intertv.az
intertv.az

Cəlilabadın icra başçısına ŞOK İTTİHAM - ...direktor və müəllimlərdən pul yığdırır

29-12-2021, 13:17 82 110 dəfə baxılıb

Cəlilabadın icra başçısına ŞOK İTTİHAM - ...direktor və müəllimlərdən pul yığdırır


"Hürriyyət"in redaksiyasına Cəlilabad təhsil işçiləri adından anonim məktub daxil olub. Məktubda qeyd edilir ki, Cəlilabada yeni təyin edilmiş icra başçısı Rafiq Cəlilov məktəblərdə Prezidentə həsr olunmuş kitab və qəzeti məcburi qaydada satdırır. Daha sonra məktubda ölkə başçısının adından istifadə edilərək direktorlardan və müllimlərdən pul yığılması faktı qeyd olunur:

"Cənab prezident, Cəlilabada yeni təyin etmiş olduğunuz icra başçısı Rafiq Cəlilov məktəblərdə sizin kitabınızı və qəzet pulu yığması barəsində xəbəriniz varmı ? Xəbəriniz varmı sizin adınızdan istifadə edilərək direktorlara , direktorlar isə müəllimlərdən pul yığırlar. Rafiq Cəlilov təyin olunduğu ilk gündən məktəblərə pulla direktor müavini təyin etməyindən necə xəbəriniz varmı? Yoxdursa bu barədə sizə məlumat veririk. İnsanlar artıq keçmiş icra başçısının sizi dediyiniz kimi korrupsiya ilə həbs edildiyinə görə deyil, Kərəmin haqq-hesabın vermədiyinə görə tutulduğunu deyir. Cənab prezident xalqın içərisində sizin sözünüzün çəkisini azaldan Rafiq Cəlilov kimi məmurlar haqqında ölçü götürməsəniz, sizin sözünüzə heç kim etimad etməyəcək".

QEYD: Yazıda qeyd edilənlərlə bağlı redaksiya heç bir məsuliyyət daşımır. Bununla yanaşı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA