Özünü azərbaycanlı adlandırıb düşmən sırasında dayananlar
siyaset
Oxunub: 91 885
20 сен 2022 | 13:31
Özünü azərbaycanlı adlandırıb düşmən sırasında dayananlar




Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhəddində ermənilər tərəfindən törədilən genişmiqyaslı hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar, revanşist siyasət yeritdiyini sübuta yetirdi.
Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki il vaxt keçməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.
13 sentyabr təxribatı qətiyyən təsadüfi epizod hesab oluna bilməz. Əksinə son vaxtlar erməni təxribatları davamlı olaraq təkrarlanır və onların əhatə dairəsi də genişlənir. Azərbaycanın bütün bu təhdidlərə dərhal cavab verməyə hər zaman hazır olması, ən əvvəl iki məsələdə- ölkənin hərbi qüdrətinin artırılmasında və milli həmrəylik mühitinin gücləndirilməsində özünü göstərməlidir. Bu gün Azərbaycana qarşı edilən həmlələr sadəcə silahlı dəstələr, hərbi təxribatlarla həyata keçirilmir. Düşmən xalqımızın mənəvi-siyasi birliyini sarsıtmaq üçün də ciddi səylət göstərir, ideoloji diversiyalar hazırlayır. Çox təəssüflər olsun ki, bu ideoloji müharibədə özünü azərbaycanlı adlandırıb faktiki olaraq düşmən sırasında dayananlar da var. Bu isə onların xəyanətkar xislətinin ifadəsindən başqa bir şey deyildir. Belə insanlar Vətən hissindən, mənəviyyat duyğusundan uzaqdırlar. Bu cür xəyanətkarların Azərbaycan adına heç bir aidiyyatı yoxdur.
Azərbaycan azad edilmiş torpaqlarda yenidən şəhərlər, kəndlər salır ki, 30 il yurd həsrətilə yaşamış insanlarımız yenidən öz dədə-baba torpaqlarına qayıtsınlar. Belə olan halda isə həmin insanların təhlükəsizliyini təmin etmək dövlətin bir nömrəli vəzifəsidir. Bu məqsədlə biz ilk növbədə Ermənistanla sərhəd boyunca mövqelərimizi möhkəmləndirməliyik. Azərbaycan ordusu ərazilərimizi gələcəkdə məruz qoyula biləcəyi təcavüzlərdən qorumaq üçün möhkəm istehkamlar qurmalıdır. Elə sonuncu- sentyabrın 13-də keçirilən antiterror əməliyyatlarının gedişində qəhrəman Azərbaycan ordusunun ələ keçirdiyi strateji yüksəkliklər də ilk növbədə bu məqsədlərə xidmət edir.

YAP Şamaxı rayon təşkilatının sədri
Tural Qasımlı
Вчера, 10:00
İran səfiri bu ölkədən qovuldu - SƏBƏB
Вчера, 09:44
Sərhəddəki erməni əsgərin şok məktubu: Öləcəyik...
Вчера, 09:30
Kadırovdan səfərbərlikdən yayınanlara sərt sözlər
Вчера, 09:00
“Rusiyanın Ukraynadakı referendumunu tanımırıq” - Türkiyə
23-09-2022, 16:00
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - ŞƏRH
23-09-2022, 15:30
Azərbaycan əhalisinə XƏBƏRDARLIQ - Bu günlərdə telefonla danışmayın
23-09-2022, 14:43
Paşinyan İlham Əliyevdən xahiş etdi: "Onu mənə göstərin..."
23-09-2022, 13:29
Bakıda oğlu və gəlini anaya İŞGƏNCƏ VERDİ- ŞOK GÖRÜNTÜLƏR
23-09-2022, 13:24
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
23-09-2022, 13:20
Paşinyan yeni hücumun anonsunu verir
23-09-2022, 13:09
"Get özün döyüş!" - Putinin qərarına etirazlar davam edir - VİDEO
23-09-2022, 12:56
Dağlıq Şirvan Regional İdarəsi Soltan Umbayev adına 2 saylı tam orta məktəbi qəzalı vəziyyətdədir
23-09-2022, 12:50
Ermənistanda morqlar hələ də doludur: Hakimiyyət itkiləri gizlətmək üçün panteona qadağa qoydu
23-09-2022, 12:47
İranda polis məntəqələrinə od vurulub
23-09-2022, 12:43
Diaspor fəalı Fransa radiosunda Ermənistanın təxribatı barədə həqiqətləri səsləndirib
23-09-2022, 12:02
MN: Mövqelərimiz atəşə tutulub
23-09-2022, 11:58
De Byazi: "... milliyə çağırmadığım üçün ondan üzr istədim"
23-09-2022, 11:13
Lavrov Buça qətliamından danışdı: "Bir aydır gözləyirik, siyahını yayımlayın"
23-09-2022, 11:07
Avstraliya sahillərində qorxunc mənzərə görənləri kədərləndirdi - FOTO/VİDEO
23-09-2022, 10:43
Bayramov Baydenin təşkil etdiyi rəsmi qəbulda
23-09-2022, 10:15
Azərbaycana payız gəldi
23-09-2022, 10:10
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın sübutları əsasında Ermənistana qarşı qərar çıxardı – DETALLAR
23-09-2022, 10:05
Millimizin 90+5-də qazandığı qələbənin - Videosu
22-09-2022, 16:00
Sabahın hava proqnozu açıqlanıb
22-09-2022, 15:30
Ərdoğan: “Türkiyə ABŞ-dan qazı daha sərfəli şərtlərlə almaq istəyir” - VİDEO
22-09-2022, 14:37
İranlı general Azərbaycanı təhdid etdi - VİDEO
22-09-2022, 14:32
İranda etirazçılar polis idarəsini yandırıblar - VİDEO