AZƏRBAYCANDA SƏHİYYƏ SAHƏSİNDƏ İSLAHATLAR APARILMASA PROBLEMLƏR ÖZ HƏLLİNİ TAPMAYACAQ
gundem / bolge
Oxunub: 111 435
13 янв 2023 | 10:09
AZƏRBAYCANDA SƏHİYYƏ SAHƏSİNDƏ İSLAHATLAR APARILMASA PROBLEMLƏR ÖZ HƏLLİNİ TAPMAYACAQ


Dünyada hər şeydən öncə haqq vardı, ondan sonra söz yarandı, ardınca inam. Biz haqqımızı bilərək sözümüzü deyib, inam qazanmalıyıq.
Əziz oxucu!
Yazıma ilk öncə Ümummilli lider Heydər Əliyev cənablarının sözü ilə başlamaq istəyirəm:
“Mənə məlum olmayan nöqsanları üzə çıxaran hər bir jurnalistə minnətdar olacağam...”
Bu sözün məğzində jurnalistə qayğı və etibar ehtiva olunur. Bəli, jurnalist də öz növbəsində bu qayğıya, etibara söykənir.
Bugünkü dövrümüzü jurnalistsiz təsəvvür etmək çətindir.Jurnalistlər ictimai həyatın bütün sahələrini əhatə edən informasiya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdirlər. Jurnalistin iş prinsipi, vəzifəsi xəbər və məlumat qaynaqlarına tez çatmaq və əldə etdiyi bütün məlumatları dəqiq və qərəzsiz olaraq oxucuların nəzərinə çatdırmaq və bununla da biz jurnalistlərin hər zaman haqqın və haqqı olanın yanında olduğumuzu birmənalı şəkildə göstərməkdir.
Əlbəttə ki, qarşı tərəfin mövqeyi də dinlənilmək şərtilə...
Açıq fikirli, dürüst olmaq, pis, mənasız və yalan fikirlərdən uzaq qaçmaq jurnalistikanın əsas şərtidir.
Bəli, jurnalist hər zaman haqqın və haqqı olanın sözünü deməlidir:
_ Dəqiq və qərəzsiz.
Jurnalistlik xalqla dövlət arasında xüsusi bir vasitəçidir. Dövlətin verdiyi qanunları, nizamnamələri jurnalist hər vasitə ilə xalqa çatdırır. Həmçinin də xalqın dilindən xalqın narazı olduğu problemlər haqqında dövlətə, dövlət daxilindəolan səlahiyyətli şəxslərə çatdırır.
Hər zaman olduğu kimi bu gün də hörmətli Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında aparılan siyasətə dəstək olacaq, bu siyasətə kölgə salan, maneçilik törədən məmur elitasına qarşı barışmaz mübarizə aparacaq, hansı sahədə olursa-olsun yerlərdə incidilən insanlarımıza arxa duracaq, hər bir şikayətçinin sözünü ölkə başçısına çatdıra biləcək bir mətbu orqan olaraq sözümü deyəcəyəm.
Ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin və aparılan islahatların bəhrəsi özünü göstərməkdədir. Günbəgün inkişaf edən ölkəmiz dünyada və regionda lider dövlətə çevrilməkdədir. Lakin bəzən yerlərdə elə məmurlar, elə üzdəniraq rəhbərlər var ki, görülən işlərə öz çirkin əməlləri ilə kölgə salır, insanları incidir, haqsızlıq edir, bürokratik əngəllər əmələ gətirir.
Redaksiyamıza daxil olan şikayət məktubunda haqqında vurğulananları nəzərə alsaq, deməyə əsas verir ki, Füzuli Mərkəzi rayon Xəsatəxanasının baş həkimi Elçin Qurbanov da öz saxta əməlləri ilə görülən işlərə kölgə salan rəhbər işçilərdəndir.
Mətləbə keçməzdən əvvəl qeyd etmək yerinə düşər ki, ölkəmizdə səhiyyəsinin bügünkü vəziyyəti heç də xoşagələn deyil. Buna misal olaraq bir neçə həqiqəti qeyd etmək yetər ki, səhiyyəmizin bügünkü vəziyyətindən xəbər versin:
Həkimin, xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsməsi, anadangəlmə qüsuru olan, ayaqsız, qolsuz, gözü olmayan xəstələrə yenidən müayinə tətbiq olunması, il yarım əvvəl Biləsuvar Mərkəzi rayon Xəstəxanasında həkimin xəstənin kor bağırsağı əvəzinə nazik bağırsağını kəsməsinin, heç bir əlilliyi olmayan insanlara dəfələrlə təqaüd ayrılması Azərbaycan səhiyyəsində yaranan boşluqlardan xəbər verir.
Dünyada görünməyən bu kimi rüsvayçılıqlar azmış kimi, bunları ört-basdır etmək üçün yeni qurumlar da yaradırılır. Onlardan biri də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidir, yəni çoxlarımızın qısa adla tanıdığımız TƏBİB...
TƏBİB deyilən qurum yarandığı gündən dərdimizə çarə ola bilirmi?
Məlum məsələdir ki, TƏBİB-in sədri Ramin Bayramlı öz tutduğu vəzifədən istefa vedi. Və onun yerinə Vüqar Qurbanovu təyin etdilər.
Ancaq heç bir yerdə Ramin Bayramlı ilə bağlı sual olunmadı ki, axı niyə gəlmişdin, niyə getdin? Əgər getdinsə, kadrlarını kimə əmanət etmisən?
Bəli, Ramin Bayramlı vəzifəsindən istefa versə də onun, qoy, Səhiyyə Naziri keçim, görün sizin üçün nələr edəcəm, deyə ümid verib, vəzifəyə təyin etdiyi kadrları hələ də öz işlərinin başında qalmaqda davam edir.
Ramin Bayramlı TƏBİB-ə sədr təyin olunanda, sanki əlinə düşmüş fürsətdən istifadə edirmiş kimi bəlkə də gün ərzində 3-4 əmr verir, müxtəlif rayon xəstəxanalarının baş həkimini dəyişərək, yeni direktor təyin edir, heç kəsi, yəni, dost-tanışlarını özündən narazı salmaq istəmirdi.
Elə haqqında bəhs etdiyim Elçin Qurbanov da onun kadrlarındandır.
Dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istər qiyməti, istərsə də xəstəxana daxilində baş verən qanunsuzluqlar, rüşvətxorluq və korrupsiya halları barədə müxtəlif mülahizələr müzakirə mövzusu olaraq hər zaman diqqət mərkəzindədir. Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunlardan hər birimiz xəbərimiz var. Amma bu yazılmış qanunlara görə belədir. Təəssüflər olsun ki, hər bir poliklinika və ya xəstəxananın özünün yazılmamış qanunları da mövcuddur. Qeyd edim ki,yazılmamış qanunların müəllifləri isə həmin müəssisələrin rəhbərləridir. Bu gün haqqında söhbət açmaq istədiyimiz Füzuli Mərkəzi Rayon Xəstəxanası da bundan istisna deyildir. Son vaxtlar bu tibb müəssisəsinin fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatının səhifələrində dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda da xəstəxananın baş həkimi Elçin Qurbanovun yol verdiyi haqsızlıqlardan, əsassız işindən uzaqlaşdırılmalardan, birinin cəriməsini digərinə ödətdirmə hallarından və s. Kimi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur.
2021-ci ildən Xəstəxanaya baş həkim təyin olunan, bir zamanlar Respublika Kliniki Xəstəxanasında cərrah işləyən Elçin Qurbanov vəzifəyə gələr-gəlməz ilk işi həmin xəstəxananın keçmiş feldşeri Oqtay Əliyevi heç bir əsas olmadan işindən azad etmişdi.
Redaksiyamıza daxil olan çoxsaylı şikayət ərizələrindən məlum olur ki, müharibə zonası olan Füzuli rayonunun Mərkəzi Xəstəxanasında vəziyyət sözün həqiqi mənasında kritik həddə çatıb.
Verilən məliumatlara görə Elçin Qurbanov rəhbər vəzifəyə təyin olunduğu gündən baş həkim kimi fəaliyyət göstərdiyi xəstəxanada 70-80 nəfər ölü canlar saxlayır. 2022-ci ildə 60-70 nəfər tibb bacısı var ki,onlara verilən 110 manat əlavə puldan 4 ayını onların özlərinə qol çəkdirib, özü götürüb. Xəstəxanadan 80 min manatlıq apparatlar oğurlanmış, ancaq sonradan nədənsə “insafa” gəlib, bunlardan bir ikisini geri qaytarıb. Ancaq qalan apparatların harada olmasından bu günə qədər xəbər yoxdur.
Elçin Qurbanov bütün bunlarla bərabər eyni zamanda xeyirxah əməllər də görüb. Ancaq bu xeyirxahlıq əsil xeyirxah insanların gördüyü əməldən tam fərqli olub. Belə ki, bayramlarda, əlamətdar günlərdə kasıbları, ehtiyaclı insanları sevindirmək adı altında işçi heyətindən topladığı pulla kəsdirdiyi 30-40 quzunu paylayıb, savab qazanmaq əvəzinə, satıb pul qazanmağı və bu qazancını da İcbari Tibbi Sığortanın rəhbər işçilərinə göndərməyi daha məqsədəuyğun hesab edib. Şikayət təkcə bununla bitmir.
Baş həkimin xəstəxanadakı fəaliyyəti təkcə bunlarla kifayətlənmir. O,gigiyenik qaydalara da riayyət edilməsini öz üzərinə götürüb. Dövlət tərəfindən xəstəxanaya göndərilən gigiyenik təmizlik əşyalarının hamısını maşına yükləyərək heç kimsənin bilmədiyi,yalnız özünə məlum olan ünvanlara göndərir. Bir sözlə, xəstəxanada nəinki, qanunsuzluqlar, eyni zamanda antisanitariya halları da baş alıb gedir.
Füzuli Mərkəzi rayon Xəstəxanası birbaşa Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırılığı ilə tikilibII Vətən, Qarabağ savaşında, 44 günlük müharibədə xəstəxana 10 000 nəfər yaralı qəbul edib. Yaralılardan 2000 nəfəri şəhid olub.Yaralıların 600 nəfəri əməliyyat olunub. Lakin bu gün əməliyyat otaqlarında olan narkoz və digər bahalı apparatlar qeybə çıxıb.
Bu gün belə böyük bir xəstəxananı öz xeyrinə görə dağıdıb, talan etmək, insanların sağlamlıqlarına qovuşacağı ümidilə üz tutduğu bu səhiyyə ocağını viran qoymaq indiki çətin vəziyyətdə, yəni, İran_Azərbaycan problemlərinin qabardıldığı, hələ də torpaqlarımızda erməni separatçılarının tör-töküntülərinin olduğu vaxtda, xəstəxananın əməliyyat otaqlarındakı avadanlıqların yoxa çıxarılmasının, bu kimi hallarla dövlət müəssisəsinə bu qədər ziyan vurulmasının səbəbi nədir?
Yoxsa bunlar Prezidentə qarşı təxribatdır?!
Və bütün bu olanlardan İTSDA sədri Vüqar Qurbanov və Zaur Əliyevin xəbəri varmı?
Bütün bunlar onu göstərir ki, Raminlər getsə də, kadrları onların başa çatdıra bilmədiyi “islahatlar”ı davam etdirir.
Ölkədə Səhiyyə sahəsində bu qədər islahatların aparılmasına, hər il büdcədən on milyonlarla vəsaitin bu sahəyə ayrılmasına baxmayaraq hələ də Respublikamızın xəstəxalarında özbaşınalıq, korrupsiya halları davam etməkdədir.
