intertv.az
intertv.az

İmamverdi İsmayılov: Xalqımızın iradəsi, möhkəm birliyi dünyanı mat qoydu

25-11-2021, 15:29 115 345 dəfə baxılıb

İmamverdi İsmayılov: Xalqımızın iradəsi, möhkəm birliyi dünyanı mat qoydu


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Milli məclisin deputatı İmamverdi İsmayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Milli məclisin deputatı İmamverdi İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İmamverdi İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Milli məclisin deputatı İmamverdi İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Milli məclisin deputatı İmamverdi İsmayılovdur.

Şərəfli vəzifəyə yiyələnən İmamverdi İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır. İmamverdi İsmayılov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

İmamverdi İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

İmamverdi İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Milli məclisin deputatı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İmamverdi İsmayılov özünü doğruldub. Bizdə hörmətli İmamverdi İsmayılovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Milli məclisin deputatı İmamverdi İsmayılov - Azərbaycan öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı 44 günlük müharibə və bu müharibədə qazandığı möhtəşəm qələbə Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazıldı. Bu qanlı-qadalı müqəddəs müharibədə neçə-neçə Azərbaycan əsgəri şəhid oldu. Qanları ilə tarix yazan müqəddəs şəhidlərimizin, igid qazilərimizin adı dillərdə dastan oldu.

Xalqımızın iradəsi, möhkəm birliyi dünyanı mat qoydu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qələbə qazandı. Müharibə dövrünün ən ağır yükü ordumuzla bərabər Prezidentimizin çiyinlərində idi. “Dəmir yumruq” sahibi olan qətiyyətli Prezidentimiz “dəmir məntiqi” ilə döyüşürdü. Cənab Prezident böyük intellektin, sarsılmaz iradənin, güclü qətiyyətin tələb olunduğu hər yerdə idi : diplomatiya cəbhəsində döyüşürdü, siyasət meydanında döyüşürdü, informasiya müharibəsində ən ön cərgədə idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş rayonlara səfərlərdə viran olmuş ərazilərə erməni vandalizminə nifrəti aydın görsənirdi. Qayğılı gözləri ilə bu ərazilərə baxıb, yeni-yeni planlar qururdu. Vətənə məhəbbət hissi o qədər güclü idi ki, o tez bir zamanda işğaldan azad olunmuş əraziləri gülüstana çevirmək istəyirdi. 2021-ci ilin avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə oldular. Prezident İlham Əliyev səfər zamanı qeyd edərək dedi : “Yolumuz Kəlbəcərədir. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm.”

Azərbaycan Prezidentinin Kəlbəcərə ilk səfəri zamanı Kəlbəcərin bərpası, yenidən qurulması nəzərdə tutuldu. Kəlbəcərin füsunkar təbiətini – dağları, dərələri, meşələri seyr edən İlham Əliyev dedi : “Baxın bu dağıntılara. Ermənilər Kəlbəcəri tərk edərkən buraları dağıdıblar.”

Dağılmış binaları, su elektrik stansiyalarını görən ölkə başçısı bütün bunların erməni vəhşiliyinin növbəti təzahürü kimi qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Toğanalı – Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 km-lik tunelin təməlinin qoyulması mərasimində iştirak etdi. Ermənilər Ermənistanı Qarabağda birləşdirmək üçün Basarkeçər-Kəlbəcər yolunu çəkiblər. İlham Əliyev təkcə infrasktrukturu deyil, oradakı kəndlərin adının “erməniləşdirilməsi” məsələsinə toxunub. “Vardanes” adının “Basarkeçər” olduğunu qeyd edib və bu ərazinin Göycə mahalı, qədim Azərbaycan torpağı olduğunu qeyd edib. Bölgəyə gəlişi ilə Azərbaycan Prezidenti qədim yer adlarını bildirməklə bir daha tariximizi dərindən bildiyini nümayiş etdirdi.

Azərbaycan Prezidenti “Kəlbəcər-1” Su Elektrik stansiyasının tikiləcəyi yerlə, Kəlbəcər kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu. Prezident “Kəlbəcər” yarımstansiyasının açılışında oldu.

Kəlbəcərin gələcək inkişafı ilə əlaqədar “İstisu” sanatoriyasında olub.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş Azərbaycan ərazilərinə hər səfəri hadisədir. Məhz Kəlbəcər rayonuna səfəri də məhz bu konteksdən yanaşsaq, həmin hadisələrin nə qədər qürurverici, xeyirli olduğunu görün.

Prezidentin səfərləri zamanı enerji ehtiyatlarına xüsusi diqqət yetirməkdə məqsədi ən qısa vaxtda işğaldan azad edilmiş ərazilər Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq.

İşğaldan azad olunmuş ərazilərimizin bərpası, yenidən qurulması ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Doğma yurddaşlarımızın öz ata-baba yurdlarına dönüşünə hesablanıb quruculuq işləri. Bu gün işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri, bərpa, quruculuq infrastruktur layihələri ilə yanaşı, nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzindədir.

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş video-konfrans şəklində keçirilən müşavirədə dediyi kimi : “Bizim planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb. Bu onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Azərbaycan xalqı və bütün dünya görəcəkdir ki, bizim planlarımız həyatda gerçəkləşir. Vahid Azərbaycan Dövləti bundan sonra uğurla inamla inkişaf edəcəkdir.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA