
Yaşıl enerji ilə bağlı potensial çox böyükdür
Azərbaycanda bərpaolunan enerjinin istehsalı üçün böyük potensialın olması bu sahədə mühüm layihələrin həyata keçirilməsinə zəmin yaradır. Azərbaycanın ənənəvi, son vaxtlar isə "yaşıl enerji" ölkəsi kimi möhkəmlənməsi göz qabağındadır. İşğaldan azad edilmiş ərazilərdə "yaşıl layihə"lərin həyata keçirilməsi bu istiqamətdə mühüm yer tutur. Prezident İlham Əliyev 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışında qeyd etdi ki, “Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır”.
Bir çox beynəlxalq təşkilatlara görə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi enerji keçidinin vacib sütunlarındandır və sürətlə inkişaf etdirilməlidir. Bərpa olunan enerjinin enerji balansında daha yüksək payı iqtisadiyyatın şaxələndirilməsindən başqa, digər çoxsaylı faydalar gətirə bilir. Dünyada ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsi Paris Sazişi çərçivəsində qəbul edilmiş öhdəliklərin icrasına da töhfəsini verir. Eyni zamanda, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına əsasən ötən il bu sektorda dünyada 11,5 milyondan çox adam iş tapıb.
Azərbaycan da bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə geniş potensiala malik olan ölkələrdəndir. Hazırda bərpa olunan enerji mənbələri üzrə potensialımız 27 000 MVt həcmində qiymətləndirilir. Külək enerjisi potensialı 3 000 MVt, günəş enerjisi potensialı 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir.
Respublikamızın müxtəlif bölgələrində ümumi gücü 66 MVt təşkil edən külək, 40 MVt olan günəş, 38 MVt bioenerji elektrik stansiyaları, həmçinin 32 MVt gücündə kiçik su elektrik stansiyaları istismar olunur. 2020-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25,8 mlrd kVt/st olub ki, bunun 1,3 mlrd kVt/st-ı böyük su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrinin payına düşüb.
Azərbaycanda bərpaolunan enerjinin istehsalı üçün böyük potensialın olması bu sahədə mühüm layihələrin həyata keçirilməsinə zəmin yaradır. Təsadüfi deyil ki, “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.
Bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə xarici investorlar da həvəs və inamla qoşulublar. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra – martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti “Qaradağ” Günəş-Elektrik Stansiyasının təməli qoyulub.
Külək elektrik stansiyasının tikintisinin aparılacağı yerlərdə - Pirəkəşkül və Sitalçayda artıq 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial sahəyə təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş-Elektrik Stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Stansiyaların elektrik enerjisi şəbəkəsinə qoşulması üçün investorların 3 yeni yarımstansiya tikməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə ildə təxminən 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması gözlənilir.
Beləliklə, qeyd etmək olar ki, ötən ilin sonunda ölkədə alternativ enerji sahəsində yeni genişmiqyaslı kampaniyaya start verilib. Həyata keçirilən bütün tədbirlər Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilən bərpaolunan enerji ilə əlaqədar işlərin ardıcıllıqla, inam və uğurla irəlilədiyini göstərir.
Aqşin Qasımov,
Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini, YAP fəalı
Сегодня, 16:00
İran və Rusiya Cənubi Qafqazı bağlayır, Türkiyə isə... - erməni politoloq ŞƏRH EDİR...
Сегодня, 15:30
Qərbin Ermənistanı silahlandırması təkcə Rusiya yox, həm də Azərbaycana qarşıdır -Əgər belə davam edərsə...
Сегодня, 14:22
Sərhəddə “gərginlik oyunu” siqnalı - Bakı razı olmayacağı təqdirdə...
Сегодня, 14:05
AP-də bəziləri özünü manyak kimi aparır - Prezident
Сегодня, 13:36
“Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər”
Сегодня, 13:30
Prezident sülh müqaviləsinin detallarından danışdı
Сегодня, 13:26
Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikmək istəyir
Сегодня, 13:24
İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini açıqlayıb
Сегодня, 12:28
Qərbi azərbaycanlıların qayıdışı labüddür, Ermənistan borcludur – Adil Əliyev
Сегодня, 12:22
Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır
Сегодня, 12:14
“Moskva Ticarət Mərkəzi” QSC-nin icarəçiləri imdad diləyində - İşdən xəbəri olmayanlar, lakin dəllallığı bacaranlar isə iş başında
Сегодня, 12:10
Biz sübut etdik ki, hər üç ölkə yanılırdı - Prezident
Сегодня, 12:03
Cənab Borrell, ola bilər ki, yuxular görür - Prezident
Сегодня, 11:58
Yevlaxa vaxtında gəlsəydilər, əməliyyat olmazdı - Əliyev
Сегодня, 11:53
Azərbaycana qəti şəkildə qarantiya lazımdır - Əliyev
Сегодня, 11:21
Qarabağda yaşayan insanların iki seçimi var - Prezident
Сегодня, 11:11
“İstəyirik ki, proses mümkün qədər tez getsin”
Сегодня, 11:06
“Bizi hədələyirdilər, bu gün isə ədliyyə sistemimizin yekun qərarını gözləyirlər”
Сегодня, 10:54
Bakıda mühüm forum: Prezident iştirak edir - Canlı
Сегодня, 10:44
Saakaşvilidən Paşinyana: Qaç!
Сегодня, 10:12
Yardımlıda dövlət əmlakın "talan" edən müdir kimdir?
Сегодня, 10:08
Prezident ADA Universitetində Qarabağ mövzusunda Forumda iştirak edəcək
Сегодня, 09:55
“TikTok”a nəzarət başlayır? - yüz minlərlə dollar, sui istifadə halları...
Сегодня, 09:35
Sülhməramlılar yola salacaq: Qərbin "yeni missiya" planı isə...
Сегодня, 09:00
Bakı ilə əməkdaşlığa xitam vermək... - ABŞ
Вчера, 16:00
Dəhlizlə bağlı kritik həmlə: Azərbaycan bütün yolları bağladı - Ekspert danışır...
Вчера, 15:30
Paşinyan Putinin məğlubiyyətinə `STAVKA` EDİB - BUNA GÖRƏ DƏ...