Yaşıllaşdırma Təsərrüfat Birliyi, yoxsa korrupsiya yuvası ? - YTB-nin rəhbərliyi 1 ildə neçə dəfə dəyişər ?
sosial
Oxunub: 177 905
1 авг 2022 | 12:01
Yaşıllaşdırma Təsərrüfat Birliyi, yoxsa korrupsiya yuvası ? - YTB-nin rəhbərliyi 1 ildə neçə dəfə dəyişər ?


Məlumat üçün qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ( YTB ) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir.
BİRLİK istər keçmiş Sovet respublikaları və istərsə də digər xarici ölkələrdən müxtəlif əkin materialları (tinglər, ot toxumları, gül toxumları, güL şitilləri), müxtəlif avadanlıqlar və texnikalar almaq səlahiyyətinə malikdir.

Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Bakı şəhər İcra Hakimiyyətinin razılığı əsasında özünün törəmə müəssisələrini yaratmaq və ya ləğv etmək hüququna malikdir.

BİRLİK geniş bir struktura mailkidir:

"Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi;

Bitkilərin Mühafizəsi Stansiyası;

Ağac Bəzək Bitkiləri Sovxozu;

Avtonəqliyyat idarəsi;

Su quyularının İstismarı və Təmiri xidməti idarəsi.

Bitkilərin mühafizəsi stansiyasının müdiri Şaiq Vəliyevin axirincı iş yeri Binəqədi rayonunda JEK müdiri olub. Ağac bəzək bitkiləri sovxozunun baş aqronomu Məmmədov Teymur ixtisasca müəllimdir. Demək olar ki, sovxozda ixtisasca aqronom olan şəxs qalmayıb.

Birlik bu təşkilatların vasitəsilə Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi, toxumçuluğun inkişafı, güllüklərin salınması, habelə şəhər əhalisinin gül və gül məhsulları ilə təmin edilməsi, minimal xərclərlə əmək məhsuldarlığının artırılması, əsas fondların istifadə edilməsinin yaxşılaşdırılması, əkin, material və maliyyə vasitələrindən səmərəli istifadəsini təmin edir.

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktoru, Baş mühəndisi, Baş aqronomu və bir neçə müavini var.
Yəni BİRLİK sözün həqiqi mənasında çox geniş struktura malikdir.
Birliyin Baş direktoru ixtisasca maliyyəçi olan Həsrət Kərəm oğlu Əmrahov, Baş aqronom isə ixtisasca mexanizator olan Heydərov Oqtay Kamil oğludur.

İndi isə keçək Yaşıllaşdırma Birliyində baş verən problemlərə.
Gündəlik-Bakıya daxil olan məlumata görə, Birliyin tərkibində fəaliyyət göstərən "Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsində, Avtonəqliyyat İdarəsində, Ağac Bəzək Bitkiləri Sovxozunda, Yaşıllaşdırma Təsərrüfatı Birliyində və Su quyularının İstismarı və Təmiri Xidməti idarəsində xeyli sayda korrupsiya faktları və qanunsuzluqlar var.

Təsəvvür edirsiniz, bu BİRLİK təhlükə yaradan qurumuş ağacı kəsmək üçün 500 manat ŞİRİNLİK Istəyir.
Yaxşı sabah bir hadisə baş versə, ağac kiminsə üstünə aşarsa, məsuliyyəti kim daşıyacaq ?
500 manat şirinliyə görə, kimsə ölməlidir ?
Deməli, son bir neçə ildə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ( YTB) rəhbərləri dəfələrlə dəyişdirilib.
Belə ki, Eldar Əzizov Bakı ŞİH-nin başçısı olandan sonra uzun illər, daha dəqiq desək, 2001-ci ildən YTB-nin baş direktoru professor Vaqif Novruzova töhmət verərək onu vəzifəsindən azad elədi. Və Elşən Məmmədzadəni onun yerinə təyin etdi. Amma heç nə dəyişmədi, köhnə rüşvət və korrupsiya halları davam etdi və bir az da çoxaldı.

Elşən Məmmədzadə işə çıxan gündən portfelini götürüb, sahələrə çıxdı və qarşısına çıxan işçilərə deyirdi ki, uşaqlar nə olur olsun pul qazanmaq lazımdır. BŞİH Elşən Məmmədzadənin işləyə bilmədiyini görüb, mənzil kommunal idarəsində işləyən, ixtisasca kimya müəllimi, uxun müddət Nizami rayonunda hərbi komissar işləmiş, Mirdamət Seyidovu YTB-yə müavin təyin etdi və bütün səlahiyyətləri ona verdi. O gündən, Elşənin baş direktorluğu formal xarakter daşıdı və YTB-nin qara günləri M.Seyidov gələndən başladı. O, öz maddi maraqlarına görə əsl mütəxəsisləri işdən kənarlaşdıraraq, yaşıllıqdan başı çıxmayan qeyri ixtisas sahiblərini birliyə işə götürdülər. Bunun üçün aqronom ixtisaslarını ləğv edərək, usta ştatı ilə əvəz etdilər. Əgər kənd təsərrüfatında və yaşıllaşdırmada aqronom lazım deyilsə onda Azərbaycan Aqrar Universiteti nəyə lazımdır. Onda aqronomluq fakultəsini bağlasınlar. Bunu ona görə edirlər ki, ixtisası olmayan qohum-əqrəbalarını və dövlətdən yüksək təqaüd alan hərbi tanışlarını yerləşdirmək asan olsun.

Mirdamət Seyidov bilərəkdən sahələrdən işçilərin işə davamiyyət tabelini yığışdirdı ki, işçilər qol çəkəndə onun üçün saxlanılan ölü canları görməsinlər. Köhnə işçilərin və mütəxəsislərin işdən çıxarılması Mirdamət Seyidovun diqtəsi ilə YTB-nin baş direktoru H.Əmrahov tərəfindən bu gün də davam etdirilir.
Buna real misal olaraq, əvvəllərdən 5 saylı sahənin keçmiş rəisi alim aqronom 45 il iş təcrübəsi olan təqaüdə çıxmağa il yarımnan az qalmış, ildə 3 milyon ədəd gül-çiçək istehsal edən Əsgərov Xanəhməd Əli oğlunu göstərmək olar. Ona pandemiya dövründə zorla ərizə yazdırdılar. Təqaüdə çıxmağa il yarımdan az vaxtı qalan öz razılığı ilə işdən çıxarmı?

Sonra 4 saylı sahənin alim aqronomu, uzun illər bu sahədə işləmiş Murtuza Süleymanovu göstərmək olar. Onu təqaüd yaşı çatdığına görə çıxartdılar. Onu da deyim ki, əmək məcəlləsində mütəxəssisə yaş həddi yoxdur.
Nərimanov rayonunun sahə rəisi alim aqronom Ağayev Tofiqi zorla öz yerindən çıxardıb başqa yerə köçürdülər ki, öz hərbiçi dostunu onun yerinə təyin etsin. Bu 3 şəxsin alim aqronomların yerinə yaşıllıqdan bixəbər ixtisasları olmayanları təyin etdilər. Yeni təyin olunanların heç biri gül materiallarını tanımırlar.
Yenə baş direktor təyin edildi. Bu dəfə YTB-nin baş direktoru Həsrət Əmrahov oldu.

Birliyin strukturunda olan 4 saylı sahənin alim-aqronomu, uzun illər bu sahədə çalışmış Murtuza Süleymanov işdən çıxarıldı. Və onun yerinə, ümumiyyətlə, bu sahədən anlayışı olmayan şəxs təyin edildi.
Təsəvvür edirsiniz, yeni təyin olunan aqronomlar çoxillik bitkilərin adını bilmirlər.
Bəs, görək, Həsrət Əmrahovun yeni komandası kimlərdən ibarətdir?
Deməli, Həsrət Əmrahovun sağ əli, Gülçülük sovxozunun rəhbəri Əmiraslan Əmiraslanovdur.
Bu adam vaxtilə Xətai rayonunda Köhnə Günəşlidə 96 saylı Mənzil İstismar Sahəsinin rəisi olub və rüşvətxorluğu ilə ad çıxarıb və Xətainin icra başçısı Rafiq Quliyevə “xidmət” edib.
İndi isə YTB-nin baş direktoru Həsrət Əmrahovun sağ əlidir.




Həsrət Əmrahov və Əmiraslan həm də Bakı şəhər “Əsaslı tikinti və təmir” MMC-nin direktoru Abid Əliyevin qrup yoldaşıdır, tələbə dostudur. Bu günləri YTB-ni idarə edən Abid Əliyevdir. Sovxozun direktoru Əmiraslan bu dostluğa arxalanaraq, işçilərdən məcburi şəkildə ərizə alır və orada aqronom işləyən Cəlilova Səbinə Rəsul qızını işdən çixarıb, yerinə öz qohumu ixtisasca ingilis dili müəlliməsini qoyub. Eyni gündə ixtisasca aqronom olan Səbinənin anası olan Cəlilova Üsküdar Tahir qızını da işdən çıxardıb. Cəlilova Səbinə Rəsul qızı tək qadındır və ata-anasının himayəsində yaşayır. 4 nömrəli sahənin rəisi Ziyad ana-bala bunları şərləyərək şantaj etmiş və əvvəldən alınmış ərizə əsasında, özlərinin xəbəri olmadan 8 sentyabr 2021-ci ildə müdirə ərizənin üstünü yazdırıb işdən cixartdırıb. Ziyad heç bir ali təhsili olmaya-olmaya sahə rəisi işləyir. Bu minvalla Əmiraslan öz qəliinini, qayınını, sürücüsünü işə götürüb. Xətai rayonunda keçmiş Luna park indiki Nizami parkında görülən işləri Abid Əliyevin yaxını olan Abad Həyat şirkəti görür.

Orada əlikən materialların əksəriyyətini ağac bəzək bitkiləri sovxozundan gətirib əkirlər. Ancaq 2.5 milyon yarım vəsaiti Abad Həyat şirkətinə köçürüblər. Şəhərimizdə əkilən materialları 5 və 4 saylı sahələrdən İsmayılova Arzu Bəhlul qızı daşıyır. Guya özündən gətirir. O, axırıncı dəfə 4 saylı sahədən 3 min ədəd şam ağacı aparıb. Heç bir qaimə yazılmayıb və sovxoza 1 qəpik də olsun vəsait ödənilməyib. Vəsait "ACCESS Bank" QCS Mərdəkan filialına İsmayılova Arzu Bəhlul qızının hesabına köçürülüb və oradan mənimsənilib.
Bəs bütün bu baş verən qanunsuzluqlarla Mirdamət Seyidovu nə bağlayır ?
Onun "qəhrəmanlıqları" barədə növbəti yazıda bəhs edəcəyik.
Bizi izləyin.
Bakı şəhəri Yaşıllaşdırma Birliyində 5 nömrəli Ting yerləşdirmə sahəsinin sabiq rəisi ,Alim-aqronom

Əsgərov Xanəhməd Əlioğlu /gundelik-baku.com
Вчера, 10:00
İran səfiri bu ölkədən qovuldu - SƏBƏB
Вчера, 09:44
Sərhəddəki erməni əsgərin şok məktubu: Öləcəyik...
Вчера, 09:30
Kadırovdan səfərbərlikdən yayınanlara sərt sözlər
Вчера, 09:00
“Rusiyanın Ukraynadakı referendumunu tanımırıq” - Türkiyə
23-09-2022, 16:00
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - ŞƏRH
23-09-2022, 15:30
Azərbaycan əhalisinə XƏBƏRDARLIQ - Bu günlərdə telefonla danışmayın
23-09-2022, 14:43
Paşinyan İlham Əliyevdən xahiş etdi: "Onu mənə göstərin..."
23-09-2022, 13:29
Bakıda oğlu və gəlini anaya İŞGƏNCƏ VERDİ- ŞOK GÖRÜNTÜLƏR
23-09-2022, 13:24
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
23-09-2022, 13:20
Paşinyan yeni hücumun anonsunu verir
23-09-2022, 13:09
"Get özün döyüş!" - Putinin qərarına etirazlar davam edir - VİDEO
23-09-2022, 12:56
Dağlıq Şirvan Regional İdarəsi Soltan Umbayev adına 2 saylı tam orta məktəbi qəzalı vəziyyətdədir
23-09-2022, 12:50
Ermənistanda morqlar hələ də doludur: Hakimiyyət itkiləri gizlətmək üçün panteona qadağa qoydu
23-09-2022, 12:47
İranda polis məntəqələrinə od vurulub
23-09-2022, 12:43
Diaspor fəalı Fransa radiosunda Ermənistanın təxribatı barədə həqiqətləri səsləndirib
23-09-2022, 12:02
MN: Mövqelərimiz atəşə tutulub
23-09-2022, 11:58
De Byazi: "... milliyə çağırmadığım üçün ondan üzr istədim"
23-09-2022, 11:13
Lavrov Buça qətliamından danışdı: "Bir aydır gözləyirik, siyahını yayımlayın"
23-09-2022, 11:07
Avstraliya sahillərində qorxunc mənzərə görənləri kədərləndirdi - FOTO/VİDEO
23-09-2022, 10:43
Bayramov Baydenin təşkil etdiyi rəsmi qəbulda
23-09-2022, 10:15
Azərbaycana payız gəldi
23-09-2022, 10:10
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın sübutları əsasında Ermənistana qarşı qərar çıxardı – DETALLAR
23-09-2022, 10:05
Millimizin 90+5-də qazandığı qələbənin - Videosu
22-09-2022, 16:00
Sabahın hava proqnozu açıqlanıb
22-09-2022, 15:30
Ərdoğan: “Türkiyə ABŞ-dan qazı daha sərfəli şərtlərlə almaq istəyir” - VİDEO
22-09-2022, 14:37
İranlı general Azərbaycanı təhdid etdi - VİDEO
22-09-2022, 14:32
İranda etirazçılar polis idarəsini yandırıblar - VİDEO