O ölkədən sürpriz Zəngəzur mesajı – “Azərbaycan istədiyini alacaq, biz də...”
siyaset
Oxunub: 175 962
6 фев 2024 | 16:00
O ölkədən sürpriz Zəngəzur mesajı – “Azərbaycan istədiyini alacaq, biz də...”


Politoloq Oqtay Qasımov Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ-nin Xarici Əlaqələr Şurasının (Council on Foreign Relations) iddiasına görə, Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı var və bu, Vaşinqton üçün prioritet deyil. Sizcə, yeni qarşıdurma üçün zəmin varmı və hansı həll edilməmiş məsələlər toqquşmaya yol aça bilər?

- Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, Ermənistan öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır, yəni Zəngəzur dəhlizinin açılmasından yayınır, mina xəritələrini vermir və sürətlə silahlanır, gərginlik qalacaq. Bu baxımdan, eskalasiya ola bilər. Bəzi Avropa təsisatlarından Azərbaycana təzyiqlər Ermənistan cəmiyyətində belə bir əhval-ruhiyyə yaradıb ki, guya müəyyən bir zəmin yarana, Azərbaycan sanksiyalara məruz qala və Ermənistandan da bundan yararlanaraq revanş götürə bilər.

Bəli, Ermənistanda belə fikirlər var. Dediyim kimi, nə qədər ki, sülh müqaviləsi imalanmayıb və sözügedən öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilməyib, hansısa gərginlik ola bilər. Ən azı nəzəri baxımdan belədir.

- Bəs sülh müqaviləsi hansı aralıqda imzalanacaq? Məsələn, ABŞ-nin “Fitch Group” reytinq şirkətinin fikrincə, bu, ilin ilk yarısında ola bilər.

- Belə bir müddət üçün yüksək ehtimal vermirəm. Ən azı gedişat və prosesin sürəti belə bir ehtimal yaratmır.

Bilirsiniz ki, Ermənistan tərəfi Azərbaycana mina xəritələrini verməli idi. Özlərinin dediklərinə görə, bu, yeni formatda olacaq, amma hələ də baş verməyib. Ermənistan qanunvericiliyi, vaxtilə bu ölkənin parlamentinin qəbul etdiyi bir sıra qərarlar, o cümlədən Konstitusiya və Müstəqillik aktı da sülh müqaviləsinin imzalanmasına əngəl olan ciddi faktorlarlardır. Son dövrlərdə Ermənistanda Konstitusiya dəyişikliyinin müzakirə edilməsi də bu qəbildəndir.

Hansısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Amma Ermənistan Konstitusiyası və digər qanunvericilik aktları dəyişdirilməsə, bu ölkədə nə vaxtsa hakimiyyətə gələcək hansısa qüvvə bunları əlində “əsas” tutaraq, yenə də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilər.

Bu məsələnin həlli də xeyli vaxt aparacaq. Yəni referendumun təyin edilməsi və cəmiyyətin buna hazırlanması uzun zaman aparan məsələlərdir. Qeyd olunan müddətdə bunların tamamlanması problematik görünür.

- “Fitch Group”in başqa bir iddiasına görə, mümkün sülh müqaviləsində Zəngəzur dəhlizinə Azərbaycanın nəzarətini gücləndirəcək müddəaların yer alması ehtimalı yüksəkdir. Bunun haqda fikriniz necədir?

- Azərbaycan mövqeyini açıq şəkildə ortaya qoyub. Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəa 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndində yer alıb. Həmin bənddə Ermənistanın maneəsiz və təhlükəsiz keçidə təminat verməsi məsələsi nəzərdə tutulur. Eyni zamanda, burada keçidə Rusiya sərhədçilərinin nəzarəti məsələsi yer alır. Əlbəttə, Azərbaycan Ermənistanın son davranışlarını da izləyir.

Azərbaycan prezidenti yanvarda yerli telekanallara müsahibəsində açıq şəkildə dedi ki, Ermənistan bu müddəadan geri çəkilməyə çalışır və öhdəliklərini yerinə yetirmir.

Ermənistan bəyan edir ki, guya dəhlizin təhlükəsizliyini özü təmin edə bilər. Amma Azərbaycan Ermənistanın verdiyi təhlükəsizlik təminatlarını yetərli saymır. Azərbaycan istəyir ki, orada sərbəst və təhlükəsiz hərəkət təmin olunsun. Əlbəttə, bu, müzakirə edilməli mövzudur. Hər halda bu (“Fitch”in proqnozu – red.) iddiadır, Ermənistan buna reaksiyası necə olacağını görəcəyik.

- Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri qonşulara ərazi iddialarının məntiqsizliyindən danışmağa başlayıblar. Məsələn, partiyanın deputatı Vaaqn Aleksanyanın sözlərinə görə, üç milyon əhalisi olan Ermənistanın bütün qonşularına ərazi iddiasında olması məntiqli deyil. Hətta Aleksanyan ərazi iddialarını “illər əvvəl ermənilər üçün yazılmış arzu” adlandırıb. Ermənistanın hakim komandasından gələn bu mesajları necə şərh etmək olar?

- Bu onu göstərir ki, Ermənistan cəmiyyəti və siyasi qüvvələri arasında reallığı, rasional düşüncəni mənimsəyən insanlar var və onların sayı getdikcə artır. Əlbəttə, Ermənistanın dörd qonşusuna qarşı ərazi iddiasında olması bu ölkənin özünün mövcudluğunu şübhə altına alır. Nəticədə belə iddiaların Ermənistan üçün ciddi problemlər yaratdığı fikirləri səslədirilməyə başlayıb. Əslində bu, müsbət haldır.

Ermənistan bu zərərli iddia və fikirlərdən nə qədər tez daşınsa, onun üçün daha faydalı olacaq.

Bir düzəliş etmək də yerinə düşər: həmin deputatın söylədiyi kimi, Ermənistan əhalisi 3 yox, 1.5 milyondur. Bunu da Ermənistan rəsmilərinin açıqladıqları rəqəm əsasında deyirəm.
Вчера, 12:43
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama
Вчера, 12:38
İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - Video
Вчера, 12:31
Prezident Yevlaxda açılışda iştirak edib - Fotolar
Вчера, 12:21
ABŞ-də xatirə fotosu!
Вчера, 09:30
Əliyev BMT-də Qafqazın yeni güc balansını rəsmən elan etdi: Rusiya isə dərhal Ermənistanda "təxribat şəbəkəsi"ni hərəkətə gətirdi
Вчера, 09:12
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi - Foto
Вчера, 09:07
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Вчера, 09:02
Azərbaycanda Anım Günüdür!
Вчера, 09:00
Ərdoğanın yanından ayırmadığı Fatimə kimdir? - FOTO
26-09-2025, 16:00
Adnan Əhmədzadə ötən il də saxlanılıbmış
26-09-2025, 15:30
Trampın qlobal planı ÜZƏ ÇIXDI - İLGİNC DETALLAR
26-09-2025, 14:17
Qanunsuz balıq ovu edən bir qrup şəxs saxlanıldı - Fotolar
26-09-2025, 14:11
Adnan Əhmədzadə İsveçrədə yarım milyonluq cərimə edilibmiş
26-09-2025, 13:59
İlham İsmayıl sərbəst buraxıldı
26-09-2025, 12:25
Təyyarə ilə Azərbaycana narkotik gətirdi, tutuldu - FOTO
26-09-2025, 12:14
Anım Günü ilə bağlı dünya parlamentlərinə müraciət edilib
26-09-2025, 11:36
Tramp: Türkiyə 2000 ildə edilməyən bir işi bacardı
26-09-2025, 10:53
Putinlə Paşinyan görüşdü - Nədən danışdılar? - VİDEO
26-09-2025, 10:46
Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi
26-09-2025, 10:30
“Qarabağ” “Qəbələ”yə, “Zirə” “İmişli”yə qarşı
26-09-2025, 10:25
“İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil”
26-09-2025, 09:41
Hörmətini belə göstərdi...
26-09-2025, 09:35
Suriyadan 7 nəfər Azərbaycan vətəndaşı ölkəmizə gətirilib
26-09-2025, 09:30
Türkiyə və ABŞ arasında nüvə əməkdaşlığı memorandumu imzalanıb
26-09-2025, 09:26
Prezident ailəsinin Nyu-Yorkdan fotosu
26-09-2025, 09:21
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
26-09-2025, 09:00
Ərdoğan-Tramp tandeminə qarşı “gizli güc” faktoru: Türkiyə və ABŞ-ın maraqları məhz Yaxın Şərqdə toqquşur