Azərbaycanın imkanları böyük maraq doğurur
bolge
Oxunub: 173 995
23 янв 2023 | 17:37
Azərbaycanın imkanları böyük maraq doğurur




İstənilən qlobal layihədə tərəfdaşların bir-birilə yaxşı münasibətləri, qarşılıqlı anlaşma şəraitində çalışması, maraqlar balansının gözlənilməsi mühüm şərtlərdir. Məhz bu amillər Azərbaycana indiyədək gerçəkləşdirdiyi layihələrdə uğur qazandırmışdır. Obrazlı ifadə etsək, nəticədə yollar dəhlizlərə çevrilmişdir. Maraqlıdır ki, öz işini bu günlərdə başa çatdırmış Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasın mövzusu da elə bu məsələyə həsr edilmişdi və "Avrasiya Orta dəhlizi: Yoldan magistrala" adlanırdı. Prezident İlham Əliyev bildirmişdir ki, Orta dəhlizin üstünlüklərindən biri bu nəhəng layihədə iştirak edən ölkələrin öz aralarında yaxşı münasibətlərə malik olmasıdır: "Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün qərbində olan qonşuları Gürcüstan və Türkiyə, şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır".
Dövlət başçısı artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsinin müşahidə edildiyini və bunun hələ başlanğıc olduğunu diqqətə çatdırmışdır. Azərbaycan xeyli vaxtdır neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da edir, odur ki, bu dəhlizdən həmçinin karbohidrogenlər üçün istifadə etmək potensialı var. Bir sözlə, bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha sıx əməkdaşlıq aparılmalıdır.
Orta dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşməsi Azərbaycana əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Bu, azad istehsal və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq. Doğrudur, biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir. Dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Lakin təkcə biznes mühiti ilə nailiyyət əldə olunmur. Ölkələr arasındakı əlaqələr də mühüm rol oynayır. Heç təsadüfi deyil ki, Azərbaycanla Gürcüstan, Azərbaycanla Türkiyə, Gürcüstanla Türkiyə arasında münasibətlərin və üçtərəfli əlaqələrin qlobal miqyasda ən mehriban mühitlərdən biri olduğu vurğulanmışdır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin vurğuladığı kimi, bu münasibətlər mükəmməl səviyyədədir.
Bu üçtərəfli əməkdaşlıq formatı enerji layihələrindən başlamışdır. "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycanın və Gürcüstanın ərazisindən keçən Bakı-Supsa neft kəməri istifadəyə verildi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri tam sistem kimi işə düşdü. Bu, üç ölkədə ərazisindən keçdiyi bütün şəhərlərin və kəndlərin sakinlərinə birbaşa və dolayısı ilə xeyir-bərəkət gətirdi. 2006-cı ildə Gürcüstan Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə, 2007-ci ildə isə Türkiyə Bakı-Tbilisi-Ərzurum (BTƏ) xətti ilə Azərbaycan qazı aldı. Yaranan sıx əməkdaşlıq başlanmış yolları həqiqətən də dəhlizlərə qovuşdurdu. CQBK genişləndirilərək "Cənub qaz dəhlizi"nin birinci seqmentinə çevrildi. 2018-ci ildə Azərbaycanla Türkiyənin birgə layihəsi olan, qardaş ölkənin ərazisində 1850 kilometr məsafə boyu uzanan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) fəaliyyətə başladı. 2020-ci ilin son günündə işə düşən TAP-la isə Azərbaycan qazının yolları Avropaya çatdı.
Hazırda bu layihələrin bəhrəsini təkcə Azərbaycan, Gürcüstan, Türkiyə deyil, bir sıra Avropa ölkələri də görür və onların sayı getdikcə artır. Prezidentimizin dediyi kimi: "Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb. Beləliklə, düşünürəm ki, dəhlizin bu tərəfində bütün məsələlər həll olunub... İndi bizim ehtiyacımız olan, bütün iştirakçı ölkələrin - Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır. Məsələn, biz Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikik, dəniz limanımız var - Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu əlaqələri, bilirsiniz ki, onların öz aralarında yaxşı bağlantılar yoxdur. Yeni layihələr var, məsələn, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi var ki, bu da nəticə etibarilə Xəzər dənizinə və ardınca bizim istiqamətimizə gəlib çıxacaq. Həmçinin, nəqliyyat və Şərq-Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq də mühüm əhəmiyyət kəsb edir. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz həmçinin yüklərin əks istiqamətdə daşınması barədə düşünməliyik".
İndi zamanın gündəmə gətirdiyi vacib məsələlərdən biri də "yaşil enerji"nin inkişafıdır. Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi çıxış edərək geniş əməkdaşlıq əlaqələri qurur. O cümlədən yaxın qonşusu ilə. Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bunu Davos Dünya İqtisadi Forumunda da diqqətə çatdırmışdır: "Biz Azərbaycanla birgə bir neçə layihədə əməkdaşlıq edirik. Bunlardan biri Qara dəniz sualtı elektrik kabeli layihəsidir. Buxarestdə biz - Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan müqavilə imzaladıq və anlaşdıq ki, bu dörd dövlətdən hər biri layihəyə yatırım edəcək. Biz Azərbaycanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini icra edirik. Bir neçə ay əvvəl Azərbaycan bu layihənin tamamlanması üçün əlavə vəsait ayırdı". Azərbaycan-Gürcüstan münasibətlərindən bəhs edən İ.Qaribaşvili sözünə davam edərək demişdir: "Bizim münasibətlər sınaqlardan çıxmış, etibarlı və güvənlidir. Biz birlikdə çox mühüm tarixi layihələri, neft-qaz layihələrini icra etmişik. İndi isə bu dəmir yolu layihəsini icra edirik. Gələcəkdə də bir çox layihələr icra edəcəyik".



Vüsalə Hüseynova,
Salyan şəhər 6 saylı tam orta məktəbin direktoru, YAP fəalı

Сегодня, 16:00
İran və Rusiya Cənubi Qafqazı bağlayır, Türkiyə isə... - erməni politoloq ŞƏRH EDİR...
Сегодня, 15:30
Qərbin Ermənistanı silahlandırması təkcə Rusiya yox, həm də Azərbaycana qarşıdır -Əgər belə davam edərsə...
Сегодня, 14:22
Sərhəddə “gərginlik oyunu” siqnalı - Bakı razı olmayacağı təqdirdə...
Сегодня, 14:05
AP-də bəziləri özünü manyak kimi aparır - Prezident
Сегодня, 13:36
“Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər”
Сегодня, 13:30
Prezident sülh müqaviləsinin detallarından danışdı
Сегодня, 13:26
Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikmək istəyir
Сегодня, 13:24
İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini açıqlayıb
Сегодня, 12:28
Qərbi azərbaycanlıların qayıdışı labüddür, Ermənistan borcludur – Adil Əliyev
Сегодня, 12:22
Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır
Сегодня, 12:14
“Moskva Ticarət Mərkəzi” QSC-nin icarəçiləri imdad diləyində - İşdən xəbəri olmayanlar, lakin dəllallığı bacaranlar isə iş başında
Сегодня, 12:10
Biz sübut etdik ki, hər üç ölkə yanılırdı - Prezident
Сегодня, 12:03
Cənab Borrell, ola bilər ki, yuxular görür - Prezident
Сегодня, 11:58
Yevlaxa vaxtında gəlsəydilər, əməliyyat olmazdı - Əliyev
Сегодня, 11:53
Azərbaycana qəti şəkildə qarantiya lazımdır - Əliyev
Сегодня, 11:21
Qarabağda yaşayan insanların iki seçimi var - Prezident
Сегодня, 11:11
“İstəyirik ki, proses mümkün qədər tez getsin”
Сегодня, 11:06
“Bizi hədələyirdilər, bu gün isə ədliyyə sistemimizin yekun qərarını gözləyirlər”
Сегодня, 10:54
Bakıda mühüm forum: Prezident iştirak edir - Canlı
Сегодня, 10:44
Saakaşvilidən Paşinyana: Qaç!
Сегодня, 10:12
Yardımlıda dövlət əmlakın "talan" edən müdir kimdir?
Сегодня, 10:08
Prezident ADA Universitetində Qarabağ mövzusunda Forumda iştirak edəcək
Сегодня, 09:55
“TikTok”a nəzarət başlayır? - yüz minlərlə dollar, sui istifadə halları...
Сегодня, 09:35
Sülhməramlılar yola salacaq: Qərbin "yeni missiya" planı isə...
Сегодня, 09:00
Bakı ilə əməkdaşlığa xitam vermək... - ABŞ
Вчера, 16:00
Dəhlizlə bağlı kritik həmlə: Azərbaycan bütün yolları bağladı - Ekspert danışır...
Вчера, 15:30
Paşinyan Putinin məğlubiyyətinə `STAVKA` EDİB - BUNA GÖRƏ DƏ...