Şahin Xurşudov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qaydı göstərir
gundem / sosial
Oxunub: 238 510
2 авг 2022 | 12:12
Şahin Xurşudov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qaydı göstərir


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Dövlər Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudovdur.

Gəncə Dövlər Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şahin Xurşudov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə Dövlər Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Gəncə Dövlər Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şahin Xurşudov bu işin müqəddəsliyini qoruyub saxlayır. Şahin Xurşudov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Gəncə Dövlər Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov - Mənəvi dəyərlərin qorunması və dilimizin inkişafı dövlətin diqqət mərkəzindədir. Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqət və qayğısı olub. Hələ Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərib.

Məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən başlayaraq azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəlib, ölkəmizin vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirən milli ideologiya formalaşıb. Bu siyasətin məntiqi nəticəsi isə 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin yer alması idi. 44 il öncə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Müstəqillik illərində respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalayıb.

Dahi rəhbər siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılıb.

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapıb. Ulu Öndərin qəbul etdiyi “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə ölkəmizdə latın qrafikası tətbiq olunub.

Ulu Öndərin həyata keçirdiyi dövlət dil siyasəti bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlət başçısının bu sahədə imzaladığı fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamanda milli kimliyimizi də gücləndirən əhəmiyyətli amildir.

Bu mənada ölkə rəhbəri bildirib ki, “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.

Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilən tədbirlərin yeni bir səhifəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir. Bu, ilk növbədə özünəməxsus davamlı ənənələrə, möhkəm və dayanıqlı prinsiplərə, zəngin söz ehtiyatına malik Azərbaycan dilinin yad və kənar təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edən dövlət fərmanıdır.

Prezidentin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Proqramın əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanmasına münbit şərait yaradır.

Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

Hər bir millətin, hər bir xalqın varlığı onun dili ilə bağlıdır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməlidir.
Сегодня, 16:11
Abidin Fərzəliyevin moyka biznesi: FAKTLAR və SÜBÜTLAR
Сегодня, 16:02
Aqiyə Naxçıvanlı: Prezidentin regionlara etdiyi səfərlər həm iqtisadi, həm də siyasi cəhətdən böyük önəm kəsb edir
Сегодня, 10:00
SENSASİYA! Gizli sənədlər, ələ keçirilən xəzinə - Tramp məxfi nüvə məlumatlarına sahibdir?
Сегодня, 09:37
Rusiya müharibədə Ukraynanın itkilərini açıqladı
Сегодня, 09:17
CİA şefinin Paşinyanla gizli anlaşmasının sirri açılır: Rusiya hərbi bazasının çıxarılması tələb olunur
Сегодня, 09:00
Azərbaycan Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verib
Сегодня, 02:08
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi
Сегодня, 02:04
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
Сегодня, 02:02
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu
Вчера, 18:02
İlham Əliyev “Ağsu Aqropark”da - Fotolar + Yenilənib
Вчера, 16:00
Həkimdən maska XƏBƏRDARLIĞI: Bu dalğa əvvəlkilərdən fərqli olacaq!
Вчера, 14:56
Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən fotolar paylaşıb
Вчера, 14:52
Prezident və xanımı “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda - YENİLƏNİB
Вчера, 14:48
İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib
Вчера, 14:22
Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb
Вчера, 13:41
Mehriban Əliyeva yeni video paylaşdı - VİDEO
Вчера, 13:37
Ermənipərəst politoloqdan sensasiya: Xankəndi, sülhməramlı etirafı, "kədərliyəm" çıxışı...
Вчера, 13:29
İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda açılışda
Вчера, 13:24
Azərbaycan əhalisinin sayı açıqlanıb
Вчера, 12:13
Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb, yaralanan var - FOTO
Вчера, 11:59
Türkiyə-Ermənistan müzakirələrinin detalları: xüsusi nümayəndələr 500 dəfə telefonla danışıb
Вчера, 11:56
Revanşist ermənilər də Qarabağdakı vəziyyətlə barışmağa başlayıb
Вчера, 11:46
Ukraynada sifarişlə həbs olunan Qarabağ qazisi Misirdən xəbər var - VİDEO
Вчера, 11:42
Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib
Вчера, 11:37
Prezident və xanımı “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar
Вчера, 11:03
İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib
Вчера, 11:00
Bu hərbçilər də ordudan uzaqlaşdırıldı