intertv.az
intertv.az

Bakıda Zəfər avtoyürüşü keçirilir - FOTO

25-11-2021, 11:22 27 370 dəfə baxılıb

Bakıda Zəfər avtoyürüşü keçirilir - FOTO


Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Hidayət Abdullayev, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların məzarları ziyarət edilib.

Yürüşdə iştirak edən qazilər ƏƏSMN tərəfindən avtomobillərlə təmin edililib.

Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.

Bakıda Zəfər avtoyürüşü keçirilir - FOTOBakıda Zəfər avtoyürüşü keçirilir - FOTOBakıda Zəfər avtoyürüşü keçirilir - FOTOBakıda Zəfər avtoyürüşü keçirilir - FOTOBakıda Zəfər avtoyürüşü keçirilir - FOTOBakıda Zəfər avtoyürüşü keçirilir - FOTOBakıda Zəfər avtoyürüşü keçirilir - FOTOBakıda Zəfər avtoyürüşü keçirilir - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA