intertv.az
intertv.az

İlham Əliyev İstanbulda Prezidentlərlə açılışa qatıldı - Video

12-11-2021, 13:36 44 965 dəfə baxılıb

İlham Əliyev İstanbulda Prezidentlərlə açılışa qatıldı - Video


Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) katibliyinin yeni binasının açılış mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak ediblər.

Dövlət və hökumət başçıları binanın önündə ölkələrin dövlət bayraqlarını qaldırıb, katibliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA