Zamiq Həsənov: Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasıdır
gundem / bolge
Oxunub: 125 120
21 сен 2022 | 08:00
Zamiq Həsənov: Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasıdır


Daşkəsən Peşə Məktəbinin direktoru Zamiq Həsənov - Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ölkəmiz bununla münasibətlərdə yeni səhifənin açılması istəyini ortaya qoydu. Təbii ki, bu o demək deyil ki, Ermənistanın illərdir Azərbaycana qarşı törətdiyi təxribatlar, faciələr, torpaqlarımızın işğaldan azad edilməsi üçün canları, qanları ilə tarix yazan Vətən oğulları unudulur. Bunlar tarixdir, hər yeni nəsil çoxəsrlik tariximizin bu səhifələrini dərindən öyrənəcək, Ermənistanın əsassız torpaq iddiasının hansı faciələrə yol açdığı barədə dolğun məlumatlara malik olacaq. Tarixi Zəfərimizin yaratdığı reallıqların həyata keçirilməsi üçün davamlı sülhün və təhlükəsizliyin təmin olunması vacibdir.

Azərbaycan dövləti istər işğal, istərsə də postmünaqişə dövründə qarşıda dayanan hədəflərə nail olmaq üçün bütün beynəlxalq təşkilatların malik olduqları potensialdan səmərəli istifadə etmək istəyini nümayiş etdirir. Baxmayaraq ki, tarixə qovuşan Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri işğal dövründə Azərbaycanın bu istəyini onların vasitəçiliyindən imtina kimi dəyərləndirərək, ümumilikdə ölkəmizin sülh danışıqlarının aparılmasında maraqlı olmadığını bildirirdilər. Hadisələrin gedişi Ermənistanın bu təbliğatının nəinki əsassız olduğunu, eyni zamanda, təcavüzkar dövlətin yeni müharibə planları uğrunda mübarizə apardığını ortaya qoydu.

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri Ermənistana və ona 30 ildə dəstək missiyasını yerinə yetirən bəzi dünya dövlətlərinə bir sıra mesajları çatdırdı. Ədalətə və beynəlxalq hüquqa söykənən siyasət həmişə qalib, real faktlara əsaslanan təbliğatın ömrü isə uzun olur. Necə ki, Azərbaycan dünyanın ikili standartlara əsaslanan siyasətinə baxmayaraq ən yüksək tribunalardan erməni vəhşiliklərini, onların əsl simalarını tarixi həqiqətlər əsasında beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edir. Bütün dövrlər üçün aktual olan çağırış budur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm olmalıdır. Dövlət başçısı İlham Əliyev fəxri qonaq qismində iştirak etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının tribunasından da bu çağırışı etdi ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi qeyd olundu. Prezident İlham Əliyev bildirdi ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.

Prezident İlham Əliyev hər zaman Azərbaycanın müstəqil, beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarından bəhs edir. Xarici siyasət kursunu dəyişməz prinsiplər-bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında quran, hər bir məsələnin həllində beynəlxalq hüququ önə çəkən, heç bir dövlətin daxili işinə müdaxilə etməyən, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edən Azərbaycanın regional və beynəlxalq təşkilatlarda artan nüfuzu göz önündədir. Prezident İlham Əliyev Səmərqənd Sammitində bu uğurumuzu da xüsusi qeyd etdi ki, 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Göründüyü kimi, Azərbaycanın məqsədi bölgədə yalnız sülhün təmin olunması, əlaqələrin coğrafiyasının genişləndirilməsidir. Ermənistanın bu istiqamətdə aparılan müzakirələrə laqeydliyi, öhdəlikləri yerinə yetirməməsi, üçtərəfli razılaşmaların tələb etdiyi prosesləri ləngitməsi cəhdləri onun üçün müsbət heç nə vəd edə bilməz. Ermənistan yaradılan son şansdan bəhrələnməli, təxribatlarına son qoyaraq sülh müqaviləsinin imzalanmasını tezləşdirməlidir. Bu gün əksər aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara edilən çağırış budur ki, Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etsinlər.
Вчера, 10:00
İran səfiri bu ölkədən qovuldu - SƏBƏB
Вчера, 09:44
Sərhəddəki erməni əsgərin şok məktubu: Öləcəyik...
Вчера, 09:30
Kadırovdan səfərbərlikdən yayınanlara sərt sözlər
Вчера, 09:00
“Rusiyanın Ukraynadakı referendumunu tanımırıq” - Türkiyə
23-09-2022, 16:00
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - ŞƏRH
23-09-2022, 15:30
Azərbaycan əhalisinə XƏBƏRDARLIQ - Bu günlərdə telefonla danışmayın
23-09-2022, 14:43
Paşinyan İlham Əliyevdən xahiş etdi: "Onu mənə göstərin..."
23-09-2022, 13:29
Bakıda oğlu və gəlini anaya İŞGƏNCƏ VERDİ- ŞOK GÖRÜNTÜLƏR
23-09-2022, 13:24
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
23-09-2022, 13:20
Paşinyan yeni hücumun anonsunu verir
23-09-2022, 13:09
"Get özün döyüş!" - Putinin qərarına etirazlar davam edir - VİDEO
23-09-2022, 12:56
Dağlıq Şirvan Regional İdarəsi Soltan Umbayev adına 2 saylı tam orta məktəbi qəzalı vəziyyətdədir
23-09-2022, 12:50
Ermənistanda morqlar hələ də doludur: Hakimiyyət itkiləri gizlətmək üçün panteona qadağa qoydu
23-09-2022, 12:47
İranda polis məntəqələrinə od vurulub
23-09-2022, 12:43
Diaspor fəalı Fransa radiosunda Ermənistanın təxribatı barədə həqiqətləri səsləndirib
23-09-2022, 12:02
MN: Mövqelərimiz atəşə tutulub
23-09-2022, 11:58
De Byazi: "... milliyə çağırmadığım üçün ondan üzr istədim"
23-09-2022, 11:13
Lavrov Buça qətliamından danışdı: "Bir aydır gözləyirik, siyahını yayımlayın"
23-09-2022, 11:07
Avstraliya sahillərində qorxunc mənzərə görənləri kədərləndirdi - FOTO/VİDEO
23-09-2022, 10:43
Bayramov Baydenin təşkil etdiyi rəsmi qəbulda
23-09-2022, 10:15
Azərbaycana payız gəldi
23-09-2022, 10:10
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın sübutları əsasında Ermənistana qarşı qərar çıxardı – DETALLAR
23-09-2022, 10:05
Millimizin 90+5-də qazandığı qələbənin - Videosu
22-09-2022, 16:00
Sabahın hava proqnozu açıqlanıb
22-09-2022, 15:30
Ərdoğan: “Türkiyə ABŞ-dan qazı daha sərfəli şərtlərlə almaq istəyir” - VİDEO
22-09-2022, 14:37
İranlı general Azərbaycanı təhdid etdi - VİDEO
22-09-2022, 14:32
İranda etirazçılar polis idarəsini yandırıblar - VİDEO