Deməli, səhiyyə sahəsində əvvəlkindən də çox ciddi islahatlara ehtiyac var. Azərbaycanda səhiyyə sahəsində islahatlar aparılmasa, bu problemlər öz həllini tapmayacaq.
Müstəqil mətbuatda çalışdığım dövrdə həmişə əsas vaxtımı ictimai və dövlət əhəmiyyətli məsələlərin araşdırılmasına həsr etmişəm. Əsasən irimiqyaslı korrupsiya və qanun pozuntusu hallarının vaxtında qarşısının alınması üçün apardığım araşdırmaları ictimaiyyətə və aidiyyatı orqanlara təqdim etmiş, beləliklə də müstəqil dövlətimizə qarşı bütün sahələrdə planlaşdırılan iqtisadi sabotajların qarşısını nisbətən almağa çalışmışam. Güman edirəm ki, yazılanlara aydınlıq gətirməklə bu gün də, qismən də olsa nail ola biləcəm.
Вчера, 16:00
ORDUMUZUN İRƏVANA QƏDƏR YOLU VAR... - FAKT BUDUR!
Вчера, 15:30
Azərbaycanın sayəsində isinən Avropadan SOYUQ MÜNASİBƏT - Çörəyimizin DUZU YOXDUR...
Вчера, 14:33
Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib
Вчера, 14:28
Prezident “Gömrük tarifi haqqında” Qanunda dəyişik etdi
Вчера, 14:22
Rusiya Ermənistanda NƏ ETMƏK İSTƏYİR? - Ekspertlər danışır
Вчера, 13:18
Bu rayona yeni rəis müavini təyin edildi
Вчера, 13:02
Xaçmaz mərkəzi xəstəxanasında özbaşınalıq - VİDEO
Вчера, 12:33
Prezident Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
Вчера, 12:27
Gömrük Komitəsinin şimal idarəsində də əməliyyat keçirildi - Saxlanılan var
Вчера, 12:22
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
Вчера, 12:16
Bəhruz Abuşov: Gələcək uğurların zəmanəti
Вчера, 11:40
Dövlət Gömrük Komitəsində ƏMƏLİYYAT - SAXLANILANLAR VAR(FOTO)
Вчера, 10:52
15 erməni əsgərinin yanaraq öldüyü “hərbi hissə” Qərbi azərbaycanlının evi olub - FOTO/VİDEO
Вчера, 10:47
Bakının bu ünvanında evlər söküləcək - Kvadratına 3 min AZN kompensasiya
Вчера, 10:43
Marketlərdə bu məhsulun qiyməti 9 manat oldu - FOTO
Вчера, 10:39
İranda məktəbdə atışma: yaralanan var
Вчера, 10:31
Daşaltı əməliyyatından 31 il ötür
Вчера, 10:21
Kartof kəskin bahalaşdı - VİDEO
Вчера, 10:17
Böyük aldanış – İranın düşmənlərinin müttəfiqi olan Ermənistan Avropaya qucaq açdı
Вчера, 10:12
Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
Вчера, 10:08
Seymur Talıbov və Röya Ayxan BDU-ya necə qəbul olub? — RƏSMİ
Вчера, 09:30
Paşinyan Vardanyanın "qələmini qırır": Kremlin planı öz başında çatlayır
Вчера, 09:00
Bayden Ukraynaya 31 “Abrams” tankının veriləcəyini təsdiqləyib
25-01-2023, 16:00
“Caliber”: “Qərb Rusiyanı Ermənistandan təpiklə qovur” - VİDEO
25-01-2023, 15:30
Xankəndidə qruplararası silahlı toqquşma ola bilər: Çəmbər daralır, Vardanyan çıxılmaz durumda
25-01-2023, 14:22
Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab
25-01-2023, 13:11
Banklar dollar almır: Manat qıtlığı ya dollar bolluğu?