Azərbaycan etibarlı tranzit ölkəsidir
bolge
Oxunub: 48 875
23 янв 2023 | 17:37
Azərbaycan etibarlı tranzit ölkəsidir





Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 17-də İsveçrə Konfederasiyasında keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edib. Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edib.
Forum çərçivəsində ölkə başçısı bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb, Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib və həm də yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edərək iclasın moderatorunun suallarını cavablandırıb.
Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
Panel iclasındakı çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Böyük tranzit imkanları olan ölkə kimi Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yaxın gələcəkdə yükaşırma qabiliyyəti 15 milyon ton olan Ələt Dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Bununla əlaqədar hazırda Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən Azərbaycan neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlayıb.
Prezident İlham Əliyev bildirib ki, “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. O qeyd edib ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi iş gedir. Xüsusilə nəqliyyat sahəsinin genişlənməsi ölkənin ixrac imkanlarını şaxələndirməyə imkan verəcəkdir. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaqdır. Bu gün Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir.
2021-ci ildə Azərbaycanın Avropa bazarına təbii qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaqdır. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaqdır. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi.
Ötən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue FutureIndustries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu istiqamətdə aparılan işlər davam edir və ölkəmiz üçün yeni perspektivlər açılır.



Sahib Nağıyev,
Salyan şəhər 1 saylı məktəb-liseyin direktoru, YAP fəalı


Сегодня, 09:00
Qarabağda hərbi əməliyyat ehtimalı artır - VİDEO
Вчера, 16:00
ORDUMUZUN İRƏVANA QƏDƏR YOLU VAR... - FAKT BUDUR!
Вчера, 15:30
Azərbaycanın sayəsində isinən Avropadan SOYUQ MÜNASİBƏT - Çörəyimizin DUZU YOXDUR...
Вчера, 14:33
Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib
Вчера, 14:28
Prezident “Gömrük tarifi haqqında” Qanunda dəyişik etdi
Вчера, 14:22
Rusiya Ermənistanda NƏ ETMƏK İSTƏYİR? - Ekspertlər danışır
Вчера, 13:18
Bu rayona yeni rəis müavini təyin edildi
Вчера, 13:02
Xaçmaz mərkəzi xəstəxanasında özbaşınalıq - VİDEO
Вчера, 12:33
Prezident Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
Вчера, 12:27
Gömrük Komitəsinin şimal idarəsində də əməliyyat keçirildi - Saxlanılan var
Вчера, 12:22
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
Вчера, 12:16
Bəhruz Abuşov: Gələcək uğurların zəmanəti
Вчера, 11:40
Dövlət Gömrük Komitəsində ƏMƏLİYYAT - SAXLANILANLAR VAR(FOTO)
Вчера, 10:52
15 erməni əsgərinin yanaraq öldüyü “hərbi hissə” Qərbi azərbaycanlının evi olub - FOTO/VİDEO
Вчера, 10:47
Bakının bu ünvanında evlər söküləcək - Kvadratına 3 min AZN kompensasiya
Вчера, 10:43
Marketlərdə bu məhsulun qiyməti 9 manat oldu - FOTO
Вчера, 10:39
İranda məktəbdə atışma: yaralanan var
Вчера, 10:31
Daşaltı əməliyyatından 31 il ötür
Вчера, 10:21
Kartof kəskin bahalaşdı - VİDEO
Вчера, 10:17
Böyük aldanış – İranın düşmənlərinin müttəfiqi olan Ermənistan Avropaya qucaq açdı
Вчера, 10:12
Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
Вчера, 10:08
Seymur Talıbov və Röya Ayxan BDU-ya necə qəbul olub? — RƏSMİ
Вчера, 09:30
Paşinyan Vardanyanın "qələmini qırır": Kremlin planı öz başında çatlayır
Вчера, 09:00
Bayden Ukraynaya 31 “Abrams” tankının veriləcəyini təsdiqləyib
25-01-2023, 16:00
“Caliber”: “Qərb Rusiyanı Ermənistandan təpiklə qovur” - VİDEO
25-01-2023, 15:30
Xankəndidə qruplararası silahlı toqquşma ola bilər: Çəmbər daralır, Vardanyan çıxılmaz durumda
25-01-2023, 14:22
Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab