intertv.az
intertv.az

Bakcell-dən hadisə ilə bağlı açıqlama

30-12-2021, 01:24 39 100 dəfə baxılıb

Bakcell-dən hadisə ilə bağlı açıqlama


"Bu gün mediada Qarabağda Bakcell-in əməkdaşının yaralanması ilə bağlı xəbərlər dərc edilib.

Hadisə ilə bağlı Bakcell-in açıqlamasında bildirilir:

"Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur.

Hazırda Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır və əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA