Aqiyə Naxçıvanlı: Prezidentin regionlara etdiyi səfərlər həm iqtisadi, həm də siyasi cəhətdən böyük önəm kəsb edir
sosial
Oxunub: 125 120
13 авг 2022 | 16:02
Aqiyə Naxçıvanlı: Prezidentin regionlara etdiyi səfərlər həm iqtisadi, həm də siyasi cəhətdən böyük önəm kəsb edir


Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazda əsas söz sahibinə çevrilmiş, regional və beynəlxalq mövqelərini getdikcə möhkəmlədən, sürətlə inkişaf edən bir dövlət kimi özünü təsdiqləyib. Qeyd etmək lazımdır ki, bu hal, ilk növbədə, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasətin nəticəsidir. Məhz bu siyasətin, ölkədə həyata keçirilən əsaslı islahatların sayəsində Azərbaycanın iqtisadi inkişaf modeli özünün unikallığını və müstəsna effektivliyini isbatlayıb. Bu gün Azərbaycan Prezidentinin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır, baş tutan açılışlar və təməlqoyma mərasimləri isə görülmüş işlərin həcminin göstəricisidir. Dövlətimizin başçısının regionlara etdiyi səfərlər iqtisadi əhəmiyyətinə paralel olaraq həm də böyük siyasi önəm kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat qeyd edib ki, avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağsu və İsmayıllı rayonlarına tarixi səfərləri həm siyasi, həm də iqtisadi baxımdan böyük önəm kəsb etmiş oldu. Məlum olduğu kimi, Prezident İlham Əliyev bütün bölgələrdə aparılan quruculuq-abadlıq işlərinə şəxsən özü nəzarət edir. Məhz buna görə dövlətimizin başçısı həm işlərin gedişi ilə yerində tanış olmaq, həm də lazımi tapşırıq və tövsiyələri vermək üçün müntəzəm olaraq bölgələrə səfərlər edir. O cümlədən son illər ərzində digər regionlarda olduğu kimi, Ağsu və İsmayıllı rayonlarında da böyük infrastruktur layihələri icra edilib. Avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Prezident İlham Əliyev bununla bağlı qeyd etdi ki, hər iki rayonda dövlət proqramı ilə icrası nəzərdə tutulan infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Ağsu və İsmayıll şəhərlərinin hər birində 160 çarpayılıq yeni xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. Həmçinin bu rayonlarda yeni iş yerlərinin yaradılması istiqamətində də mühüm addımlar atılmışdır. O cümlədən, dövlət başçısının açılışında iştirak etdiyi “Basqal Resort & Spa” hotelində 300-ə yaxın iş yeri açılıb. Prezident İlham Əliyevin səfər çərçivəsində fəaliyyəti ilə tanış olduğu “Ağsu Aqropark”da isə 200-ə yaxın iş yeri açılıb. Əlbəttə ki, bütün bunlar hər iki rayonun iqtisadi inkişafına verilən mühüm töhfələrdir.

Prezident İlham Əliyev, həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına dair mövcud planlar və görülən işlər barədə söylədiklərinin əhəmiyyətini vurğulayan A.Naxçıvanlı bildirib: “Bu gün dünyanın bütün dövlətlərinin qarşısında duran əsas məsələlərdən biri ərzaq təhlükəsizliyi ilə bağlıdır. Bu baxımdan Azərbaycan işğaldan azad edilmiş torpaqlarının ölkə iqtisadiyyatına reinteqrasiyası hesabına böyük imkanlar əldə edəcək. Dövlətimizin başçısı müsahibəsində qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün çox münbit iqlim və təbii şərait var. Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da kəskinləşdirdi. Lakin Azərbaycan bu məsələ ilə yalnız indi məşğul olmağa başlamayıb. Belə ki, torpaqlarımız işğalçılardan azad olunandan dərhal sonra Prezident İlham Əliyev göstəriş vermişdi ki, bu torpaqlarda əkin-biçin işlərinə başlansın. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq”.

Sonda Milli Məclisin deputatı Prezident İlham Əliyevin müsahibəsində yer almış siyasi məqamların önəmini qeyd edib. Bildirib ki, Ermənistan son iki ildə baş verənlərdən bu gün də düzgün nəticə çıxarmasa bütün imkanları əldən verə bilər. “Azərbaycan iki il bundan əvvəl, ilk növbədə, hərbi, daha sonra hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi və nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Ermənistan hökuməti kapitulyasiya aktını imzalamaqla öz üzərinə məlum öhdəliklər götürdü. Bu öhdəliklərə əməl olunması bütün Cənubi Qafqazda sülhün və inkişafın bərqərar olması üçün zəruri şərtdir. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də bunu dərk etmək istəmir. Azərbaycana qarşı hansısa ərazi iddiaları, hansısa status haqqında cəfəng fikirlərlə Qarabağda gedən proseslərə qarışmaq cəhdləri və hətta ölkəmizin Silahlı Qüvvələrinə qarşı açıq-aşkar silahlı təxribatlar hələ də davam edir. Təbii ki, Azərbaycan bütün bunların qarşısını qətiyyətlə almaq iqtidarındadır və alır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, avqustun 3-də keçirilmiş “Qisas” əməliyyatı da bir cəza tədbiri idi. Növbəti dəfə təxribat törədərək Azərbaycan əsgərinin qanını axıtmış düşmən ciddi şəkildə cəzalandırıldı. Şəhidimizin qanı onlara baha başa gəldi və düşmən bunu unutmamalıdır. Ermənistanın yeni reallıqlarla barışmalıdır, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərə gəlincə isə, Ölkə Prezidenti İlham Əliyev dəfələrlə birmənalı şəkildə bəyan edib ki, bu insanlar da Azərbaycan vətəndaşlarıdır və onların təhlükəsizliyinin və bütün digər hüquqlarının təminatı da Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək”, - deyə Aqiyə Naxçıvanlı vurğulayıb.
Вчера, 10:00
İran səfiri bu ölkədən qovuldu - SƏBƏB
Вчера, 09:44
Sərhəddəki erməni əsgərin şok məktubu: Öləcəyik...
Вчера, 09:30
Kadırovdan səfərbərlikdən yayınanlara sərt sözlər
Вчера, 09:00
“Rusiyanın Ukraynadakı referendumunu tanımırıq” - Türkiyə
23-09-2022, 16:00
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - ŞƏRH
23-09-2022, 15:30
Azərbaycan əhalisinə XƏBƏRDARLIQ - Bu günlərdə telefonla danışmayın
23-09-2022, 14:43
Paşinyan İlham Əliyevdən xahiş etdi: "Onu mənə göstərin..."
23-09-2022, 13:29
Bakıda oğlu və gəlini anaya İŞGƏNCƏ VERDİ- ŞOK GÖRÜNTÜLƏR
23-09-2022, 13:24
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
23-09-2022, 13:20
Paşinyan yeni hücumun anonsunu verir
23-09-2022, 13:09
"Get özün döyüş!" - Putinin qərarına etirazlar davam edir - VİDEO
23-09-2022, 12:56
Dağlıq Şirvan Regional İdarəsi Soltan Umbayev adına 2 saylı tam orta məktəbi qəzalı vəziyyətdədir
23-09-2022, 12:50
Ermənistanda morqlar hələ də doludur: Hakimiyyət itkiləri gizlətmək üçün panteona qadağa qoydu
23-09-2022, 12:47
İranda polis məntəqələrinə od vurulub
23-09-2022, 12:43
Diaspor fəalı Fransa radiosunda Ermənistanın təxribatı barədə həqiqətləri səsləndirib
23-09-2022, 12:02
MN: Mövqelərimiz atəşə tutulub
23-09-2022, 11:58
De Byazi: "... milliyə çağırmadığım üçün ondan üzr istədim"
23-09-2022, 11:13
Lavrov Buça qətliamından danışdı: "Bir aydır gözləyirik, siyahını yayımlayın"
23-09-2022, 11:07
Avstraliya sahillərində qorxunc mənzərə görənləri kədərləndirdi - FOTO/VİDEO
23-09-2022, 10:43
Bayramov Baydenin təşkil etdiyi rəsmi qəbulda
23-09-2022, 10:15
Azərbaycana payız gəldi
23-09-2022, 10:10
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın sübutları əsasında Ermənistana qarşı qərar çıxardı – DETALLAR
23-09-2022, 10:05
Millimizin 90+5-də qazandığı qələbənin - Videosu
22-09-2022, 16:00
Sabahın hava proqnozu açıqlanıb
22-09-2022, 15:30
Ərdoğan: “Türkiyə ABŞ-dan qazı daha sərfəli şərtlərlə almaq istəyir” - VİDEO
22-09-2022, 14:37
İranlı general Azərbaycanı təhdid etdi - VİDEO
22-09-2022, 14:32
İranda etirazçılar polis idarəsini yandırıblar - VİDEO