Çin savaşa qatılır, Kreml "Si notu"nda rəqs edəcək: Rusiya "kiçik qardaş"a çevrilir
dunya
Oxunub: 107 525
22 мар 2023 | 09:49
Çin savaşa qatılır, Kreml "Si notu"nda rəqs edəcək: Rusiya "kiçik qardaş"a çevrilir


Kreml Çin liderinin Moskva səfərindən məmnundur, ancaq Rusiyanın gələcək taleyini ciddiyə almayan rəsmi Pekindən umduğunu da tam ala bilmədi... Rəsmi Pekin indiki mərhələdə ABŞ və Qərbə qarşı ittifaq qurmaq, Rusiya, Belarus, İran, Şimali Koreya və Hindistanla yanaşı, Səudiyyə Ərəbistanı başda olmaqla, bəzi ərəb ölkələrini də Çinin liderliyi altında koalisiyanın potensial təmsilçiləri sırasında görmək istəyir...
Ukrayna savaşı ətrafında geopolitik proseslər həm intensivləşir, həm də qəlizləşir. ABŞ və Qərb bu savaşın dayandırılması və sülh danışıqlarının başlanması cəhdlərini israrla bloklayır. Və belə anlaşılır ki, Rusiya Ukrayna savaşında hələ uzun müddət davam etmək məcburiyyətində qalacaq.

Kremldə hazırda daha çox Ukrayna ordusunun yaxın həftələrdə həlledici əks hücum əməliyyatlarına başlaya biləcəyindən narahatdırlar. Çünki ABŞ və Qərb Ukrayna ordusunu yeni hərbi texnika ilə nisbətən gücləndirməyə çalışır. Rusiya isə hərbi potensialını böyük ölçüdə tükəndirmək üzrədir. Belə vəziyyətdə Rusiyanın müqavimət göstərmək imkanları məhdudlaşmış olacaq. Və savaşın birbaşa Rusiyanın sərhədləri içərisinə sıçrama təhlükəsi artacaq.

Ancaq Kremlin Rusiyanı mümkün hərbi məğlubiyyətdən yayındırmaq baxımdan, ümidləri tam tükənməyib. Hər halda, Ukrayna savaşı ətrafında yaranmış geopolitik proseslərə Çin müdaxilə ehtimalı da mövcuddur. Çünki, rəsmi Pekin Ukrayna savaşını ssenariləşdirən beynəlxalq güclərin əsas hədəfinin məhz Çin olduğunu artıq anlayır. Və bu səbəbdən, son vaxtlar Çinin aktivləşməyə qərar verdiyi də müşahidə olunur.

Halbuki, bir müddət öncəyə qədər rəsmi Pekin Ukrayna savaşına hər hansı mərhələdə bulaşmadan yayınmağa üstünlük verirdi. Çin hətta Rusiya ilə məsafə saxlamağa çalışırdı. Kremlin hərbi dəstək müraciətlərini sükutla qarşılayırdı. Hətta rəsmi Pekin Çin lideri Si Tszinpinin Rusiyaya rəsmi səfəri ilə bağlı dəvətləri də müxtəlif bəhanələrlə gecikdirirdi. Kremlin israrlı dəvətləri həmin səfərin ən yaxşı halda, bu ilin sentyabrında reallaşa biləcəyi barədə ilkin anlaşma ilə nəticələnmişdi.

Ancaq Ukrayna savaşı ətrafında geopolitik proseslər o qədər sürətlə inkişaf edir ki, Çinin aktivləşməyə başlaması da qətiyyən təəccüblü görünmür. Rəsmi Pekin Çin liderinin sentyabra nəzərdə tutulan Moskva səfərini artıq tez-tələsik reallaşdırıb. Rusiya və Çin liderləri təxminən beş saata yaxın bir müddət ərzində qapalı qapılar arxasında dünyada baş verən hadisələri müzakirə ediblər.

