Bəhruz Abuşov: Gələcək uğurların zəmanəti
idman
Oxunub: 95 795
26 янв 2023 | 12:16
Bəhruz Abuşov: Gələcək uğurların zəmanəti


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Kürdəmir Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Abuşovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Kürdəmir Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Abuşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Bəhruz Abuşov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Kürdəmir Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Abuşova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kürdəmir Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Abuşovdur.

Kürdəmir Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Abuşov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Bəhruz Abuşov bu işin müqəddəsliyini qoruyub saxlayır. Bəhruz Abuşov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Bəhruz Abuşov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Bəhruz Abuşov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Bəhruz Abuşov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Bəhruz Abuşovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Bəhruz Abuşov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bəhruz Abuşov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Kürdəmir Olimpiya İdman Kompleksinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Bəhruz Abuşov özünü doğruldub. Bizdə hörmətli Bəhruz Abuşovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Kürdəmir Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Abuşov - Yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Ötən ili Azərbaycan idmanı üçün uğurlu il hesab edən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, idman sahəsində də qarşıya qoyulmuş bütün vəzifələrin çox uğurla icra edildiyini qeyd edib. Dövlət başçısı qeyd edib ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi: “Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.”

Bəhruz Abuşov: Gələcək uğurların zəmanəti


Ötən il Azərbaycan idmançıları üçün uğurlu il oldu. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazandılar, onlardan 300-ə yaxını qızıl medaldır. Bu, təkcə idmançının özünün deyil, həm də təmsil etdiyi dövlətin – Azərbaycanımızın qüdrətidir. Dünyada rəqabət idman sahəsində də artır, bu və ya digər dövlət idmanda dünyanın diqqətini çəkən nailiyyətlər qazanır. Ona görə də idmanıın dinamik inkişaf etdirilməsi aktuallaşır.

Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci yeri tutdu. Bu, tarixi qələbə idi. Türkiyənin Konya şəhərində keçirilən yarışda idmançılarımız 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görüldülər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar”. Bu inam idmançılara inamdır, idmançıların böyük sevgilərlə tanıtdığı dövlətin nüfuzuna inamdır.

Bu yaxınlarda Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzaladı. Bu struktur islahatları gənclər və idman sahəsinin inkişafına çox müsbət təsir göstərəcək. Təbii ki, bu strukturun təkmilləşdirilməsinin idarəçiliyə olduqca müsbət təsiri olacaq. Yəni, bu nazirliyin hər bir işi birbaşa idman və gənclər sahələri ilə bağlıdır. Bu Sərəncamla daha çox idarəçilik sisteminin dəyişilməsi nəzərdə tutulur, struktur müasirləşdirilir. Gələcəkdə bu təkmilləşdirmə özünü doğruldacaq və onun bəhrəsini görəcəyik.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunan ərazilərdə Olimpiya İdman komplekslərinin və idman zallarının tikilib istifadəyə verilməsi nəzərdə tutulub.

Tədbirdə ölkə başçısı qürurla bildirdi ki, respublikamızda 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses uğurla davam etdirilməkdədir.

Tədbir iştirakçıları ölkə başçısının idman siyasəti üzrə dediklərini gələcək uğurların zəmanəti kimi dinlədilər: “2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin”.

Tədbirdə ölkə başçısı onu da bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə də idman qurğuları yaradılacaqdır. Bunun işğaldan azad edilmiş şəhərlərdə də yaradılması nəzərdə tutulur. İşğaldan azad edilmiş bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri başlayıb. Baş planlar əsasında idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın “İmarət” stadionunun yeni layihəsi işlənilir.
23-03-2023, 11:24
FED-in yeni qərarından sonra manatı nə gözləyir?
23-03-2023, 11:19
ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”
23-03-2023, 11:14
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
23-03-2023, 11:09
Azərbaycanda Ramazan ayı başlayıb
23-03-2023, 11:05
Oqtay Əliyev ürəyindən əməliyyat olunmuşdu?
23-03-2023, 10:51
Ermənistan - Türkiyə matçını idarə edəcək hakimin adı bəlli oldu
23-03-2023, 10:47
Ərdoğan: "Zəlzələdə dağılan binalarla bağlı 302 nəfər həbs olunub"
22-03-2023, 10:54
Pakistanda zəlzələ qurbanlarının sayı artdı
22-03-2023, 10:49
Fərrux əməliyyatı bizə hansı üstünlüklər qazandırdı? - VİDEO
22-03-2023, 10:11
Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 11 nəfər öldü
22-03-2023, 10:06
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
22-03-2023, 10:02
“Yol terroru”nun piyada qurbanları: 3D formatlı zolaqlar qəzaların qarşısını ala bilər? - AÇIQLAMA
22-03-2023, 09:54
UNICEF rəhbəri “Talibanı” qızları dərhal məktəblərə qaytarmağa çağırıb
22-03-2023, 09:49
Çin savaşa qatılır, Kreml "Si notu"nda rəqs edəcək: Rusiya "kiçik qardaş"a çevrilir
22-03-2023, 09:44
101-ci gün: Yağışlı hava şəraiti ekoaksiya iştirakçılarına mane olmur
18-03-2023, 21:54
“Bütün dünya sizinlə bacara bilmədi” - Sakindən İlham Əliyevə
18-03-2023, 21:46
Hərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdə
18-03-2023, 14:04
Prezident: “30 il ərzində işğalla bağlı beynəlxalq təşkilatlarda sözümüzə reaksiya verən qurum tapılmadı”
18-03-2023, 14:00
Prezident Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışını edib
18-03-2023, 13:46
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər
18-03-2023, 11:20
DSX və DİN İranla sərhəddə əməliyyat keçirib, saxlanılanlar var - FOTO
18-03-2023, 11:16
Qərbi Azərbaycan İcması: “Avropa Parlamenti bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib”
18-03-2023, 11:12
Piyadanı vurub qaçan bloqer Səbinə Kətanovaya hökm oxundu
18-03-2023, 11:07
Zakir Fərəcov – bir oliqarxın çöküşü: İcra başçısının cinayət dosyesi
18-03-2023, 09:30
Prezident xalqı təbrik etdi
18-03-2023, 09:00
Kreml Paşinyanı niyə vicdansız elan etdi: Qərb isə İrəvanı Rusiyanı sanksiyalardan yayındırmaqda suçlayır
17-03-2023, 16:00
Azərbaycan əhalisinin sayı açıqlanıb