intertv.az
intertv.az

Özü kollec direktoru olsa da... - İLGİNC İDDİALAR...

6-12-2021, 10:50 37 145 dəfə baxılıb

Özü kollec direktoru olsa da... - İLGİNC İDDİALAR...


Haqqında bəhs edəcəyimiz Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazovun kimliyinə və keçmişinə bir nəzər salaq.
Deməli, Rəfael Eyvazov 1956-cı ildə Masallı rayonunda anadan olmuşdur.
İki il kənddə sovxozda fəhlə işləyəndən sonra Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşdur.
1981-ci ildə Tibb Universitetinin "müalicə işi" fakültəsini bitirmiş və Rusiyanın Kaluqa vilayətinə həkim kimi internaturanı keçməyə təyinat almışdır.
1984-cü ildə təyinat müddəti bitmiş və o, Bakıya qayıdaraq Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda baş laborant kimi işləmişdir.
1990-92-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunda assistent kimi fəaliyyət göstərmişdir.
1992-ci ildən Lənkəran Dövlət Unuversitetində əvvəl tədris işləri üzrə rektorun müavini, sonra prorektor işləmişdir.
1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 2001-ci ildə oranı bitirərək hüquqşünas ixtisasını da almışdır.
2017-ci ildə “Əməkdar həkim” adını almışdır.
Bura qədər olanlar rəsmi məlumatdır.
Birincisi, ondan başlayaq ki, həkim-alim olan Rəfael Eyvazovun nəyinə lazım idi ki, 42 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaq ?
Heç bir məntiqə sığımır ee…
Görəsən Bakıda adicə assistent olan Rəfael “doxtur” necə oldu ki, birdən-birə Lənkəran Dövlət Universitetinə ( LDU ) tədris işləri üzrə prorektor təyin olundu ?
Axı, LDU müəllim hazırlayır, Tibb Universiteti deyil…
Bəs “doxtur” Eyvazova göstərilən bu boyda etimad nə ilə bağlı idi ?
1992-ci ili bir anlıq gözünüzün önünə gətirin.
“Oyuncaq Talış Muğan Respublikası”nın “qlava”sı Əlikram Hümbətov öz kadrlarını ora-bura yerləşdirir.
Bəli, Rəfael Eyvazov da Əlikramın kadrı kimi LDU-da prorektor olur.
Rəfael Eyvazovun başqa bir “iri dostu” da var idi.
Yəqin yaşlı nəsil Viktor Polyaniçkonu xatırlayır.
Polyaniçko 1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi, sonra Qarabağda təşkil olunan xüsusi komitənin başçısı olub, Əlikramla yaxın olublar.
Eyni zamanda Rəfael Eyvazov Polyaniçkonun şəxsi həkimi olub. İndi bildinizmi “doktor”un Rusiya ilə hər cürə, biznes və digər əlaqələri var.
Beləliklə LDU-da prorektor kimi çalışan Eyvazov Əlikram həbs olunanda və Polyaniçko qətlə yetiriləndən sonra özünə təzə dostlar axtarıb. Və tapıb.
Rəfael Eyvazovun təzə dostu Prezidentin o zamankı köməkçisi Əli Həsənov olub.
Beləliklə Rəfael Eyvazov yenidən vəzifə sahibi olmaq istəyib. Və onun bu arzusunu Əli Həsənov reallaşdırıb.
Beləcə, həm də Əli Həsənovla quda olan Rəfael Eyvazov Sumqayıt Tibb Kollecinin direktoru olur.
Bu adam hər yerdə deyir ki, mən ziyalıyam, aliməm, həkiməm, mənə rüşvət almaq yaraşmaz.
Amma cənab Eyvazov hər şeyə pul kimi baxır, müəllimlərə dərsi pulla satır, tələbələrə qayıbın birini 4 manata satır. Bir sözlə, başını açıb nə gəldi satır.
Rəfael Eyvazov kollec direktoru olmaqdan daha çox biznesmen, restoranlar sahibi kimi tanınır.
Rəfael Eyvazov kollecdə ölü canlar da saxlayır. Söhbət təkcə müəllimlərdən, tələbələrdən getmir ee…
Deməli, sabiq səhiyyə naziri cənab Oqtay Şirəliyevin təşəbbüsü ilə kollecdə təkmilləşmə kursları təşkil olunmuşdur. Təkmilləşmə kurslarının keçirilməsi üçün kollecdə yeni korpus tikilmiş, müasir tələblərə cavab verən səviyyədə dinləyicilərin ixtiyarına verilmişdir.
Hə, indi gələk mətləb üstünə.
Deməli, yuxarıda qeyd etdiyimiz kimi dövlət külli miqdarda vəsait qoyub təkmilləşmə kursları üçün yeni bina-korpus tikib, müasir tələblərə cavab verən auditoriyalar yaradıb. Ancaq bunun xeyrini kollecin direktoru Rəfael Eyvazov görür. Çünki təkmilləşmənin quruca adı var. Hər şey kağız üzərindədir. Təkmilləşməyə gələn tibb işçiləri “aylıq”larını direktora verir və heç kursun üzünü də görmürlər. Təsəvvür edirsiniz, Sumqayıt boyda şəhərin tibb işçiləri bütün il boyu kollecdə kurs keçirlər, guya ki, Allah qoymasa, təkmilləşirlər. Əslində kursa gəlməmək üçün hər ay direktora 200 manat ödəyirlər.
İndi isə keçək “doxtur”un başqa biznesinə…
Deməli, Rəfael Eyvazov nizamnamə kapitalı 5 manat, 3 manat, hətta 2 manat olan MMC-ləri tapır və onlarla tender keçirib müqavilə imzalayır.
Təsəvvür edirsiniz 2 manat nizamnamə kapitalı olan MMC nə iş görə bilər ?
Bu MMC-lər qeydiyyatdan keçəndən bir həftə sonra tenderə buraxılır.
Bu MMC-lərin heç bir işçi qüvvəsi yoxdur.
Yəni hər şey kağız üzərində gedir.
Beləcə kollecin direktoru 8 MMC ilə müqavilə imzalayıb işə başlayır.
Guya kollecdə abadlıq-quruculuq işləri gedir, guya kollecə inventarlar alınır, guya nə isə...
Beləcə dövlətin ayırdığı milyonlar mənimsənilir.
Bütün bunlardan bezən müəllim və tələbə kollektivinin xeyli müraciətindən sonra Səhiyyə Nazirliyi kollecdə yoxlamalara başlayır və direktor Rəfael Eyvazov “şiddətli töhmətlə” canını qurtara bilir.
Amma çoxları bilmədi ki...
Bəli, Rəfael Eyvazov ondan şikayət edənlərə deyir ki, siz məni 100 min manat ziyana saldınız...
Sözün qısası, Rəfael Eyvazov kollecə öz özəl şirkəti kimi baxır. O ürəyi istədiyi vaxt işə gəlir, gedir.
Bir sözlə, Əli Həsənovun dostu və qohumu Eyvazov kolleci sanki bazara çıxarıb…
P.S Rəfael Eyvazov, siz bilirsinizmi ki, ikinci ali təhsil alandan bəri sizin kollecə rəhbərliyiniz, qeyri qanunidir. Bu haqda sonra. //gundelik-baku.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA