intertv.az
intertv.az

İndoneziyada vulkan püskürməsində 27 nəfər ölüb - Fotolar

7-12-2021, 10:22 37 145 dəfə baxılıb

İndoneziyada vulkan püskürməsində 27 nəfər ölüb - Fotolar


İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində həlak olanların sayı 27-yə çatıb.

“TASS” xəbər verir ki, dekabrın 5-i baş verən püskürmə nəticəsində daha 20 nəfər itkin düşüb.

Ölkənin rəsmi qurumlarının verdiyi məlumata görə, təbii fəlakət səbəbindən 69 nəfər ciddi yaralar, təqribən 100 nəfər isə yüngül travmalar alıb.

Bununla yanaşı, təbii fəlakət ərazisindən 900-dən çox insan təxliyyə olunub. Vulkan püskürməsi iki bölgəni birləşdirən vacib strateji əhəmiyyətə malik körpünün zədələnməsinə gətirib çıxarıb. Həmçinin bir neçə bina da dağılıb.

Qeyd edək ki, Semeru vulkanı Yava adasında ən yüksək zirvədir və İndoneziya ərazisində 130-a yaxın aktiv olan vulkanın sırasına daxildir.

İndoneziyada vulkan püskürməsində 27 nəfər ölüb - Fotolarİndoneziyada vulkan püskürməsində 27 nəfər ölüb - Fotolarİndoneziyada vulkan püskürməsində 27 nəfər ölüb - Fotolarİndoneziyada vulkan püskürməsində 27 nəfər ölüb - Fotolarİndoneziyada vulkan püskürməsində 27 nəfər ölüb - Fotolarİndoneziyada vulkan püskürməsində 27 nəfər ölüb - Fotolarİndoneziyada vulkan püskürməsində 27 nəfər ölüb - Fotolarİndoneziyada vulkan püskürməsində 27 nəfər ölüb - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA