intertv.az
intertv.az

“Bakı-2015” Londonda təqdim olunacaq

27-04-2015, 17:27 97 972 dəfə baxılıb

“Bakı-2015” Londonda təqdim olunacaq

“Bakı-2015” Avropa Oyunlarının Londonda təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimovun bu şəhərə rəsmi səfəri başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Londonun məşhur “The Dorchester Hotel”ində baş tutacaq qala gecədə nazir Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub.

Təqdimat mərasimi çərçivəsində qonaqlara “Bakı-2015” Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş olunacaq. Eyni zamanda qonaqlara konsert proqramı və Azərbaycan tarixini, mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA