Zibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTO
idman
Oxunub: 33 235
23 ноя 2022 | 16:00
Zibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTO


Qətərdə keçirilən DÇ-2022-nin C qrupunun ilk turunda Səudiyyə Ərəbistanı Argentinanı 2:1 hesabı ilə məğlub etdikdən sonra kral Salman bin Əbdüləziz Əl Səud bu noyabrın 23-nü milli bayram elan edib.

Bu bayram gününün səbəbkarlarından biri də meydanda mübarizə aparan futbolçularla yanaşı, baş məşqçi Herve Renarddır (Erve Renar).

"Daha əvvəl Zambiya, Fil Dişi Sahili və Mərakeş kimi Afrika ölkələri ilə tarix yazan Herve Renard Səudiyyə Ərəbistanında da gündəmə düşməyi bacardı.
O, futbol dünyasında, xüsusən də Afrika qitəsində daha çox məşhurlaşb.

Gəncliyində müdafiəçi olan Renard peşəkar futbolçu karyerasına 15 yaşında ölkəsinin "Kann" klubunda başlayıb.

20 ildən sonra 1987-88 mövsümündə "Kann"ın Fransa Birinci Liqasına yüksəlməsindən sonra oynamaq şansı tapa bilməyən Renard 1991-ci ildə aşağı liqa komandalarından olan "Vallauris"ə yollanıb.

Aktiv karyerasını bitirdikdən sonra, bir müddət futbolu tərk edən Renard 1999-cu ildə zibil yığımı ilə məşğul olan bir şirkət qurur.

Futbol illərində onun məşqçisi olan Klod Le Royun köməkçisi kimi Çinin “Guizhou Renhe” və İngiltərənin “Cambridge United” klublarında çalışan Renard 2007-ci ilə qədər Fransanın aşağı liqalarında “Cherbourg”un məşqçiliyini tərk edənə qədər zibil toplama işini davam etdirib.

Daha sonra Qana millisində növbəti dəfə Le Roya kömək edən Renard 2008-ci ildə Zambiya milli komandasının rəhbəri təyin olunub.

Maraqlı bir məqam ondan ibarətdi ki, 14 ildən sonra 2010-cu il Afrika Millətlər Kubokunda Zambiyanın 1/4 finala yüksəlməsinə kömək edən fransız mütəxəssis Tunislə heç-heçə oynadığı qrupun ilk oyununda ağ köynək geyinib.

İkinci matçda Kameruna 3-2 məğlub olduqlarını mavi köynəklə əlaqələndirən Renard 17 yanvar 2010-cu ildə oynanılan matçdan bəri ağ köynəklə meydandadır və bunun uğurlar gətirdiyinə inanır.

İstər ağ köynəyin bəxti olsun, ya yox, Renard karyerasının zirvəsinə 2012-ci ildə çatıb. Zambiya finalda qarşılaşdığı heyətdə Didye Droqbanın da yer aldığı Fil Dişi Sahilini penaltilər seriyasında 8-7 hesabı ilə məğlub edərək tarixində ilk çempionluğunu qazanıb.

O, 2014-cü ilin yayında təhvil aldığı Fil Dişi Sahili ilə də Afrikanın tarixinə düşür.

1992-ci ildən bəri birinci ola bilməyən Fil Dişi Sahilinə Afrika Kubokunu gətirən fransız mütəxəssis iki ayrı komanda ilə ardıcıl eyni uğuru qazanan ilk məşqçi olur.

Fil Dişi Sahilində ovaxtkı prezident Alassan Uattara fransalı məşqçi Herve Renarda dövlət medalı və pul mükafatı təqdim edir.

54 yaşlı məşqçi Fil Dişi Sahilindən ayrıldıqdan sonra "Lill"də qısa bir macəra yaşayıb və 2016-cı ildə Mərakeş millisinin başına keçib.

1998-ci ildən bəri ilk dəfə Mərakeşi dünya çempionatına aparan Renard 2019-cu ildə Səudiyyə Ərəbistanı milli komandasının rəhbəri olub.

Zibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTO
Вчера, 16:00
DÇ-2022: İran ABŞ-a qarşı
Вчера, 15:48
Bir məktəbdə rüsvay olmuş o müəllim-müdir başqa bir məktəbin qapısını müdir olaraq necə aça bilir?
Вчера, 15:30
Yanvarın 1-dən quru sərhədlər açıla bilərmi? - AÇIQLAMA
Вчера, 14:22
ASALA terrorçusunun etirafı: “Monte Melkonyan İranla əməkdaşlıq edirdi” - FOTO
Вчера, 13:09
Fazil Mustafa: “Qurum maliyyə ayırmadı, tənqid edəndə…”
Вчера, 12:13
İşğaldan azad olunmuş ərazilərə qanunsuz keçən 2 yüksək vəzifəli şəxs işdən çıxarıldı
Вчера, 12:07
Azərbaycanda 2 əcnəbi tələbə bu universitetdən qovuldu, 4-nə şiddətli töhmət verildi
Вчера, 11:42
İlham Əliyev Türkmənistan Baş nazirinin müavinini qəbul edib
Вчера, 11:27
Cüdoçunu qətlə yetirən idmançının atası hər şeyi danışdı – hadisə belə baş verib
Вчера, 11:22
Prezident BƏƏ-nin Kabinet işləri nazirini qəbul edib
Вчера, 11:18
Mövqelərimiz atəşə tutulub
Вчера, 11:13
Prezident Tatarıstan Respublikasının Prezidentini qəbul edib
Вчера, 10:40
Polisin "saxla" əmrinə tabe olmadılar: Atışma zamanı 2 polis yaralandı, 1 nəfər öldü - FOTO
Вчера, 10:36
Fransanın Azərbaycana qarşı planı ifşa olundu - Erməni politoloq açıqladı
Вчера, 10:32
Kərim Vəliyev amerikalı admiralla görüşdü
Вчера, 10:26
İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər
Вчера, 10:12
Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib - FOTO
Вчера, 10:05
Rusiya neftinin maksimal qiyməti ilə bağlı razılığa gəlinmədi
Вчера, 10:00
DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı
Вчера, 09:00
Ərdoğan: “Təhlükəsizliklə bağlı addımlar atarkən heç kimdən icazə almırıq”
28-11-2022, 23:58
Şirvanda Başçının Müavinin Qohumu Məktəb Direktoru Özünə Böyük Bir Obyekt Tikdirir – FOTO
28-11-2022, 16:00
Vəzifə başında həbs olunan nazirlər...- FOTO
28-11-2022, 15:51
Dövlət Gömrük Komitəsi ləğv edilib
28-11-2022, 15:45
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq
28-11-2022, 15:30
Sabahın hava proqnozu açıqlandı
28-11-2022, 14:59
“Heydər Əliyev İli” çərçivəsində xeyriyyə aksiyaları keçiriləcək
28-11-2022, 14:54
Olimpiya kompleksində idmançını öldürən şəxsin saxlanılma görüntüləri - ANBAAN VİDEO