intertv.az
intertv.az

Vüqar Seyidov: Qarabağda axmaqların sayı artdı - MÜSAHİBƏ

13-07-2015, 14:22 109 707 dəfə baxılıb

Vüqar Seyidov: Qarabağda axmaqların sayı artdı - MÜSAHİBƏ






















“Həmkarlar, sakit olun, qorxulu heç nə baş verməyib”

AzərTac-ın xüsusi müxbiri Vüqar Seyidovla müsahibəni təqdim edirik:

- Rusiyanı tələsik tərk edən və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa köçmüş rusiyalı milyonçu German Sterliqov barədə xəbər yerli KİV-in reportajlarında əsas xəbərlərdən biri olaraq qalır. Rusiya ədalət mühakiməsi ilə problemi olan bu oliqarxın davranışına dair sizin fikrinizi bilmək maraqlı olardı.

- Əvvəlcədən deyim ki, bu müsahibəni həvəssiz verirəm. Bu insanın adını yalnız bu xoşagəlməz hadisə ilə əlaqədar eşitdim. Onun haqqında heç nə bilmirdim. İnternetdə axtarmağa çalışdım, bir neçə çıxışına rast gəldim, o cümlədən də bu yaxınlarda İrəvanda etdiyi çıxışa. Yalnız bir neçə dəqiqə qulaq asdım və hər şey aydın oldu. Məndə axmaq təəssüratı yaratdı. Başa düşmürəm, niyə Azərbaycan KİV-i tora belə tez düşüb, kimi gəldi piar edirlər. Orda daha bir axmaq artdı. Bu mövzunu kənara qoyun.

- Necə hesab edirsiniz, terrorist rejimi tərəfindən idarə edilən Azərbaycanın işğal edilmiş ərazisini Sterliqovun “təcavüz səviyyəsi sıfır olan”, “gözəl ölkə” adlandırması, onun həmvətənlərinə cazibədar görünərək, Dağlıq Qarabağa qanunsuz mühacirəti artıra bilərmi?

- Bu, belə axmaqların sayından asılıdır. Əslində inanmıram ki, erməni olmayan mühacirlərin Qarabağa köçməsi elə həmin ermənilərə xoş olsun.

- Azərbaycanın işğal edilmiş ərazilərinə səfərə gələnlərin çoxu etiraf edirlər ki, ora vəziyyətdən xəbərdar olmamaları nəticəsində düşüblər. Guya ki, onlar hələ də Ermənistan ərazisində olmalarını hesab edirdilər.

Bəziləri isə çox zaman rusiyalıların elədiklərinə peşman olmadıqlarını və Azərbaycanın “qara siyahı”sına düşməkdən qorxmadıqlarını deyirlər. Belələrinin arasında sadəcə Sterliqov kimiləri deyil, dünya şöhrətli ulduzlar - məsələn, elə rusiyalı opera ifaçısı Kazarnovskaya kimiləri də var. Baş verənləri Rusiya siyasətində yeni trend hesab etmək olarmı, ya baş verənlər sadəcə təsadüfdür?

- Belə səfərlərin mahiyyətini mən bu qədər artırmazdım. Bəli, onlar hamısı Azərbaycanın “qara siyahı”sına düşür. Amma hansısa trenddən danışmaqdan çəkinərdim. Allahın unutduğu yer üçün bu, çox təntənəli olardı.

- Erməni separatçılığını dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə ucuz tutan belə addımların qarşısını necə almaq olar?

- Yalnız Dağlıq Qarabağa nəzarəti bərpa etməklə. Əks halda bu səfərlər davam edəcək. Bunu istəmiriksə, Azərbaycanın dünya səviyyəsində tanınmış sərhədlərinə nəzarəti bərpa etmək və bununla da ölkəyə kimi buraxıb kimi buraxmamağı qərara almaq lazımdır.

- Və sonuncu sual. Qarabağ separatçılarının lideri Bako Saakyan Londona səfər edib, Chatham House-da çıxış edib və hətta erməni KİV-nə istinadən Böyük Britaniyanın rəsmiləri ilə görüşüb də. Rəsmi Bakının narazılığı və etirazına baxmayaraq Britaniya tərəfinin davranışını necə şərh edərdiniz?

