Azərbaycanın uğurlu enerji siyasəti
siyaset
Oxunub: 50 830
23 янв 2023 | 17:39
Azərbaycanın uğurlu enerji siyasəti





Azərbaycan yerləşdiyi regionda əlverişli coğrafi relyefə malik olmaqla yanaşı, zəngin mineral resursları ilə də dünyanın diqqət mərkəzindədir. Xüsusilə də, Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen ehtiyatları ilə zəngin yataqları daha perspektivli və uzunömürlü olması ilə diqqəti cəlb edir. Son illərdə respublikamızın dünyanın yeni enerji xəritəsində və geosiyasi-iqtisadi düzənində strateji üstünlüyü daha da artıb. Son dövrlərdə Azərbaycan Amerika, Avropa, Asiya ölkələrinin enerji təminatında aparıcı rol oynamaqla bölgənin enerji tədarükü mərkəzi və yeni neft-qaz layihələrinin həyata keçirilməsinin təşəbbüskarı olmasını bir daha nümayiş etdirib. Respublikamızın qaz partnyorları sırasına Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Macarıstan, Rusiya Federasiyası, İran daxil olub, həmçinin, yanacaq alıcılarının sayı və ixracın coğrafiyası ilbəil artmaqdadır.
Bu gün beynəlxalq aləmdə hökm sürən mövcud geosiyasi şəraitdə Azərbaycanın enerji resurslarına tələbat kəskin şəkildə artıb. Bu cür vəziyyətin qarşıdakı dövrdə də davam edəcəyi gözlənilir. 2027-ci ildə ixracın ən azı 18 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur. Bunun üçün isə respublikamızda hazırda yeni qaz yataqlarının istismara hazırlanması, mövcud yataqlardan isə hasilatın artırılması istiqamətində tədbirlər gerçəkləşdirilir. Bu məsələdə Azərbaycan tərəfindən başlanan və Avropa İttifaqının, o cümlədən, ölkəmizin tərəfdaşlarının dəstəklədiyi enerji layihələri sırasında Cənub Qaz Dəhlizi layihəsi mühüm önəm daşıyır. Prezident cənab İlham Əliyevin 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışında qeyd etmişdir: "Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq".
Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə 2020-ci ilin dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir. Azərbaycanın təbii qaz ixracında Avropa ölkələrinin payı 50 faiz, Türkiyənin payı 38 faiz, Gürcüstanın payı 12 faizdir. Azərbaycanın 2022-ci ildə çıxardığı təbii qaz, əsasən, “Şahdəniz” yatağı hesabına təmin edilib. “Şahdəniz” yatağı ilə yanaşı, “Abşeron” və “Qarabağ” yataqlarının da istismarı ölkəyə əlavə təbii qaz ixrac etməyə imkan yaradacaq. “Abşeron-2" yatağından ilkin mərhələdə hər il 1.5 milyard kubmetr qaz çıxarılacaq. Növbəti illərdə bu göstəricinin 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ümumi ehtiyatları 13 milyard kubmetr həcmində qiymətləndirilən “Qarabağ” yatağınınsa 2025-ci ilədək fəaliyyətə başlaması planlaşdırılır. Bu yatağın istifadəsi ölkəyə hər il 1.5-1.8 milyard kubmetr əlavə təbii qaz hasil etməyə imkan yaradacaq.
Bütövlükdə, Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Avropa ölkələrinin qaza olan tələbinin artması və məlum hərbi-siyasi proseslər Azərbaycanın və Xəzər hövzəsinin enerji qaynaqlarını daha da aktuallaşdırır. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir. Bununla yanaşı, ölkə başçısının "elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir" fikri onu göstərir ki, bundan sonra da bu əməkdaşlıq inkişaf edir. Şaxələnmiş ixrac marşrutlarının olması, zəruri infrastrukturun mövcudluğu Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolunu getdikcə artırmaqla yanaşı, bölgədə qarşılıqlı əməkdaşlıq mühiti yaradaraq əslində, həm də regionun təhlükəsizliyinə xidmət etmiş olur.



Aytəkin Əhmədova,
Səhiyyə işçiləri həmkarlar ittifaqı Salyan rayon komitəsinin sədri
Вчера, 16:00
ORDUMUZUN İRƏVANA QƏDƏR YOLU VAR... - FAKT BUDUR!
Вчера, 15:30
Azərbaycanın sayəsində isinən Avropadan SOYUQ MÜNASİBƏT - Çörəyimizin DUZU YOXDUR...
Вчера, 14:33
Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib
Вчера, 14:28
Prezident “Gömrük tarifi haqqında” Qanunda dəyişik etdi
Вчера, 14:22
Rusiya Ermənistanda NƏ ETMƏK İSTƏYİR? - Ekspertlər danışır
Вчера, 13:18
Bu rayona yeni rəis müavini təyin edildi
Вчера, 13:02
Xaçmaz mərkəzi xəstəxanasında özbaşınalıq - VİDEO
Вчера, 12:33
Prezident Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
Вчера, 12:27
Gömrük Komitəsinin şimal idarəsində də əməliyyat keçirildi - Saxlanılan var
Вчера, 12:22
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
Вчера, 12:16
Bəhruz Abuşov: Gələcək uğurların zəmanəti
Вчера, 11:40
Dövlət Gömrük Komitəsində ƏMƏLİYYAT - SAXLANILANLAR VAR(FOTO)
Вчера, 10:52
15 erməni əsgərinin yanaraq öldüyü “hərbi hissə” Qərbi azərbaycanlının evi olub - FOTO/VİDEO
Вчера, 10:47
Bakının bu ünvanında evlər söküləcək - Kvadratına 3 min AZN kompensasiya
Вчера, 10:43
Marketlərdə bu məhsulun qiyməti 9 manat oldu - FOTO
Вчера, 10:39
İranda məktəbdə atışma: yaralanan var
Вчера, 10:31
Daşaltı əməliyyatından 31 il ötür
Вчера, 10:21
Kartof kəskin bahalaşdı - VİDEO
Вчера, 10:17
Böyük aldanış – İranın düşmənlərinin müttəfiqi olan Ermənistan Avropaya qucaq açdı
Вчера, 10:12
Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
Вчера, 10:08
Seymur Talıbov və Röya Ayxan BDU-ya necə qəbul olub? — RƏSMİ
Вчера, 09:30
Paşinyan Vardanyanın "qələmini qırır": Kremlin planı öz başında çatlayır
Вчера, 09:00
Bayden Ukraynaya 31 “Abrams” tankının veriləcəyini təsdiqləyib
25-01-2023, 16:00
“Caliber”: “Qərb Rusiyanı Ermənistandan təpiklə qovur” - VİDEO
25-01-2023, 15:30
Xankəndidə qruplararası silahlı toqquşma ola bilər: Çəmbər daralır, Vardanyan çıxılmaz durumda
25-01-2023, 14:22
Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab
25-01-2023, 13:11
Banklar dollar almır: Manat qıtlığı ya dollar bolluğu?