdi. Danışıq zəifliyin yox, üstünlüyün nəticəsi kimi ortaya çıxdı.

Eyni dövlət rasionalı Devlet Baxçalı xəttində də aydın görünür. Baxçalı illərlə PKK ilə bağlı ən sərt mövqeni ifadə etmişdi. Onun son mərhələdə daha ölçülü siyasi dilə keçməsi güzəşt deyil. Bu, təhlükənin sahədə bitdiyinə verilən siyasi təsdiqdir. Dövlət ağlı üçün tabu təhlükə davam edərkən qorunur, təhlükə aradan qalxanda dəyişir.

CHP isə bu mərhələni yenə düzgün dəyərləndirə bilmədi. CHP rəhbərliyinin “masa”, “üniter quruluşun təhlükəsi”, “xəyanət” ritorikası reallığı yox, köhnə qorxuları ifadə edir.

Halbuki ortada masa yoxdur. Masa qurulmazdan əvvəl sahə bağlanıb. CHP hələ də danışığı avtomatik zəiflik kimi oxuyur. Dövlət isə danışığı yalnız təhlükə aradan qalxandan sonra mümkün olan texniki mərhələ kimi görür.

Müxalifətin problemi daha dərindir. CHP təhlükəsizliyi hələ də ya ordunun işi, ya da 1990-cı illərin travması kimi dəyərləndirir. Halbuki müasir dövlətdə təhlükəsizlik diplomatiya, regional balans, miqrasiya, enerji xətləri və psixoloji mühitin eyni anda idarə olunmasıdır. Dövlət bu çoxqatlı sistemi yaxşı bilir. Müxalifət isə yalnız səs-küyü görür.

Bu səbəbdən CHP təhlükəsizlik məsələlərində həmişə reaktiv mövqedə qalır. Proses başlayanda etiraz edir, proses bitəndə “biz demişdik” deyir. Amma təhlükəsizlik sahəsində haqlı olmaq kifayət deyil. Vaxtında haqlı olmaq lazımdır.

DEM Partisi və İmralı ilə bağlı təmaslar da bu kontekstdə yanlış yozulur. Burada məqsəd PKK-nı legitimləşdirmək deyil. Əksinə, onun ideoloji dayaqlarını boşaltmaqdır. Silahlı gücü sahədə qalmayan bir təşkilat üçün ideoloji mərkəzin təsiri də tədricən mənasızlaşır. Ankara məhz bu mərhələni idarə edir.

Beləliklə, Türkiyə PKK-ni indi bağlayır, çünki ilk dəfə olaraq eyni anda üç şərt ödənib: regional hərbi dayaqlar dağıdılıb, daxili təhlükəsizlik balansı qurulub və siyasi risklər idarəolunan səviyyəyə enib. Bu, açılım deyil. Bu, bağlanış mərhələsidir.

Türkiyə siyasətində paradoksal bir reallıq var. Müxalifət demokratiya, hüquq, iqtisadiyyat və sosial ədalət mövzularında danışa bilir, amma təhlükəsizlik məsələsinə gələndə dili tutulur. Ya susur, ya gecikir, ya da reallıqla əlaqəsi olmayan ittihamlar səsləndirir. Bunun səbəbi təkcə iqtidarın gücü deyil. Əsas səbəb müxalifətin təhlükəsizlik anlayışını hələ də yanlış yerdə axtarmasıdır.

Nəticə etibarilə, bu proses nə romantik sülh axtarışıdır, nə də keçmişin təkrarı. Bu, dövlətin problemi bağlama cəhdidir. CHP bu reallığı duymadığı üçün yenə kənarda qalır. Ərdoğan və Baxçalı isə fərqli siyasi köklərdən gəlsələr də, eyni dövlət ağlında kəsişirlər. Və məhz buna görə proses irəliləyir, ittihamlar isə havada qalır.
Сегодня, 10:00
Bir həftədə təbiətə 129 min manatdan çox ziyan dəydi
Сегодня, 09:22
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçının başlama saatı müəyyənləşib
Сегодня, 09:11
Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?
Сегодня, 09:00
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Вчера, 20:31
Prezidentin işdən çıxardığı Süleyman Mikayılov kimdir? - DOSYE
Вчера, 20:26
İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Вчера, 16:00
Müharibə yaxınlaşır: İran mediasından ABŞ əsgərlərinə tabutda qayıdacaqsınız mesajı
Вчера, 15:30
“Yaşıl” dedikləri valyutanın “qara günləri”
Вчера, 14:22
Bu şəxslərin beyninə çip qoyulacaq
Вчера, 13:39
Rusiya Bəşər Əsədi təhvil verəcəkmi? – SON DƏQİQƏ AÇIQLAMASI
Вчера, 13:11
Türkiyə PKK-nı bitirdi, CHP-nin ittihamları isə bitmir
Вчера, 12:40
Ağcabədi rayon sakini, Orucov Oruc İsa oğlunun müraciəti
Вчера, 12:30
Tramp: "Putini bir həftə dayandırdım, Kiyevə hücum etməyəcək, hava soyuqdur"
Вчера, 12:22
Prezident yeni səfiri qəbul etdi- FOTO
Вчера, 12:17
ABŞ-də ölənlərin sayı 80-ni keçdi
Вчера, 12:08
Bu nazirliyin əməkdaşı 18 kq qızılla tutuldu - Evindən silah çıxdı
Вчера, 12:05
Sahibə Qafarovaya ağır itki - Foto
Вчера, 11:18
Pezeşkianın da göyərtəsində olduğu təyyarə Moskvada eniş edib - KİV
Вчера, 11:14
Ölkənin ən gənc generalı ilə bağlı maraqlı - Detallar
Вчера, 10:58
Kremldən ŞOK İran açıqlaması: Rusiya Buşehr AES-ı boşaltmağa hazırdır
Вчера, 10:54
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri tutuldu
Вчера, 09:52
Restoranlarda servis haqqı LƏĞV OLUNDU
Вчера, 09:49
Lavrovdan Azərbaycan açıqlaması
Вчера, 09:43
“Qarabağ”ın rəqibi bu gün bilinəcək
Вчера, 09:35
Tramp açıqladı: “İran rəhbərliyi ilə əlaqə saxladım”
Вчера, 09:21
“Nücəba” silahlı qruplaşması Azərbaycanı niyə HƏDƏF aldı?
Вчера, 09:13
“Müsəlman ölkələri problemlərini müstəqil həll etməlidir” - Hakan Fidan