Onu da qeyd etmək lazımdır ki, Çin lideri Moskvaya qətiyyən əliboş getməyib. Bu səfərdən bir qədər əvvəl Çin Ukrayna savaşını dayandırmaq üçün 12 bənddən ibarət sülh variantı təklif etmişdi. Rəsmi Pekinin təklifləri birmənalı şəkildə beynəlxalq hüquq normalarına əsaslanırdı, dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığını ehtiva edirdi. Və bu, bütün tərəflərin qəbul edəcəyi təqdirdə, ədalətli sülhə təminat verirdi.

Təbii ki, ABŞ və ən yaxın müttəfiqləri Çinin sülh təkliflərini dərhal qəbulolunmaz elan etdi. Nəticədə, əvvəlcə bu təkliflərə müsbət yanaşdığını biruzə verən bəzi Qərb ölkələri, hətta Ukrayna rəsmi dairələri belə, susmaq məcburiyyətində qaldı. Bu isə o deməkdir ki, sülhün nə vaxt və hansı şərtlərlə reallaşa biləcəyi məhz Ağ Evdə müəyyən olunacaq.

Bütün bunları nəzərə aldıqda, rəsmi Pekinin birdən-birə Çin liderinin Rusiya səfərini tezləşdirməsi tamamilə başadüşüləndir. Bu səfər Çin Ukrayna savaşında tərəfə çevrilmək məcburiyyətində qaldığını təsdiqləyir. Kremldə isə bundan olduqca məmnundurlar. Hətta prezident Vladimir Putinin Çin liderini onun avtomobilinin qapısına qədər müşayiət etməsi Kremlin son ümidlərinin məhz rəsmi Pekinin hərbi-siyasi dəstəyinə bağladığını sezdirir.

Maraqlıdır ki, Çin liderinin səfərindən sonra əsas qənaətlər Rusiyanın tədricən rəsmi Pekinin təsiri altına düşəcəyi ilə bağlıdır. Hesab olunur ki, tarixən "böyük qardaş" statusuna vərdişli Rusiyanı Çinin "kiçik qardaşı"na çevrilmə dövrü gözləyir. Hər halda, hazırda belə bir görüntü mövcuddur. Və rəsmi Pekin də bunda birbaşa maraqlıdır, əks halda, Rusiyanın xilas edilməsinə yönəlik addımlar atmaqla, Çini qlobal hərbi-siyasi qarşıdurmaya bu qədər bulaşdırmazdı.

Məsələ ondadır ki, Çin lideri, prezident Vladimir Putinlə görüşdən sonra rəsmi Pekinin dünya qaydalarının qorunması üçün Rusiya ilə ortaq şəkildə mübarizə aparacağını bəyan edib. O, bildirib ki, dünyanın birqütblü olması yolverilməzdir. Dünyada ədalətin olması üçün bir çox hüquqi-siyasi mərkəzlərin paralel fəaliyyəti olduqca vacibdir. Bu, o deməkdir ki, rəsmi Pekin ABŞ və Qərbə qarşı Rusiya-Çin ittifaqının mümkünlüyünü qabartdır.

Halbuki, son vaxtlar ABŞ Rusiyaya dəstək niyyətindən uzaq durması üçün Çinə israrla xəbərdarlıq edirdi. Hətta Çin lideri Moskvada olarkən, ABŞ prezidenti Co Baydenin ona şəxsən telefonla zəng etdiyi də məlum olub. Ancaq Çin lideri vaxtının olmadığını səbəb göstərərək, ABŞ prezidenti ilə danışmaqdan imtina edib. Yəni, dolayısı ilə Ağ Evə Çin-Rusiya ittifaqının qaçılmaz olduğu mesajı verilib.

Digər önəmli məqam ondan ibarətdir ki, Çin lideri Rusiya hərbi yardım göstəriləcəyi barədə vədlərlə Kreml sahibini olduqca məmnun edib. Ancaq Çin lideri bu məsələdə ABŞ-a yönəlik incə siyasi-diplomatik mesajın verilməsini də qətiyyən unutmayıb. Belə ki, o, ABŞ Tayvana nə qədər dəstək verirsə, Çinin də Rusiyaya o qədər hərbi yardım göstərmək niyyətində olduğunu bildirib.

Belə anlaşılır ki, əslində, rəsmi Pekini Rusiyanın taleyi qətiyyən narahat etmir. Çin Rusiyaya dəstək məsələsində də yalnız öz geopolitik və milli maraqlarına sadiqdir. Rəsmi Pekin demək istəyir ki, əgər, Çinin Rusiyaya hərbi yardım niyyətindən narahatdırsa, onda ABŞ mütləq Tayvana dəstəyini dərhal dayandırmalıdır. Yəni, indi Çinin Rusiyaya dəstəyi müəyyən mənada, ABŞ və Qərbin davranışlarından asılı olacaq.

Təbii ki, ABŞ Çin liderinin Rusiya səfərinə dərhal reaksiya verib. Ağ Evdən bildirilib ki, rəsmi Pekinin hansı mövqedə olmasından asılı olmayaraq, ABŞ Ukrayna savaşı ətrafında sülh prosesinə start verilməsinin vaxtı çatmadığına əmindir. Yəni, ABŞ Çinin Rusiya ilə hərbi-siyasi ittifaq qurmaq cəhdlərinin Ukrayna savaşı ətrafında vəziyyəti dəyişməyəcəyinə eyham vurur. Ağ Ev Rusiyanın Ukraynada məğlub edilməsində israrlıdır. Yalnız bundan sonra Rusiyaya kapitulyasiya şərtləri diqtə etmək niyyətindədir.

Əlbəttə, Çin liderinin Moskvaya səfəri Kremldəkiləri bir qədər ümidləndirib. Ancaq Rusiya siyasi dairələrində ölkənin gələcək taleyi ilə bağlı narahatlığın yarandığı da qətiyyən diqqətdən yayınmır. Çünki Çinin əvəzini almadan, sadəcə, ABŞ və Qərbə qarşı müttəfiqlik tezisləri altında Rusiyaya dəstək verəcəyinə əmin deyillər. Üstəlik, Ukrayna savaşında Rusiyanın ciddi şəkildə zəifləməsi də Kremli rəsmi Pekin qarşısında aciz duruma düşürür.

Xüsusilə də, Çin liderinin müzakirələri yalnız Ukrayna savaşı ilə Rusiyaya dəstək mövzusu üzərində qurulmasından israrla yayınması Kremldə müəyyən tərəddüdlər və çaşqınlıq da yaradıb. Ci Tszinpin daha çox ABŞ və Qərbə qarşı mübarizədə vahid müqavimət platformasının yaradılması üzərində dayanıb. Çin lideri Ukrayna savaşını ABŞ və müttəfiqlərinin hegemonluq planlarında sadəcə, açıq toqquşma poliqonu olduğuna eyham vurub.

Belə anlaşılır ki, rəsmi Pekin Çinin atacağı addımlar məsələsində hələ prinsipial seçim mərhələsindədir. Əgər, yaxın vaxtlarda rəsmi Pekin Rusiyaya hərbi dəstək verilməsində qətiyyətli davranarsa, bu, Çinin ABŞ və Qərbin sanksiyalarından artıq çəkinmədiyi anlamına gələcək. Ancaq Çin öz neytrallığını bundan sonra da qorumaqla yanaşı, yalnız sülh prosesini aktivləşdirmək istiqamətində addımlar atarsa, rəsmi Pekinin hələ də sanksiyalardan ehtiyat etdiyi şübhə doğurmayacaq. Bu variant yalnız Çinin ABŞ və Qərbə qarşı müqavimətə meylli ölkələr arasında liderlik mövqelərini möhkəmləndirə bilər.

