“Nar+” tətbiqi yeniləndi!
texnologiya
Oxunub: 136 850
16 янв 2022 | 23:54
“Nar+” tətbiqi yeniləndi!


Hesab üzərində bir çox əməliyyatları yerinə yetirməyə imkan verən “Nar+” tətbiqinə abunəçilərin rahatlığı üçün yeni funksiyalar əlavə edilib. Belə ki, istifadəçilər artıq “mənə zəng et” və “pul sorğusu” əməliyyatlarını əlavə SMS göndərmək ehtiyacı olmadan, tətbiq üzərindən asanlıqla yerinə yetirə biləcəklər. Bunun üçün ana səhifədən “kömək üçün sorğu” bölməsinə daxil olub lazım olan sorğu növünü seçərək qarşı tərəfin nömrəsini daxil etmək kifayətdir.

Xatırladaq ki, “Nar+” tətbiqi hesabı daha asan idarə etməyə və bir çox mühüm əməliyyatları bir neçə saniyədə yerinə yetirməyə imkan verir. Bu tətbiqlə abunəçilər tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də müraciət edib suallarını ünvanlaya bilərlər. Qeyd edək ki, ötən illə müqayisədə tətbiqdən yararlanan “Nar” abunəçilərinin sayı 80% artıb.

Yenilənmiş “Nar+” tətbiqini AppStorePlayStore-dan yükləmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 99,9%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir.
Сегодня, 12:12
Ruslan Əliyev: "İşinə məsuliyyətlə yanaşan, zəhmət çəkən hər bir nümunəvi işçinin əməyi qiymətləndirilir
Сегодня, 11:51
ADAU-da hansı işlər çevrilir? - İDDİA
Сегодня, 11:36
Əvvəlcə yeyib-içdilər, sonra çölə çıxarıb ürəyindən bıçaladı - Bakıdakı qətlin təfərrüatı
Сегодня, 11:32
Əsgərlikdə ola-ola Bakıda avtoşluq etdi - MN məlumat yaydı - VİDEO
Сегодня, 11:27
Müsəlman Birliyi Hərəkatının üzvlərinin döyülməsi ilə bağlı xəbərə - DİN-dən reaksiya - Foto
Сегодня, 11:23
DYP-dən sürücülərə MÜRACİƏT
Сегодня, 11:11
Azərbaycan nefti bahalaşdı: 123 dollara yaxınlaşır
Сегодня, 11:07
Ağdam şəhəri üçün “Ağıllı su” layihəsi hazırlanır
Сегодня, 11:04
Rusiya Ukraynada üç aya SSRİ-nin Əfqanıstandakı doqquz illik aqibətini yaşadı
Сегодня, 10:45
Zakir Həsənov “Qaraheybət”də: Tapşırıqlar verdi - VİDEO
Сегодня, 10:42
Sanksiyalara baxmayaraq, rubl niyə möhkəmlənir? - Putindən AÇIQLAMA
Сегодня, 10:37
Zəngəzur dəhlizi reallaşır: 1 trilyonluq iqtisadiyyatları birləşdirəcək
Сегодня, 10:33
Küləkli və yağışlı hava nə vaxta qədər davam edəcək?
Сегодня, 09:30
Zelenski: “Vasitəçilərlə görüş istəyim yoxdur, Putindən başqa heç kimi qəbul etmirəm”
Сегодня, 09:00
Prezident Brüssel görüşündə Zəngəzur dəhlizi ilə bağlı razılığın əldə olunduğunu bildirib
Вчера, 22:27
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı
Вчера, 16:04
Şahin Məmmədov rayon sakinlərinin daim etibarını qazanıb - ÖZƏL
Вчера, 16:00
“Qarabağ”ın Çempionlar Liqasındakı bütün rəqibləri bilindi
Вчера, 15:59
Əbülfət Qocayev: Azərbaycanın dünya miqyasında nüfuzu ilbəil möhkəmləndirilir
Вчера, 15:48
Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
Вчера, 15:30
Şuşa Real Məktəbi belə olacaq - VİDEO
Вчера, 13:39
Keşlədə etirazlara səbəb olan gecə klubu fəaliyyətini dayandırdı
Вчера, 13:35
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Вчера, 13:31
Son görüş hansı nəticələr vəd edir? - ŞƏRH
Вчера, 13:22
Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu öldü - FOTO
Вчера, 12:19
“Taliban” Bakıdakı səfirliyə məktub göndərdi
Вчера, 12:08
Cəlilabadda məktəbdə 1-ci sinif şagirdinin ölümünə görə ustaya cinayət işi açılıb