İlham Əliyev Ağdərəyə getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verib.
Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.
Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.
Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkib və yaşayış şəraiti ilə maraqlanıb.
***
Prezident İlham Əliyev Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən Su Elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 Su Elektrik Stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib. Hazırda 22 SES “Azərenerji” ASC tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır.
Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.
Stansiyanın ölkə enerjisiteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub.
Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.
Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar, eyni zamanda, zərərli maddələrin suya qarışmasının qarşısını almaqla, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.
***
Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub.
***
Prezident İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub.












Сегодня, 13:42
Ramiz Mehdiyevin çevriliş səs yazısı və evindən çıxan pullar - DTX-nin əməliyyatı
Сегодня, 13:38
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı KTMT-nin üzvü edəcəkdi
Сегодня, 13:32
3 gün ardıcıl iş olmayacaq - TARİXLƏR
Сегодня, 13:28
SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO
Сегодня, 11:51
İrəvanla Tehran strateji əməkdaşlıq sənədi imzalayacaq
Сегодня, 11:42
Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması müntəzəm xarakter alıb - RDY
Сегодня, 11:22
ABŞ-ın vitse-prezidenti: Tramp Azərbaycanla tərəfdaşlığa sadiqdir
Сегодня, 11:18
Bakıda yeni metrostansiya nə vaxt açılacaq? - Rəsmi açıqlama
Сегодня, 11:13
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
Сегодня, 09:50
ABŞ İran yaxınlığına əlavə hərbi qüvvələr göndərir
Сегодня, 09:44
Pensiya kapitalı nə qədər artırıldı?
Сегодня, 09:28
Rusiyada "WhatsApp" tamamilə bloklandı
Сегодня, 09:24
Trampdan İrana qarşı iki cəbhəli siqnal: Ağ Evdə məxfi iclas, Netanyahu ilə kritik görüş
Сегодня, 09:22
Avropa Parlamentinə açıq çağırış: Qərbi azərbaycanlıların haqqını...
Сегодня, 09:20
İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
Сегодня, 09:11
Cənubi Qafqaz “postsovet məkanı”ndan çıxarıldı: ABŞ-ın Azərbaycanla imzaladığı sənəd qlobal güc balansını dəyişir
Сегодня, 09:00
Bu necə işdir: Prokurorluq Epşteynin intiharından bir gün əvvəl onun ölümünü elan edib
Вчера, 21:09
Prezident məmurlara tapşırıq verdi
Вчера, 16:00
Bitkoinin iflası: Azərbaycanda 120 min nəfərin xəyalı puç oldu
Вчера, 15:30
Bələdiyyələr daha torpaq sata bilməyəcək
Вчера, 13:54
Türkiyə “Nüvə Klubu”na QOŞULACAQ? – Mühüm gəlişmə
Вчера, 13:49
Prezident: Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir
Вчера, 13:43
Nəriman Axundzadə haqqında ilk dəfə açıqlandı: "Çoxları bunları bilmir"
Вчера, 13:38
Prezident müşavirə keçirdi
Вчера, 12:50
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul etdi - FOTO
Вчера, 12:45
“Qarabağ” – “Nyukasl” matçının biletləri satışa çıxır
Вчера, 12:28
Azərbaycanda orta aylıq maaş 1100 manatı keçdi