Göründüyü kimi, rəsmi Pekin üçün Rusiyanın gələcək taleyi ümumiyyətlə, elə bir əhəmiyyət daşımır. Rəsmi Pekinin daha çox ABŞ və Qərbə qarşı çıxa biləcək dövlətləri öz ətrafında birləşdirmək hədəfi olduğunu düşünmək olar. Çin belə ölkələrin sırasında hələlik Rusiya ilə yanaşı, Belarus, İran və Şimali Koreyanı görür. Şimali Koreyada artıq indidən ABŞ-a qarşı vuruşmaq üçün bir milyondan çox insan orduya yazılıb. Eyni zamanda, rəsmi Pekin Hindistan və Səudiyyə Ərəbistanı başda olmaqla, bəzi ərəb ölkələrini də ABŞ-a qarşı ittifaqın potensial təmsilçiləri sırasında hesab edir.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Kreml Çin liderinin Moskva səfərindən məmnundur, ancaq rəsmi Pekindən umduğunu da tam ala bilmədi. Düzdür, rəsmi Pekin ABŞ və Qərbə qarşı geopolitik savaşa qatılmaq niyyətini elan etmiş oldu. Ancaq Kreml üçün bu, Çinin Rusiyaya açıq hərbi dəstəyindən daha çox, Rusiyanın "Si notu" üzrə rəqs etmək məcburiyyətində qala biləcəyini sezdirir.(musavat.com)
Вчера, 11:44
Narkotiklə tutulan şəxs axund imiş - Foto
Вчера, 11:39
İrana casusluqda ittiham edilən şəxslər saxlanıldı
Вчера, 11:34
Antalyada kanat qəzası - Ölən və yaralananlar var
Вчера, 11:22
Kür çayında batan ata və 6 yaşlı qızının FOTOSU
Вчера, 11:17
Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub
Вчера, 11:13
Çingiz Abdullayevin son vəziyyəti açıqlandı
Вчера, 11:09
Bayden İranı İsrailə hücum etməməyə çağırıb
Вчера, 09:17
Paşinyan Putinə "barışıq mesajı" verdi: Kreml isə yenidən İrəvanı qorumağa hazırdır
Вчера, 09:00
Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO
12-04-2024, 12:12
Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf edib
12-04-2024, 12:04
Hacı Əliyevin gözü şişdi - Həkimə müraciət etməli oldu - VİDEO
12-04-2024, 11:56
Ceyhun Bayramov Belarus XİN başçısı ilə görüşüb
12-04-2024, 11:36
Paşinyandan separatçı rejimlə bağlı etiraf: “1,3 milyard dollar vermişik”
12-04-2024, 11:27
Kəlbəcərdə yük maşını çaya aşıb, ölənlər var - FOTO
12-04-2024, 11:20
Trampın adı dünyanın ən varlı adamları siyahısından çıxarıldı
12-04-2024, 11:07
“Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvlərinin Qarabağa səfəri başlayıb
12-04-2024, 11:03
AYNA-dan təmizliklə bağlı 1 milyon manat xərc
11-04-2024, 11:53
Henrix Mxitaryanın Şuşadakı villasının son halı - VİDEO
11-04-2024, 11:47
Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11-04-2024, 11:41
Üçüncü Dünya Müharibəsinin yeri və tarixi açıqlandı! - Qiyamət ORADA qopacaq - VİDEO
11-04-2024, 11:35
Xankəndidə xeyli silah-sursat tapılıb
11-04-2024, 11:31
ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verəcək
11-04-2024, 11:25
İran və Türkiyə XİN rəhbərlərinin telefon danışığı olub
11-04-2024, 11:00
Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
11-04-2024, 10:56
“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin qəza törətdiyi avtomobil satışa çıxarılıb - VİDEO
11-04-2024, 10:50
Ramazan bitdi, toylar başlayır: Restoranlarda qiymətlər necədir?
11-04-2024, 10:46
Daha iki tiktoker polis tərəfindən saxlanıldı, biri həbs edildi - FOTO