Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
gundem / sosial
Oxunub: 195 500
3 авг 2022 | 13:22
Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur





Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq sertifikata malik, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlamışdır. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda - Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi ilə xidmətinizdədir. Abşeron Logistika Mərkəzinin nəzdində fəaliyyət göstərən “Abşeron” yük dəmir yolu stansiyasına Azərbaycan Dəmir Yolları QSC tərəfindən 548004 beynəlxalq stansiya kodu verilmişdir.

Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


65,7 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, terminal, saxlanma, ofis icarəsi, nəqliyyat və 3PL xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.

Yaradılmış bir pəncərə sistemi ilə yüksək səviyyəli və operativ xidmət göstərilir. Bu sistemin əsas məqsədi ayrı-ayrı məntəqələrdə göstərilən bir sıra xidmətlərin bir nöqtədən həyata keçirilməsi və bununla da vaxta qənaət edərək xərclərin azaldılmasıdır.

Mərkəzin fəaliyyəti dəmir yollarından vaqon və konteynerlərin qəbulu proseslərindən başlayaraq yüklərin ünvana çatdırlmasına qədər avtomatlaşdırılmış proqram təminatı vasitəsi ilə həyata keçirilir. Belə ki, mərkəzdə mövcud olan proqram təminatı Azərbaycan Dəmir Yolları və Dövlət Gömrük Komitəsinin proqram təminatları ilə qarşılıqlı inteqrasiya edilərək “bir pəncərə” sisteminin prinsiplərinə uyğun olaraq sahibkarlar üçün fasiləsiz və şəffaf xidmətin göstərilməsinə şərait yaradır. Bu da öz növbəsində həm Dövlət Gömrük Komitəsi, həm də Azərbaycan Dəmir Yolları tərəfindən qarşılıqlı məlumat mübadiləsini təmin etməklə səmərəliliyi artırır.

Məqsədimiz fəaliyyətimizdə davamlı təkmilləşdirməni əsas tutaraq müştərilərə göstərilən xidmət keyfiyyətinin daha da artırılmasıdır.

Logistikanın asan ünvanı olaraq XİDMƏTİNİZDƏYİK.

***

Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevin müsahibəsini təqdim edirik:

Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


- Abşeron Logistika Mərkəzi fəaliyyətə başlamasından qısa bir dövr keçməsinə baxmayaraq kifayət qədər nailiyyətlər əldə etmişdir. İstərdik ki, ilk öncə Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verəsiniz.

- Bildiyiniz kimi, Abşeron Logistika Mərkəzi 2018-ci ildə fəaliyyətə başlamışdır, o gündən etibarən Mərkəzin həm Azərbaycanın, həm də Qafqazın coğrafi logistik inkişafına, həmçinin ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfə verəcəyi gözlənilirdi. Gözləntiləri qarşılamaq üçün fəaliyyətimiz dövründə beynəlxalq əlaqələrimizi genişləndirdik, tranzit, idxal və ixrac əməliyyatlarının aparılmasında əhəmiyyətli paya sahib olduq, bununla da Qafqaz regionu üzrə ən böyük quru yük limanı olaraq kifayət qədər böyük nailiyyətlər əldə etdik, ölkə iqtisadiyyatının inkişafına dəstək olan müxtəlif layihələrin iştirakçısına çevrildik. Mütəmadi olaraq xidmət sahələrimizi genişləndirərək beynəlxalq tələblərə cavab verə biləcək infrastrukturun yaradılmasını və xidmət keyfiyətinin artırılması ilə şəffaf mühitin yaradılmasını təmin edə bildik. Bunun sayəsində də bir sıra beynəlxalq sertifikatlar əldə etdik.

- Müstəqilliyimizin ilk günündən qarşıya qoyulan əsas hədəf və strategiyalardan biri də ölkəmizin dayanıqlı tranzit dəhlizinə çevrilməsidir bu istiqamətdə atılan addımlar haqda nə deyə bilərsiniz?

- Əlbəttə ki, ölkə başçısı cənab prezident İlham Əliyevin qarşıya qoyduğu əsas strateji hədəflərdən biri də Azərbaycanı regionda əsas tranzit dəhlizinə çevirməkdir. Bu yöndə atılan addımların bir neçəsini qeyd etmək istərdim. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda Xəzər dənizinin ən böyük limanıdır, bundan əlavə Abşeron Logistika Mərkəzi Qafqazda analoqu olmayan ən böyük quru yük limanıdır. Eyni zamanda hava yolu ilə daşınan yüklərin qəbulu üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında da yük aşırımı üçün yaradılmış infrastruktur, tranzit yüklərin ölkəmiz üzərindən daşınması üçün çox böyük potensial vəd edir. Ölkəyə tranzit yüklərin cəlb edilməsi və həmin yüklər üzərində əlavə dəyərin yaradılmasının da bu istiqamətdə böyük təkan verəcəyi gözlənilir.

- Ölkədə dəmir yolları infrastrukturunun yaradılmasına və inkişaf etdirilməsinə böyük miqdarda xərclər çəkilib, görülən işlərin nəticəsi olaraq hazırki vəziyyət haqda nə düşünürsünüz?

- Qeyd etdiyiniz kimi çəkilən xərclərin nəticəsi olaraq ölkəmiz şimal və cənubdan eyni zamanda qərb istiqamətində Türkiyə və Avropa ittifaqı dövlətlərindən keçən dəmir yollarını Qafqazda birləşdirən mərkəz halını almışdır. Dəmir yolları ilə edilən yük daşımalarından əlavə olaraq multimodal və intermodal daşıma növlərinə də xüsusi diqqət yetirilir, bu da daha uzaq məsafələrə yüklərin daşınması zamanı yaxud da ən qısa müddətdə yüklərin son təyinat nöqtəsinə çatdırılması üçün ən ideal daşıma növləridir. Az öncə qeyd etdiyim yaradılmış şərait fonunda Mərkəzimizdə bu prosesləri təşkil edən, uzun illərdir bu sahədə təcrübəsi olan peşəkar kadrlar da mövcuddur.

- Ölkəyə tranzit yüklərin cəlbi istiqamətində Abşeron Logistika Mərkəzinin icra etdiyi layihələrdən hansıları qeyd edə bilərsiniz?

Xüsusilə qeyd etmək istərdim ki, tərəfimizdən son illər anbar logistikasının geniş tətbiqinə başlanılması coğrafi mövqeyinə görə ölkəmizi bir paylama mərkəzi rolunu oynamağa ölkəmizə daxil olan tranzit yüklərin böyük həcmdə artımına səbəb olacaq. Kifayət qədər beynəlxalq şirkətlər var ki, gömrüklü anbarlar və 3PL xidməti təqdim etmək mümkün olduğu halda Azərbaycanda nümayəndəliklər açmaqda və ölkəmizdən regional mərkəz kimi faydalanmaqda maraqlıdırlar. Bu da öz növbəsində həmin şirkətlərin birbaşa Azərbaycana investisiya etmək, logistika fəaliyyətinin bir qismini Azərbaycandan icra etmək niyyətinə dəstək verəcəkdir. Bildirmək istərdim ki, Mərkəzimizdə inşa edilmiş müasir anbar kompleksləri vasitəsilə regional dağıtım mərkəzinin yaradılması, o cümlədən gömrük rejimlərinin effektiv tətbiqi də mümkündür və hal hazırda bu istiqamətdə həm yerli, həm də beynəlxalq şirkətlərlə əməkdaşlıq edirik.

- Beynəlxalq təcrübə göstərir ki, logistik şirkətlər işlərinin təşkilində rəqəmsallaşmaya daha çox üstünlük verir, buda tranzit yüklərin nəqlinin xüsusilə də yük sahiblərinin harada olmalarından asılı olmayaraq prosesləri onlayn idarə edə bilməsi qlobal logistik şirkətlər adına çox böyük üstünlükdür, bəs sizin Mərkəz bu istiqamətdə hansı addımlar atmışdır?

- Bildirmək istərdim ki, Abşeron Logistika Mərkəzində bütün proseslər tərəfimizdən yaradılmış vahid rəqəmsal sistem üzərindən idarə olunur. Bu sistem birbaşa Azərbaycan Dövlət Gömrük Komitəsi və Azərbaycan Dəmir Yolları QSC-nin sistemlərinə inteqrasiya edilmiş şəkildə fəaliyyət göstərir. Bu vahid mərkəzləşdirilmiş sistem sayəsində tam onlayn şəkildə bütün logistik əməliyyatları idarə etmək mümkündür. Bura daşınan yüklərin izlənilməsi, anbarda olan yüklərə nəzarət, istənilən hesabatların əldə edilməsi, göstərilən xidmətlər üzrə bütün növ ödənişlərin onlayn şəkildə edilməsi və digər əməliyyatlar da aiddir. Bununla da logistik xidmətlərin rəqəmsallaşdırılması, əlavə xərclər və vaxt itkisini aradan qaldırmaqla yanaşı şəffaf mühitin yaradılmasını da təmin edir.

- Qeyd etdiklərinizdən əlavə olaraq Abşeron Logistika Mərkəzində tranzit yüklərin cəlbi üçün hansı şərait mövcuddur?

- Deyə bilərəm ki, hazırda Abşeron Logistika Mərkəzi 2 mln tona qədər tranzit yüklərin qəbulu üçün tam hazırdır. Bunun üçün Mərkəzdə hər cür maddi texniki baza, gömrüklü anbar kompleksləri, Dövlət Gömrük Komitəsi və Azərbaycan Dəmir Yolları və digər aidiyyatı qurumlarla mərkəzləşdirilmiş sistemli struktur qurulmuşdur. Onu da qeyd etmək istərdim ki, “gömrüklü anbar” statusuna sahib olmağımız da tranzit yüklərin cəlbi üçün çox böyük əhəmiyyət daşıyır. Bir sözlə Mərkəzimizin bugünkü mövcud imkanları böyük həcmdə tranzit yüklərin qəbuluna və emal edilməsinə əlverişli şərait yaradır. Nəzərinizə çatdırmaq istərdim ki, Mərkəzimiz şərq-qərb nəqliyyat dəhlizi üzərindən həyata keçirilən tranzit yükdaşımalarının təşkilində də kifayət qədər təcrübəyə malikdir.
Сегодня, 16:11
Abidin Fərzəliyevin moyka biznesi: FAKTLAR və SÜBÜTLAR
Сегодня, 16:02
Aqiyə Naxçıvanlı: Prezidentin regionlara etdiyi səfərlər həm iqtisadi, həm də siyasi cəhətdən böyük önəm kəsb edir
Сегодня, 10:00
SENSASİYA! Gizli sənədlər, ələ keçirilən xəzinə - Tramp məxfi nüvə məlumatlarına sahibdir?
Сегодня, 09:37
Rusiya müharibədə Ukraynanın itkilərini açıqladı
Сегодня, 09:17
CİA şefinin Paşinyanla gizli anlaşmasının sirri açılır: Rusiya hərbi bazasının çıxarılması tələb olunur
Сегодня, 09:00
Azərbaycan Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verib
Сегодня, 02:08
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi
Сегодня, 02:04
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
Сегодня, 02:02
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu
Вчера, 18:02
İlham Əliyev “Ağsu Aqropark”da - Fotolar + Yenilənib
Вчера, 16:00
Həkimdən maska XƏBƏRDARLIĞI: Bu dalğa əvvəlkilərdən fərqli olacaq!
Вчера, 14:56
Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən fotolar paylaşıb
Вчера, 14:52
Prezident və xanımı “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda - YENİLƏNİB
Вчера, 14:48
İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib
Вчера, 14:22
Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb
Вчера, 13:41
Mehriban Əliyeva yeni video paylaşdı - VİDEO
Вчера, 13:37
Ermənipərəst politoloqdan sensasiya: Xankəndi, sülhməramlı etirafı, "kədərliyəm" çıxışı...
Вчера, 13:29
İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda açılışda
Вчера, 13:24
Azərbaycan əhalisinin sayı açıqlanıb
Вчера, 12:13
Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb, yaralanan var - FOTO
Вчера, 11:59
Türkiyə-Ermənistan müzakirələrinin detalları: xüsusi nümayəndələr 500 dəfə telefonla danışıb
Вчера, 11:56
Revanşist ermənilər də Qarabağdakı vəziyyətlə barışmağa başlayıb
Вчера, 11:46
Ukraynada sifarişlə həbs olunan Qarabağ qazisi Misirdən xəbər var - VİDEO
Вчера, 11:42
Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib
Вчера, 11:37
Prezident və xanımı “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar
Вчера, 11:03
İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib
Вчера, 11:00
Bu hərbçilər də ordudan uzaqlaşdırıldı