intertv.az
intertv.az

Tahir Məmmədov qazilərə və şəhid ailələrinə daim qayğı göstərir - ÖZƏL

22-11-2021, 14:56 72 335 dəfə baxılıb

Tahir Məmmədov qazilərə və şəhid ailələrinə daim qayğı göstərir - ÖZƏL


Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şamaxı rayonunda əsaslı sosial-iqtisadi tədbirlər görülür, geniş quruculuq işləri həyata keçirilir.

Bu gün Şamaxı şəhərinin müxtəlif küçə və meydanlarında, park və xiyabanlarında aparılan yol tikintisi, abadlaşdırma işləri tezliklə bu qədim şəhərimizin daha müasir və turistləri daha çox cəlb edən məkanlardan biri olacağından soraq verir. Yol inşaatçılarımız bunun üçün bütün bacarığını sərf edir, gecə-gündüz çalışırlar.
Şəhərimiz füsunkar bir mənzərə alır. Ən böyük arzusu insanlarımızın firavanlığıdır.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Tahir Məmmədov qazilərə və şəhid ailələrinə daim qayğı göstərir - ÖZƏL


Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Tahir Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Tahir Məmmədov qazilərə və şəhid ailələrinə daim qayğı göstərir - ÖZƏL


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov - Möhtərəm Prezidentimiz cənab İlham Əliyev qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında böyük nüfuza malik dövlətə çevirdi. Məhz dövlət başçısının diplomatik səyləri nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq aləmə çatdırıldı, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar illərlə kağız üzərində qalıb saralmasına baxmayaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələr qəbul etdilər.. İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü olmuşdur. Bu çox tarixi bir məsələdir. Biz Ərəb dövlətləri təşkilatını və digər qrupları görmüşdük. Amma indi isə Türk Dövlətləri Təşkilatı da yarandı. Yəni burada həmin dövlətlərin məhz türk dövlətləri olması ehtiva olunur. Həm də bu hüquqi sistemin hissəsi olan bir təşkilat kimi qəbul olunur. Şübhəsiz ki, diqqət etsək bu hazırlıqlar məhz Azərbaycan Respublikasının Türkdilli Dövlətlərə Əməkdaşlıq Şurasına rəhbərliyi dövründə həyata keçirilir. Türkmənistanın özünün müşahidəçi kimi iştirak etməsi də məhz Azərbaycanın sədrliyi dövründə baş verib. Yəni bu komponentlər, bu tərkib hissələrinin inkişafı bizim üçün bu gün tarixi hadisənin baş verməsinə səbəb oldu. Türkdilli Dövlətlərin Təşkilatı yarandı. Bu çox xoş haldır ki, cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Ali Baş Komandan elan etdi. Bununla da ona türk dünyasının nişanını verməklə bütün türk dünyası qarşısında onun xidmətlərini qeyd etdi. Həqiqətən də məhz Qarabağdakı zəfər əslində tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin zəfəridir. Eyni zamanda qeyd olunduğu kimi Zəngəzur dəhlizinin açılması da türk dövlətlərini bir-birinə bağlayan çox ciddi amillərdən biri olacaqdır.

Azərbaycan tərəfi sədrliyi dövründə çox ciddi çalışdı. Bu heç kəsə sirr deyil ki, Mərkəzi Asiya ölkələri bu məsələyə biraz ürkək yanaşırdı. Məhz bu birlik, bu təşkilat da Türkiyə və Azərbaycan dostluğunun, əməkdaşkığının üzərində qurulub. Şübhəsiz ki, bu iki dövlətin xidmətləri çox yüksək qiymətləndirilir. Azərbaycanın rəhbərliyi dövründə bütün sahələr üzrə yaratdığı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edirdi. Çünki Azərbaycan təşəbbüsləri ilə yalnız mədəni birlik kimi deyil, eyni zamanda siyasi, iqtisadi cəhətdən də bu təşkilat inkişaf etmiş oldu. Ona görə də Ali Baş Komandana hamısı dəstək verdi. Məhz bunun nəticəsidir ki, bütün dövlətlərin rəhbərlərinin birgə qərarı ilə Azərbaycan dövlətin başçısı təltif olundu. Hələ bu gün başqa dövlətlərin tərkibində duran Rusiyada, Çində yaşayan türk xalqları və digər dövlətlərdə olan türk xalqları onlar üçün günəşin İstanbuldan doğduğunun fərqindədirlər. Bu günəşin doğmasında da Azərbaycanın xüsusi rolu vardır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA