Əmrah Həsənli dövlətimizə, xalqımıza şərəfli xidməti edir
siyaset
Oxunub: 594 330
12 авг 2024 | 16:18
Əmrah Həsənli dövlətimizə, xalqımıza şərəfli xidməti edir


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də 54 saylı Mingəçevir seçki dairəsindən 2003-cü il təvəllüdlü deputatlığa namizəd, Təhsil eksperti Həsənli Əmrah Qoşqar oğludur.

Əmrah Həsənli dövlətimizə, xalqımıza şərəfli xidməti edir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Əmrah Həsənlinin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Əmrah Həsənli Mingəçevir seçki dairəsindən bütün sorğularda birinci yerdə gedir .

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Əmrah Həsənli Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Əmrah Həsənli Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Əmrah Həsənli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əmrah Həsənlinin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Əmrah Həsənli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Əmrah Həsənliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Əmrah Həsənli Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Əmrah Həsənli - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Əmrah Həsənli peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əmrah Həsənli bu işin müqəddəsliyini qoruyub saxlayır. Əmrah Həsənli kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Əmrah Həsənli Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Əmrah Həsənli böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əmrah Həsənli yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əmrah Həsənlinin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əmrah Həsənli insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əmrah Həsənli bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vətənpərvər ziyalımız Əmrah Həsənli Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Əmrah Həsənlidə məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Əmrah Həsənli olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Ona etibar edilən bütün işlərdə Əmrah Həsənli özünü doğruldub. Bizdə hörmətli Əmrah Həsənliyə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Вчера, 16:32
Azərbaycan Prezidenti: Biz Ağdamı yenidən qururuq və quracağıq
Вчера, 16:28
Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - Cinayət işi açıldı
Вчера, 14:17
Prezident və xanımı Sarıcalı kəndinin açılışında iştirak ediblər - YENİLƏNİB
Вчера, 14:04
Badamdarda sürüşmə zonasında 40 illik şam ağacları məhv edildi — Yerində obyekt tikən kimdir? (VİDEO/FOTOLAR)
Вчера, 13:00
Polşa müharibəyə hazırlaşır
Вчера, 12:50
Prezident və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib
Вчера, 12:18
Qaxın Əlibəyli kəndində ekoloji fəlakət: Meşə zonası zibilliyə çevrilib
Вчера, 12:11
AAAF Park qanunsuz tikintilərin meydanına çevrilib – əhalidən etiraz – Foto
Вчера, 11:55
Belarus sərhədində ABŞ hərbçiləri öldürülüb
Вчера, 11:09
Biləsuvarda “ağ qızıl” əməliyyatı: Bələdiyyə sədri ilə müavinin işbirliyi
Вчера, 11:07
Korrupsiyada ittiham olunan rəsmi nümayəndə, tikinti xaosu... - AAAF PARKDA NƏ BAŞ VERİR?
Вчера, 11:02
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
Вчера, 10:56
Prezident xanımı ilə Ağdama getdi
Вчера, 10:29
Türkiyədə hoteldə güclü yanğın - Ölən var + Video
Вчера, 10:24
Kəsəmənli ailəsində qalmaqal - “Kartları açıq oynasaq...”
Вчера, 10:07
Ərdoğanı təhqir edən “Türkiyə gözəli” saxlanıldı - Foto
Вчера, 10:01
Faciəvi şəkildə ölən qadın pediatr imiş
Вчера, 09:56
Paşinyan onları hədələdi - “Sizi tapdalayacağam”
Вчера, 09:51
“Putin tezliklə öləcək...” - Zelenski
Вчера, 09:45
Baş katib: Türkiyəsiz Avropanın müdafiəsini təsəvvür etmək mümkün deyil
Вчера, 09:38
“TikTok”da gördüyü elan başına bəla oldu
Вчера, 09:32
Bir sıra dönərxanalarda nöqsanlar aşkarlandı - SİYAHI
Вчера, 09:28
"Qarabağ"ın və millinin futbolçusu Avropa klubuna keçir
Вчера, 09:11
Avropalı hərbi ekspert: "NATO bu tarixdə mövcud olmayacaq"
Вчера, 09:00
Alman xalqı depressiyadadır, iş qabiliyyətləri azalıb
26-03-2025, 22:54
Yasamal rayonu ərazisində ağaclar MƏHV EDİLİR - Nazirlik hərəkətə keçdi
26-03-2025, 12:06
Dərslər bu tarixdə başlayacaq: dəyişiklik olundu