Bax, bu sualda ətraflı dayanacam. Ümumiyyətlə, bizim politoloqlar və jurnalistlər arasında panika məyus edir. Həmkarlar, sakit olun, qorxulu heç nə baş verməyib. Britaniya parlamentinin bəzi deputatları hələ “rəsmi” şəxslər deyil. Bu qondarma rəsmini hökumət səviyyəsində heç kim qəbul etməyib, heç etməzdilər də.

Onun Britaniya parlamentində çıxışına dair isə fikrimi bildirdim. Ona buraxılış vərəqəsinin verilməsinin heç bir mənası yoxdur. İstənilən deputat və ya deputatlardan ibarət qrup parlament binasında özəl tədbir keçirə bilər. Bu, tədbirin parlamentin tədbiri olması və ya çağırışın gündəliyinə daxil olması demək deyil.

İki il bundan öncə mən Lordlar palatasının üzvlərindən birinin təşkil etdiyi şam yeməyinə dəvət almışdım. Tədbirdə çoxsaylı lordlar və palata deputatları iştirak edirdi. Qonaqların arasında ABŞ-dan azad olmalarını elan edən Omaxa tayfasının rəhbəri geyimində olan qonaq var idi. Bizi masa arxasına oturdana qədər mən onunla tanış olub, hətta bir az söhbət də etdim. Çox koloritli şəxs idi. Şam yeməyi zamanı ona söz verildi və o, bir sağlıq dedi. Parlamentin üzvləri də daxil olmaqla, hamı gülümsəyir və alqışlayırdı.

Nə olsun ki? İndi bu özünü müstəqil elan etmiş dövlətin Britaniya rəsmiləri tərəfindən qəbul edilməsi deməkdir? İndi ABŞ həyəcan təbili çalmalı, bu sağlığı Azərbaycan jurnalistləri kimi “Siciliya mesajı” kimi qəbul etməlidir? Bako Saakyanın statusu – adı bir neçə ad birləşməsindən ibarət olan və heç cür yadda qalmayan həmin o hindunun statusu ilə eynidir.

Daha iki misal çəkim: Keçən il Avropa parlamentinin deputatı Çaba Şoqorun təşkil etdiyi (bu barədə Azərtac yazıb: http://azertag.gov.az/ru/node/1194947) bir yığıncaqda iştirak etdim. Bu yığıncaqda rus dilində erməni müəlliflərinin yazdığı nitqi vərəqdən çətinliklə oxuyan tanıdığımız Əlikram Hümbətov çıxış etdi. İndi nə olsun? Belə çıxır ki, bütün bu məzhəkə Avropa parlamentinin tədbiri və deputatın bu təlxəyi “Talış Muğan Respublikası prezidenti” kimi təqdim etməsi də “Avropa İttifaqının mövqeyi” idi? Təbii ki, bu, cəfəngiyyatdır.

Parlamentin divarları arasında baş verən hər şey dövlətin və hakimiyyətin mövqeyi olması anlamına gəlməz. ABŞ konqresinin dəhlizlərində 1915-ci il ilə əlaqədar mətbuat konfransları, sərgilər və bir sıra tədbirlər keçirilir və təşkilatçılar isə konqresin “Erməni qrupunun” üzvləridir. Amma bu ki konqresin mövqeyi demək deyil.

Əgər İrəvanda kim isə mənimlə razı deyilsə, həmin adama bildirməliyəm ki, əgər biz - bir qrup azərbaycanlı bir neçə il bundan öncə Haaqada parlament binasında bu mövzuya həsr edilmiş konfrans keçirmişiksə, həm də parlament deputatlarının iştirakı ilə, onda Hollandiya rəsmi olaraq Xocalı soyqırımını tanıyıb.

Bako ilə də eyni vəziyyətdir. Parlament binasında rəsmi və özəl tədbirlər arasında dəqiq səddi görmək lazımdır. Tanıma yarımçıq olmur. Bu ya var, ya da yoxdur. Əgər Bakonun Britaniya parlamentinə daxil olmasını və onun həmin hindunun çıxışına bənzər çıxışını rəsmi səviyyədə qəbul kimi xarakterizə etmək olarsa, mən Xankəndidə Britaniya səfirliyini görmürəm. Səfirlik və diplomatik münasibətlər yoxdursa, deməli heç bir rəsmiyyət də yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA