Şahin Məmmədov rayon sakinlərinin daim etibarını qazanıb - ÖZƏL
gundem / bolge
Oxunub: 129 030
23 май 2022 | 16:04
Şahin Məmmədov rayon sakinlərinin daim etibarını qazanıb - ÖZƏL


Rayon rəhbəri "Halay" folklor kollektivini qəbul edib

Şahin Məmmədov rayon sakinlərinin daim etibarını qazanıb - ÖZƏL


Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının sonuncu günündə səhnəyə ilk olaraq yerli regional folklor qrupları çıxıb. Konsertdə doğma Masallımızın Mahmudavar kənd folklor evinin “Halay” rəqs qrupu da çıxış edib. Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən 12 nəfərdən ibarət «Halay»çılar da dinləyicilərə yaddaqalan anlar bəxş ediblər. Bu münasibətlə 21 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında RİH başçısı cənab Şahin Məmmədov "Halay" folklor kollektivini görüşə dəvət edib, «Halay»ın uğurlarından söhbət açıb.
Folklor ollektivi ilə görüşdə Şahin Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci ildə Şuşanı ölkənin mədəniyyət paytaxtı, 2022-ci ili isə “Şuşa ili” elan etməsi hər bir azərbaycanlını sevindirən, qürurlandıran əlamətdar hadisələr olub. -Siz Masallının mədəniyyət fədakarlarısınız, — deyə müraciət edən icra başçısı «Halay» folklor mahnı və rəqs kollektivinin 1956-cı ildə, həvəskar mədəniyyət işçisi Ümbülbanu Cəbiyevanın təşəbbüsü ilə yaradıldığını qeyd edib, kollektivin səyi ilə ölkəmizdə və onun hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliğindən danışıb. Vətən bizimdir. Vətəni hamımız qorumalıyıq, müdafiə etməliyik. Ötən il festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk...

Şahin Məmmədov rayon sakinlərinin daim etibarını qazanıb - ÖZƏL


Sonra görüşdə iştirak edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və istedadlı müğənni Miriş Hüseynov ilk dəfə 1989-cu ilin mayında təşkil olunan “Xarıbülbül” festivalının uzun illərdən sonra bərpa edilməklə yanaşı, sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildiyini bildiriblər. Əlbəttə ki, bizim «Halay» ansamblının may ayının 12-dən 14-dək davam edən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalındakı çıxışı qürurvericidir, sevindiricidir. Ansamnblın veteranlar və gənclərdən ibarət 20 üzvü vardır. Onlar daim öz üzərində işləyir, məşqlər keçirir, doğma Azərbaycanımızı dünyaya tanıdırlar. «Halay»çılar dünyanın 40-a yaxın səhnəsində ölkəmizi təmsil etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürov xəbər verir ki, «Halay»ın bir nümunəsi sayılan, rəhmətlik anası Ümbülbanı xanımın uğurlu yolunu davam etdirən ansablın rəhbəri Natəvan Əliyeva qəhrəman oğullarımızın azad etdiyi sıldırım qayalıqlı, yüksək zirvəli Cıdır düzündə, Şuşa şəhərində ikinci dəfə olduqlarını, oğlu İbrahimin də Vətən müharibəsində fədakar iştirakını, cəbhədə «Masallı rayonu, Mahmudavar kəndi» sözlərini yazdığını bildirib. Ansamblın rəhbəri Masallının rəhbərinə minnətdarlıq bildirib, bundan sonra da rayonun adını uca tutmağa söz verib.
Axırda Masallı şəhərində ucaldılmış “Qəhrəmanlar Parkı - Şəhidlər Abidə Kompleksi”nin «Dəmir yumruq» önündə xatirə şəkli çəkdirilib.

Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında RİH başçısı cənab Şahin Məmmədov - Azərbaycanın sülh müqaviləsində irəli sürdüyü beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir. Azərbaycan və Litva qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. Bu baxımdan mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Litva Prezidentləri arasında ikitərəfli əməkdaşlığın regional inkişaf, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı və bir çox digər mühüm məsələlər barədə aparılan müzakirələrin nəticələri də belə deməyə əsas verir ki, əsas istiqamətlərdə ölkələrimizin mövqelərində aşkar yaxınlıq vardır. Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə Litvaya rəsmi səfəri zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli zəmin yaradılmışdı. Belə ki, həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdı. Onlardan ən əhəmiyyətlisi isə “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə idi. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaratmış və bu münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrildi.

Nəzərə almaq lazımdır ki, Litva ümumilikdə Şərq Tərəfdaşlığı siyasətində Polşa ilə aparıcı mövqeni bölüşür. Avropa İttifaqında Cənubi Qafqazla bağlı qərarların qəbul edilməsində və dinləmələrdə Litvanın səsi eyni zamanda Latviya və Estoniyanın səsi deməkdir. Yəni ilk növbədə siyasi cəhətdən Litva-Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır. Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət apardığından Avropanı təmsil edən bütün ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır. Ənənəvi olaraq Litva Ukrayna və Gürcüstana siyasi yaxınlığı ilə seçilir. Həmçinin Litva neft-qaz ölkəsi sayılan zəngin Azərbaycanın investisiyalarına, ikitərəfli ticarət dövriyyəsinin inkişafına daha çox ehtiyac duyur. Öz növbəsində Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar ortaya çıxıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Halbuki Ermənistan belə bir formatın yaradılmasında iştirak edərsə Cənubi Qafqazda Baltikyanı ölkələrdəki kimi qarşılıqlı əməkdaşlıq formatını yaratmaq mümkün olar. Bu gün Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başladı. Dövlətimiz tərəfindən təklif olunan sülh müqaviləsində irəli sürülən beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur.

Azərbaycan bütün əngəllərə baxmayaraq inkişaf və tərəqqi yolunda inamla irəliləməkdə, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini genişləndirməkdə israrlıdır və yaxın müddət ərzində biz buna tam nail olacağıq. Ölkə başçısının Qarabağın dirçəldilməsi sahəsində həyata keçirdiyi bütün tədbirlər, imzaladığı sərəncamlar bunun bariz nümunəsidir. Litva prezidenti ilə görüşdə cənab Prezident İlham Əliyevin bəyanatında bu fikir bir daha vurğulandı və Azərbaycanın öz mövqeyində prinsipial və ardıcıl olduğunu təsdiq etdi.

Birmənalı olaraq bunu da qeyd etmək lazımdır ki, bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız da vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək və hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Əlbəttə ki, bu baxımdan xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir. Əlbəttə ki, enerji sektoru ənənəvi olaraq ölkənin iqtisadiyyatında aparıcı sektor olub və bu, davam edəcək. Həmçinin demək lazımdır ki, hazırda Azərbaycanın inkişaf dinamikasının əsas göstəriciləri kifayət qədər yüksəkdir. Belə ki, cari ilin dörd ayının nəticələrinə əsasən ölkənin iqtisadiyyatı 7,2 faiz artmışdır. O cümlədən qeyri-neft sektorunda artım 11,4 faizdir. Ümumi ixrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. Əminliklə demək olar ki, bütün bunlar Azərbaycan və Litva arasında da biznes əlaqələrinin inkişafına güclü təkan verəcək. Beləliklə, Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında inkişafa yeni impuls yaradaraq qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayacaq.
Сегодня, 10:58
“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” münasibətilə tədbir keçirdi
Сегодня, 10:47
DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan çıxarıldı - Videolar
Сегодня, 10:24
İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO
Сегодня, 10:11
Kamaləddin Qafarov: “Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək”
Сегодня, 10:00
Kreml rəsmi Bakı ilə anlaşdı: Paşinyanın son “manevr pəncərəsi” də bağlandı
Сегодня, 09:30
Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”
Сегодня, 09:00
Gürcüstanda aksiyaçılar Baş nazirin istefasını tələb edir
Вчера, 16:20
Səttar Möhbalıyev: “Azərbaycanda sarsılmaz xalq-ordu birliyi mövcuddur”
Вчера, 16:00
Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
Вчера, 13:57
“ATƏT-in Minski qrupu fəaliyyətini dayandırıb” - Lavrov
Вчера, 12:32
Dövlət qurumlarının zara gətirdiyi məcburi köçkün mətbuatdan imdad diləyir - VİDEO
Вчера, 12:22
Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək
Вчера, 12:18
Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
Вчера, 12:14
Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO
Вчера, 11:58
Lavrov Şəhidlər xiyabanını ziyarət edib
Вчера, 11:54
Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb
Вчера, 11:51
Prezident BP qrupunun baş icraçı direktorunu qəbul edib
Вчера, 11:09
Qara Dəniz Bankının Azərbaycana yatırımlarının həcmi açıqlandı
Вчера, 11:06
Partiya rəhbərləri Zəngilana getdi
Вчера, 11:02
Rusların atdığı raket öz başlarına düşdü – VİDEO
Вчера, 10:47
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafını daim xüsusi diqqətində saxlayır”
Вчера, 10:43
Dünyanın ən varlı adamının övladı cinsiyyətini və adını dəyişdi - FOTO
Вчера, 10:40
XİN Azərbaycana dəstək verən ölkələrə təşəkkür edib
Вчера, 10:11
Kamaləddin Qafarov: “Heydər Əliyev Azərbaycanın parlamentarizm ənənələrinə yeni nəfəs gətirdi”
Вчера, 09:00
Bəkir Bozdağ: "Ərdoğanın namizədliyini irəli sürməsi qanunidir"
23-06-2022, 17:54
Azərbaycan və Özbək xalqları arasında dostluq əlaqələrinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub
23-06-2022, 16:00
Sabahın hava proqnozu açıqlandı