Bu məktəbin direktoru müəllimlərdən təmir adı ilə pul tələb edir - Səsyazısı yayıldı - AUDİO
hadise / video
Oxunub: 130 985
19 сен 2022 | 13:16
Bu məktəbin direktoru müəllimlərdən təmir adı ilə pul tələb edir - Səsyazısı yayıldı - AUDİO


Sumqayıtda orta məktəb direktorunun müəllimlərdən açıq-aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

Trend xəbər verir ki, hadisə Sumqayıt şəhər 32 saylı orta məktəbdə baş verib. Orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı "Whatsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib.

Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib. Direktor səs yazısında həmçinin müəllimləri əmək haqlarından da pul tutulacağı ilə hədələyib.

Səs yazısında bildirilir ki, guya müəllimlərin hər birindən tələb olunan 50 manat məktəbin təmirinə xərclənəcək.

"Hörmətli müəllimlər, sabah hamı bir nəfər kimi işdə olur və təcili məktəbin uçuq-sökük yerlərini 4-5 gün ərzində təmir etməliyik. Ona görə sabah hamı bir nəfər kimi 50 manat gətirir. Şüşələr sınıqdı, salınacaq, dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək. Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək. Əgər çatsa. Ona görə hamı bir nəfər kimi sabah 50 manat pul gətirir.

15 gündə kim hansı gün məktəbə gəlməyibsə, həmin günü yazılmayacaq, o da başqa cür hesablanacaq. 3 gün kim işə gəlmədi, hamının gününü yazdıq, aldınız, xərclədiniz, halal olsun. İndi də məktəbi düzəltməliyik. Yəni o gəlmədiyiniz günlərə görə də maaşınızdan əlavə məbləğ çıxılacaq", - səs yazısında bildirilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Вчера, 10:00
İran səfiri bu ölkədən qovuldu - SƏBƏB
Вчера, 09:44
Sərhəddəki erməni əsgərin şok məktubu: Öləcəyik...
Вчера, 09:30
Kadırovdan səfərbərlikdən yayınanlara sərt sözlər
Вчера, 09:00
“Rusiyanın Ukraynadakı referendumunu tanımırıq” - Türkiyə
23-09-2022, 16:00
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - ŞƏRH
23-09-2022, 15:30
Azərbaycan əhalisinə XƏBƏRDARLIQ - Bu günlərdə telefonla danışmayın
23-09-2022, 14:43
Paşinyan İlham Əliyevdən xahiş etdi: "Onu mənə göstərin..."
23-09-2022, 13:29
Bakıda oğlu və gəlini anaya İŞGƏNCƏ VERDİ- ŞOK GÖRÜNTÜLƏR
23-09-2022, 13:24
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
23-09-2022, 13:20
Paşinyan yeni hücumun anonsunu verir
23-09-2022, 13:09
"Get özün döyüş!" - Putinin qərarına etirazlar davam edir - VİDEO
23-09-2022, 12:56
Dağlıq Şirvan Regional İdarəsi Soltan Umbayev adına 2 saylı tam orta məktəbi qəzalı vəziyyətdədir
23-09-2022, 12:50
Ermənistanda morqlar hələ də doludur: Hakimiyyət itkiləri gizlətmək üçün panteona qadağa qoydu
23-09-2022, 12:47
İranda polis məntəqələrinə od vurulub
23-09-2022, 12:43
Diaspor fəalı Fransa radiosunda Ermənistanın təxribatı barədə həqiqətləri səsləndirib
23-09-2022, 12:02
MN: Mövqelərimiz atəşə tutulub
23-09-2022, 11:58
De Byazi: "... milliyə çağırmadığım üçün ondan üzr istədim"
23-09-2022, 11:13
Lavrov Buça qətliamından danışdı: "Bir aydır gözləyirik, siyahını yayımlayın"
23-09-2022, 11:07
Avstraliya sahillərində qorxunc mənzərə görənləri kədərləndirdi - FOTO/VİDEO
23-09-2022, 10:43
Bayramov Baydenin təşkil etdiyi rəsmi qəbulda
23-09-2022, 10:15
Azərbaycana payız gəldi
23-09-2022, 10:10
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın sübutları əsasında Ermənistana qarşı qərar çıxardı – DETALLAR
23-09-2022, 10:05
Millimizin 90+5-də qazandığı qələbənin - Videosu
22-09-2022, 16:00
Sabahın hava proqnozu açıqlanıb
22-09-2022, 15:30
Ərdoğan: “Türkiyə ABŞ-dan qazı daha sərfəli şərtlərlə almaq istəyir” - VİDEO
22-09-2022, 14:37
İranlı general Azərbaycanı təhdid etdi - VİDEO
22-09-2022, 14:32
İranda etirazçılar polis idarəsini yandırıblar - VİDEO