Ali Məhkəmədən mirasla bağlı yeni qərar
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.
Mirasda məcburi payın həcminin müəyyənləşdirilməsi ilə bağlı qəbul edilən qərarda qeyd edilir ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır.
Qanun miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır.
Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir. Ona görə də məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər. Mülki Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
Məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur.
Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər.
Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka “məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur.
Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.
Сегодня, 18:57
Bakının bu rayonuna yeni DYP rəisi təyin edildi
Сегодня, 18:53
İlham Əliyev Ərdoğana başsağlığı verib
Сегодня, 16:18
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Сегодня, 16:00
Çempionlar Liqasında ilin ilk oyunları
Сегодня, 15:30
Pensiyaçılara sevindirici XƏBƏR - Fevraldan bu qədər artacaq
Сегодня, 14:32
Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlərin tarixi
Сегодня, 14:22
Tramp: Putin Rusiyanı məhv edir
Сегодня, 13:37
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
Сегодня, 13:32
İlham Əliyev Latviya Prezidenti ilə görüşdü - Foto
Сегодня, 12:43
Metroda bu cərimələr artırıldı - MƏBLƏĞLƏR
Сегодня, 12:38
Bakıda Abdulbari Gözəlin yas mərasimi keçirilir - FOTOLAR
Сегодня, 12:27
İlon Maskı faşist adlandırdılar - Hərəkəti viral oldu
Сегодня, 11:45
Trampdan sərt addım: Bütün xarici yardım proqramlarını dayandırdı
Сегодня, 11:40
Tramp Baydenin qəbul etdiyi 78 sənədi ləğv edib
Сегодня, 11:33
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
Сегодня, 11:24
Vətəndaşların işi Şuşada da “ASAN”dır - Fotolar
Сегодня, 11:07
Andiçmədə ən çox müzakirə edilən açıqlaması bu oldu
Сегодня, 10:38
Blinkenin postuna onun namizədliyi təsdiqləndi
Сегодня, 10:35
Türkiyədə xizəkçilik kurortunda yanğın - 10 ölü, 31 yaralı - Yenilənib
Сегодня, 10:22
Nadir Əhmədli: Sağlam Dərinizin Etibarlı Həkimi
Сегодня, 09:58
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Сегодня, 09:54
İmişlidəki qəzaya görə bir nəfər həbs edildi
Сегодня, 09:46
Rusiyanın Azərbaycana “ÇOX SAĞOL”U, çirkin oyunu - AZTV-dən tənqid - VİDEO
Сегодня, 09:32
Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 gözlənilməz FAKT
Сегодня, 09:26
Ərdoğan: Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir
Сегодня, 09:21
Ermənistanı təşvişə salan müharibə mesajı: “Vaxt gəldi”
Сегодня, 09:13
KİV: Tramp ABŞ-də ölüm cəzasını bərpa etməyi planlaşdırır