Rüfət Hacıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
bolge
Oxunub: 68 425
17 май 2022 | 15:48
Rüfət Hacıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Rüfət Hacıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevdir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rüfət Hacıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rüfət Hacıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Rüfət Hacıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Rüfət Hacıyevdən danışdılar yaxşı ki, Rüfət Hacıyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiridir… Rüfət Hacıyev öz isguzarlığı ilə tanınır və seçilir….

Rüfət Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Rüfət Hacıyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Rüfət Hacıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Rüfət Hacıyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Rüfət Hacıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Rüfət Hacıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Rüfət Hacıyev özünü doğruldub. Bizdə hörmətli Rüfət Hacıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev - Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradacaqdır. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərindən biri də məhz Azərbaycan və Türkiyə əlaqələrinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk düynasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”. Azərbaycan-Türkiyə əlaqələrinin əsas prioritet məsələ olmasını vaxtilə Türkiyə Cumhuriyyətinin birinci Prezidenti Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”- məşhur sözü ilə sübut etmişdir. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə münasibətləri isə hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hazırda bölgədə hərtərəfli dayanıqlı inkişafın və sülhün bərqərar olması işinə öz töhfəsini verməkdədir.

Qarabağımızın 30 ilə yaxın düşmən tapdağında olmasına hər zaman etirazla etmiş, bunun əlaməti olaraq da Ermənistanla, sərhədlərini bağlamışdır. Bundan əlavə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər zaman xüsusi fəallıq göstərmiş, bu məsələdə ölkəmizin ədalətli mövqeyinə tam dəstək vermişdir. Xalqımız və bütün dünya 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin bir daha şahidi oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları - elə son zamanlar müşahidə olunan proseslər də bu gerçəkliyi bir daha təsdiqləyir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri zamanı səsləndirilən fikirlər bir daha bu qənaətə gəlməyə imkan verir: Azərbaycan və Türkiyə birlikdədir! Postmüharibə düvrünün ilk aylarından etibarən Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmlənmişdir. Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfəri və Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi Türkiyə-Azərbaycan mənəvi-siyasi birliyinin əyani nümunəsidir. Bundan əlavə 2021-ci ilin 15 iyununda Şuaşda şəhərində tərəflər “Şuşa Bəyannaməsi”ni imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədilər. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir.

Əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin ən son əyani sübutu iki qardaş ölkə rəhbəri-Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Rize-Artvin hava limanının açılışı bunu bir daha təsdiqlədi. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirdi. Bu mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Prezident cənab İlham Əliyev aşılış mərasimində çıxış edərkən qeyd etdi ki: “Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır”.

Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki: “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”.

Göründüyü kimi, bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Rize-Artvin hava limanının açılışı isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, bütün dünyaya birliyimizin daim və möhkəm olması mesajını verir. Hava limanın açılışı regionun hava məkanınıda kommunikasiya xətlərinin möhkəmlənməsinə xüsusi ilə, iki ölkə arasında tarixi əlaqələri daha da bir birinə sıx və etibarlı şəkildə bağlamasına şərait yaradır. Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir.

Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin ana xəttini təşkil edən Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edəcək, ölkələrimizin rifahına, işıqlı sabahına zəmin yaradacaqdır.
Сегодня, 10:58
“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” münasibətilə tədbir keçirdi
Сегодня, 10:47
DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan çıxarıldı - Videolar
Сегодня, 10:24
İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO
Сегодня, 10:11
Kamaləddin Qafarov: “Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək”
Сегодня, 10:00
Kreml rəsmi Bakı ilə anlaşdı: Paşinyanın son “manevr pəncərəsi” də bağlandı
Сегодня, 09:30
Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”
Сегодня, 09:00
Gürcüstanda aksiyaçılar Baş nazirin istefasını tələb edir
Вчера, 16:20
Səttar Möhbalıyev: “Azərbaycanda sarsılmaz xalq-ordu birliyi mövcuddur”
Вчера, 16:00
Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
Вчера, 13:57
“ATƏT-in Minski qrupu fəaliyyətini dayandırıb” - Lavrov
Вчера, 12:32
Dövlət qurumlarının zara gətirdiyi məcburi köçkün mətbuatdan imdad diləyir - VİDEO
Вчера, 12:22
Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək
Вчера, 12:18
Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
Вчера, 12:14
Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO
Вчера, 11:58
Lavrov Şəhidlər xiyabanını ziyarət edib
Вчера, 11:54
Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb
Вчера, 11:51
Prezident BP qrupunun baş icraçı direktorunu qəbul edib
Вчера, 11:09
Qara Dəniz Bankının Azərbaycana yatırımlarının həcmi açıqlandı
Вчера, 11:06
Partiya rəhbərləri Zəngilana getdi
Вчера, 11:02
Rusların atdığı raket öz başlarına düşdü – VİDEO
Вчера, 10:47
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafını daim xüsusi diqqətində saxlayır”
Вчера, 10:43
Dünyanın ən varlı adamının övladı cinsiyyətini və adını dəyişdi - FOTO
Вчера, 10:40
XİN Azərbaycana dəstək verən ölkələrə təşəkkür edib
Вчера, 10:11
Kamaləddin Qafarov: “Heydər Əliyev Azərbaycanın parlamentarizm ənənələrinə yeni nəfəs gətirdi”
Вчера, 09:00
Bəkir Bozdağ: "Ərdoğanın namizədliyini irəli sürməsi qanunidir"
23-06-2022, 17:54
Azərbaycan və Özbək xalqları arasında dostluq əlaqələrinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub
23-06-2022, 16:00
Sabahın hava proqnozu açıqlandı