DTX: Sülhməramlıların müvəqqəti yerləşdiyi əraziyə hərbi texnikalar daşınır
siyaset
Oxunub: 23 460
24 ноя 2022 | 11:55
DTX: Sülhməramlıların müvəqqəti yerləşdiyi əraziyə hərbi texnikalar daşınır


Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans keçirilib.

Təhlükəsizlik Şurası Katibinin Xidmətindən Ölkə.az-a verilən xəbərə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans öz işinə başlamışdır.

Tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov, hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbər əməkdaşları, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının və Milli Təhlükəsizlik Şurası Baş Katibliyinin nümayəndələri iştirak etmişlər. Konfransın məqsədi Vətən müharibəsinin nəticələrinin təhlilinin və müharibədə qazanılmış hərbi təcrübənin aidiyyəti qurumlar arasında mübadiləsinin təmin olunmasıdır.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin “Şöhrət” muzeyinin qarşısında ucaldılan abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzüblər.

Ulu Öndərin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Öncə çıxış edən Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov tədbirin təşkilində göstərdiyi dəstəyə görə DTX-nin rəhbərliyinə minnətdarlığını ifadə etmiş, bu mövzuda konfransın keçirilməsinin əhəmiyyətindən danışmışdır. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin tariximizdə silinməz iz buraxdığını, bu müharibənin ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynadığını, hərbi əməliyyatların planlaşdırılması və aparılmasının xarici ölkələrin hərbi müəssisələrində öyrənildiyini diqqətə çatdırmışdır. General-polkovnik Ramil Usubov müharibənin nəticələrinin təhlilinin və əldə olunan təcrübənin milli təhlükəsizliyin etibarlı təminatı, silahlı qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amil olduğunu bildirmişdir

Daha sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə həyata keçirilən islahatlar, yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün silahlı qüvvələrimizin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat vermişdir.

DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski çıxışında qeyd etmişdir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır. Həmçinin vurğulanmışdır ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir. İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışan natiq bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açmışdır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev bildirmişdir ki, həm Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə məkrli qüvvələr tərəfindən respublikamızın informasiya təhlükəsizliyinə yönələn təhdidlərin və kiberhücumların qarşısının alınması, savaş dövründə hərbi obyektlərimizin xüsusi rabitə avadanlıqları ilə təminatı, radiostansiyaların işinin səmərəli təşkili üçün digər qurumlarla birgə lazımi tədbirlər görülmüşdür.

Konfrans öz işini noyabrın 25-dək hərbi təhlükəsizlik, səfərbərlik hazırlığı, strateji kommunikasiya, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, mülki müdafiə və digər aidiyyəti mövzular üzrə mühazirələr və panel müzakirələrlə davam etdirəcəkdir.
Вчера, 16:00
DÇ-2022: İran ABŞ-a qarşı
Вчера, 15:48
Bir məktəbdə rüsvay olmuş o müəllim-müdir başqa bir məktəbin qapısını müdir olaraq necə aça bilir?
Вчера, 15:30
Yanvarın 1-dən quru sərhədlər açıla bilərmi? - AÇIQLAMA
Вчера, 14:22
ASALA terrorçusunun etirafı: “Monte Melkonyan İranla əməkdaşlıq edirdi” - FOTO
Вчера, 13:09
Fazil Mustafa: “Qurum maliyyə ayırmadı, tənqid edəndə…”
Вчера, 12:13
İşğaldan azad olunmuş ərazilərə qanunsuz keçən 2 yüksək vəzifəli şəxs işdən çıxarıldı
Вчера, 12:07
Azərbaycanda 2 əcnəbi tələbə bu universitetdən qovuldu, 4-nə şiddətli töhmət verildi
Вчера, 11:42
İlham Əliyev Türkmənistan Baş nazirinin müavinini qəbul edib
Вчера, 11:27
Cüdoçunu qətlə yetirən idmançının atası hər şeyi danışdı – hadisə belə baş verib
Вчера, 11:22
Prezident BƏƏ-nin Kabinet işləri nazirini qəbul edib
Вчера, 11:18
Mövqelərimiz atəşə tutulub
Вчера, 11:13
Prezident Tatarıstan Respublikasının Prezidentini qəbul edib
Вчера, 10:40
Polisin "saxla" əmrinə tabe olmadılar: Atışma zamanı 2 polis yaralandı, 1 nəfər öldü - FOTO
Вчера, 10:36
Fransanın Azərbaycana qarşı planı ifşa olundu - Erməni politoloq açıqladı
Вчера, 10:32
Kərim Vəliyev amerikalı admiralla görüşdü
Вчера, 10:26
İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər
Вчера, 10:12
Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib - FOTO
Вчера, 10:05
Rusiya neftinin maksimal qiyməti ilə bağlı razılığa gəlinmədi
Вчера, 10:00
DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı
Вчера, 09:00
Ərdoğan: “Təhlükəsizliklə bağlı addımlar atarkən heç kimdən icazə almırıq”
28-11-2022, 23:58
Şirvanda Başçının Müavinin Qohumu Məktəb Direktoru Özünə Böyük Bir Obyekt Tikdirir – FOTO
28-11-2022, 16:00
Vəzifə başında həbs olunan nazirlər...- FOTO
28-11-2022, 15:51
Dövlət Gömrük Komitəsi ləğv edilib
28-11-2022, 15:45
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq
28-11-2022, 15:30
Sabahın hava proqnozu açıqlandı
28-11-2022, 14:59
“Heydər Əliyev İli” çərçivəsində xeyriyyə aksiyaları keçiriləcək
28-11-2022, 14:54
Olimpiya kompleksində idmançını öldürən şəxsin saxlanılma görüntüləri - ANBAAN VİDEO