intertv.az
intertv.az

Nazir: 2024-cü il Olimpiya Oyunları Azərbaycanda keçirilə bilər

26-06-2015, 12:41 121 415 dəfə baxılıb

Nazir: 2024-cü il Olimpiya Oyunları Azərbaycanda keçirilə bilər



















“Yekun qərarı dövlət başçısı verəcək”

Böyük idman tədbirlərinin keçirilməsi özlüyündə olimpiya oyunlarına aparan yoldur.

Intertv.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazirin sözlərinə görə, Azərbaycan 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarına iddia edib: “Avropa Oyunları da ölkəmizin hazırlığını göstərmək üçün yaxşı fürsətdir. Bildiyiniz kimi, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəyik. Şahmat Olimpiadasını yüksək səviyyədə keçirməyə çalışacağıq. Azərbaycanda “Formula 1” yarışı da keçiriləcək.

İslam Həmrəylik Oyunları, 2020 Futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkənin müxtəlif sahələr üzrə hazırlığı nümayiş etdirməsi üçün yaxşı fürsətdir. Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə bağlı da məsələ var, yekun qərarı dövlət başçısı verəcək.

Sentyabrın 15-dək vaxtımız var ki, vəziyyəti dəyərləndirək. Bundan sonra qərar veriləcək, hələlik qərar yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA