Asif Ağayev Beyləqana NƏLƏRİ BƏXŞ ETDİ... - Real mənzərəyə baxsaq...
gundem / bolge
Oxunub: 328 440
10 янв 2022 | 13:37
Asif Ağayev Beyləqana NƏLƏRİ BƏXŞ ETDİ... - Real mənzərəyə baxsaq...



Baxımsız bir rayon gec-tez xarabalığa çeviriləcək. Necə ki, Beyləqan rayonu baxımsız, ən əsasıda sahibsiz bir rayon statusundadır. Bəli, bu gün mən sizə sahibsiz bir rayon, abadlıq adı altında “xarabalığa” çevrilmiş Beyləqan rayonu haqda yazacam. Heç vaxt bu rayonun bəxti icra başçıları sarıdan gətirməyib,uğursuz və acgöz başçıların nəfsinin qurbanına çevirilib.

Hər dəfə köhnə başçı gedib, yerinə təzə başçı təyin olunanda bir anlıq rayon sakinlərinin üzü gülür, ümüdləri artır ki, rayonun canı köhnə başçının zülümndən qurtuldu, təzə başçı rayonu ağ günə çıxardacaq, insanların taleyinə biganə yanaşmayacaq. Ancaq zaman geçdikcə, təzə başçının köhnə başçıdan heç də geri qalmadığını, az aşın duzu olmadığını görürsən. Məsələn Asif Ağayev kimi.Etiraf edək ki, rayonlara təyin olunan yeni başçılar ilk təsürratda özlərini ictimaiyyətə mülayim, vicdanlı, ədalətli və təvəzükar göstərsələrdə, lakin qısa bir müddətdən sonra maskaları cırılır, onlarda nə vicdan qalır, nə təvəzükarlıq, nə də ki, ədalət. Başlayırlar insanlara ikinci-sərt, hansı ki maska altında gizlətdikləri əsl sifətlərini göstərməyə.

Bax onda da vəziyyət dəyişir. Bundan sonra da həmin o icra başçılarının atdığı hər bir addım rayon sakinlərinin narazılığına səbəb olur. Nə bir vətəndaş qəbul edir, nə də rayonun tərəqqisinə hesablanmış Dövlət Proqramlarının icrasını həyata keçirirlər. Yerlərini necə deyərlər bərkidəndən sonra başlayırlar rayonun sosial-iqtisadi inkişafına, abadlıq quruculuğuna ayrılan dövlət vəsaitlərinə əl uzatmağa. RealMedia.az-ı bilgiləndirən və adının çəkilməsini istəməyən mötəbər mənbə iddia edir ki, Prezident Administrasiyasına ünvanlanan vətəndaş şikayətləri sırasında, Beyləqan rayon icra başçısı Asif Ağayevin adının ön sıralarda yer alıb. Səbəb isə Beyləqana ayrılan vəsaitlərin təyinatdan kənar və səmərəli xərclənməməsidir.

Elə bunu sakinlər özləridə etiraf edirlər ki, son vaxtlar rayona ayrılan vəsaitlər təyinatı üzrə səmərəli xərclənmir, görülən işlər keyfiyyətsiz və “ömürü” qısa olur. Bu üzdən də administrasiyaya olunan vətəndaş şikayətləri çoxluq təşkil edir. Yeri gəlmişkən onu da deyək ki, son vaxtlarda icra başçısı Asif Ağayevin adı ölkə mediasında da müsbət xarakterizə olunmur. Onun barəsində ölkə mediasında bir çox çeşidli və şübhə dolu informasıyalar dolaşır.

Həmin informasiyaların əksəriyyətidə rayona ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlıdır.Asif Ağayevin Beyləqan rayonundakı fəaliyyətinə gözucu belə nəzər yetirmək kifayət edir ki, işlərin hansı istiqamətdə və hansı maraqlı üzərində həyata keçirildiyini aydın şəkildə görmək mümkün olsun. Vətəndaş narazılıqlarından da görünən o ki, icra başçısı rayon ictimaiyyəti ilə işini düzgün ya qura bilmir, yada qurmaq niyyətində deyil. Bu səbəbdən də hər kəs icra başçısından və onun komandasından narazıdır. Komanda dedik də isə rayona ayrılan dövlət vəsaitlərini bir masa arxasında cəmləşib çirkli əlləri ilə rayonun quruculuq-abadlıq işlərinə ayrılan dövlət vəsaitlərini özləri arasında bölüşdürənlərdən gedir. Hər halda icra başçısı özüdə cəsarət tapıb bu qədər qabağa getdirsə, deməli o əmindir ki, kimsə ona qaşın üstə gözün var deməyəcək.

Arxasındakı gücə hələ də güvənini itirməyib.RealMedia.az xəbər verir ki, Asif Ağayev 3 ildir ki, bəxtsiz rayona başçılıq edir. Məhz onun uğursuz və səriştəsiz fəaliyyəti uzundən Beyləqan rayonu son üç ildə sosial-iqtisadi geriləmələrlə müşahidə olunur. Onun fəaliyyəti dövründə rayonda korrupsiya, rüşvətxorluq açıq bazara çevirilib. Asif Ağayev fəaliyyəti illərində bir çox uğursuz təyinatlara da imza atıb. Necə ki, Beyləqanın abadlığına ayrılan dövlət vəsaitini bir qələmlə sildiyi kimi.

RealMedia.az Asif Ağayevin iştəkçələrinə keçməzdən əvvəl xatırladır ki, Prezident İlham Əliyev 13 fevral 2019-cu il tarixində Beyləqan rayonuna səfər edib. Cənab Prezident səfərdən geri dönən kimi də Beyləqan rayonunun abadlıqğına 1 milyon manat vəsait ayırdı. Və icra hakimiyyətidə tələm – tələsik tender elan edərək “Vaqif” firmasını tenderin qalibi elən etməklə, həmin vəsaiti bu firmanın hesabına köçürülməsi üçün “sərəncam” imzaladı. Maraqlıdır ki, icra başçısı məhz nəyə görə Beyləqanın abadlığına ayrılan 1 milyon manatı “Vaqif” firmasına köçürməsi üçün sənədlərə imza atmışdır? Cavab çox sadədir. İcra başçısı “Vaqif” firmasını ona görə tenderin qalıbi elan etdi ki, həmin firma onun özünə yaxın, hətta o qədər yaxın ki, icra başçısı həmin firmanın rəhbəri, Beyləqanda mal-qara bazarının müdiri Qəhrəman Qəhrəmanovun evində qalır. Yəni ki, Q. Qəhrəmanov Beyləqan rayonundakı mənzilini icra başçısına peşkaş edib. İndi bildinizmi ki, icra başçısı nəyə görə Beyləqanın abadlığında tenderdə “Vaqif” firmasını qalib edib? İndi gəlin görə həmin 1 milyon manat vəsait necə istifadə olunub. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, həmin vəsait səmərəli istifadə olunmayıb. Görülən işlər isə kefiyyətsiz aparılmaqla indidən uçub dağılır. Ən maraqlı məqam isə ondan obarətdir ki, Beyləqanın abadlığına ayrılan 1 miyon manat vəsaitin cuzi bir hissəsi təyinatı üzrə xərclənib. Böyük hissəsi icra başçısı və iş bacarmaz komandası tərəfindən mənimsənilib.Əldə etdiyimiz foto şəkillərdən də aydın şəkildə görürük ki, Asif Ağayevin apardığı “abadlıq” işləri üzərindən 1 il vaxt keçməmiş uçub dağılıb.RealMedia.az-ın əldə etdiyi başqa bir məlumatlarda isə qeyd olunur ki, hər il cənab Preizdent tərəfindən Beyləqan şəhərinin mərkəzi küçələrinin asfaltlaşdırmasına 493.000 min manat civarında vəsait ayrılır.

Bu da yarım milyon manata yaxın maliyyə vəsaiti deməkdir. İndi gəlin görək, həmin yarım milyon manat vəsait qarşılığında rayonun hansısa daxili küçələrinə bir metr belə asfalt qoyulub. Asif Ağayev çıxsın ortaya barmağını qatlasın ki, 3 ildə Beyləqan şəhərində hansısa bir küçəyə bir qarşı asfalt qoydurub. Bəs yaxşı, onda hər il bu məqsədlə ayrılan yarım milyon manat dövlət vəsaiti hara xərclənib? Əslində biz onun hara xərcləndiyini çox yaxşı bilirik. Yaxşı olar ki, Asif Ağayev özü çıxsın həmin pulların hara xərclədiyinin hesabatını versin. Və yaxud da biriləri çıxıb ondan bunun hesabını sorsunlar.

RealMedia.az

Asif Ağayev Beyləqana NƏLƏRİ BƏXŞ ETDİ... - Real mənzərəyə baxsaq...
Вчера, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Вчера, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Вчера, 15:28
Azərbaycanda bu qanun dəyişdi
Вчера, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Вчера, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Вчера, 13:01
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Вчера, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Вчера, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Вчера, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Вчера, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Вчера, 10:03
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Вчера, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Вчера, 09:57
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Вчера, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Вчера, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Вчера, 09:42
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Вчера, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Вчера, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Вчера, 09:32
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Вчера, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Вчера, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:43
Bərpa-quruculuq işləri davamlı olaraq aparılır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz