intertv.az
intertv.az

Mingəçevirin icra başçısı İlham İsmayılov Kürün ətrafını “Sədərək Yusif”ə neçəyə satıb ?- ŞOK FAKTLAR

30-10-2021, 06:30 52 785 dəfə baxılıb

Mingəçevirin icra başçısı İlham İsmayılov Kürün ətrafını “Sədərək Yusif”ə neçəyə satıb ?- ŞOK FAKTLAR


İcra başçısı ancaq öz “kirvələrinə” vəzifə verir…

İlham İsmayılov təkcə uşaq bağçalarından nə qədər pul mənimsəyib ?

Mingəçevirin icra başçısı İlham İsmayılov 3 ildir , yəni 2018-ci ildən ölkənin böyük şəhərlərindən birinə rəhbərlik edir.
Ondan əvvəl isə düz 10 il, yəni 2008-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini olub. Daha əvvəl isə İqtisadi inkişaf nazirliyinin Aran Regional şəbəsinin müdiri olub, lap əvvəl, yəni sovet dövründə isə Mingəçevir şəhər Komsomol Komitəsinin birinci katibi olub.
Bu adamın 2 ixtisası var, biri mühəndis, o biri isə sosial-siyasi fənlər müəllimi.
İndi özünüz fikirləşin ki, müəllim İqtisadi inkişaf nazirliyinin Aran Regional şəbəsinə necə rəhbərlik edə bilərdi ?
Axı, bu adamın iqtisadi təhsili yoxdur.
Nə isə, zəlzələdən, ya da vəlvələdən bu adam 3 ildir Mingəçevirin icra başçısı təyin olunub.
Cənab icra başçısının ilk işi, cəmiyyətdə rezonans doğuran ilk əməli şəhidin xatirəsinə inşa edilmiş bulağı sökdürüb yerində market tikdirmək olub.
Təsəvvür edin ki, icra başçısı üçün market şəhidin xatirəsindən daha dəyərlidir.
İcra başçısı İlham İsmayılovun vətən qarşısında ikinci “xidməti” isə daha ağır oldu.
Belə ki, Aprel döyüşlərində iştirak edən Qarabağ qazisi Mingəçevir şəhərində özünü yandıraraq intihar etdi.
İntihar edən qazinin bacısı baş verən faciəyə görə, birbaşa icra başçısını ittiham edərək bildirir ki, İlham İsmayılov imkan vermir ki, bu məsələ obyektiv araşdırılsın. Qazinin bacısı hətta onu da vurğulayır ki, icra başçısının həyat yoldaşı zəng edərək məni hədələyir ki, bu işdən əl çək.
Təsəvvür edirsiniz, intihar edən qazinin bacısı dəfələrlə Mingəçevirin deputatı Aydın Mirzəzadəyə müraciət etsə də heç bir köməklik olmur. İntihar edən qazinin tək övladı indi atasız qalıb.
Cənab icra başçısının Qarabağ şəhidinə və qazisinə münasibətini gördünüz.
İndi isə icra başçısının korrupsiya əməllərindən söz açaq.
İcra başçısı yaxınlarına məxsus şirkətlər vasitəsilə dövlətin ayırdığı milyonlarla vəsaiti saxta tenderlər yolu ilə mənimsəyir.
Bircə fakta nəzər salaq?
Şəhərdəki tenderlərin çoxunu, icra başçısının qohumuna məxsus “İaşəçi” MMC udur.
Təkcə uşaq bağçalarına dəftərxana və təsərrüfat mallarının, yumşaq inventarların və s alınması üçün icra hakimiyyəti bu şirkətə 164 543.64 manat pul ayırıb.
Görəsən İlham İsmayılov 164 min manata hansı dəftəri, karandaşı alacaq ?
İcra hakimiyyəti bu şirkətə ərzaq məhsullarının alınması üçün 563 min manat pul ayırıb. Görəsən hansı ərzaqdan söhbət gedir ?
Bu saxta tender siyahısını N qədər uzatmaq olar. Amma nə mənası..
İcra başçısı İlham İsmayılov vəzifəyə təyin olunanda demişdi:
“Yaxın vaxtlarda Mingəçevirdə 7-8 min nəfər işlə təmin olunacaq”.
Birincisi, ixtisasca müəllim olan İlham İsmayılov başa düşürmü ki, 7-8 min iş yeri nə deməkdir?
Bir lətifədə deyilir ee....Alış, nəyinən ??
İndi İlham İsmayılovdan soruşan lazımdır ki, nooldu sənin 7-8 min iş yerin, Alışş..?
Sən 1 şəhid ailəsinə, qazi övladına kömək edə bilmirsən, amma 7-8 min iş yerindən danışırsan...
Sənin işin ancaq saxra tenderlər və uşaq bağçalarını talamaq ola bilər...
Bəli, uşaq bağçalarını.
İcra başçısı İlham İsmayılov şəhərdəki uşaq bağçalarının əsaslı təmiri adı altında yüz minləri mənimsəyib. Hansısa şirkət uşaq bağçasının binasını yalandan əhəngləyib,” kraska”layıb gedir və külli miqdarda dövlət vəsaiti silinir.
Yaxud uşaq bağçalarının dezinfeksiya edilməsi...
İcra hakimiyyəti uşaq bağçalarında dezinfeksiya işlərinin görülməsi üçün dəyəri on minlər olan 2 tender keçirib və pullar silinib. Amma şəhər sakinləri deyir ki, Dezinfeksiya idarəsi heç bir iş görməyib.
Bəlkə, icra başçısı İlham İsmaylovla Sədərək Yusifun “bazarlığından” danışaq.
Bəli, icra başçısı İlham İsmayılov Kür çayının içərisini böyük məbləğə iş adamı “Sədərək Yusif”ə satıb.
İlham İsmayılov əsas vəzifələrə öz “kirvə”lərini təyin edir.
İcra başçısının ən sevimli “kirvəsi” şəhərin Baş memarı Etibar Abdullayevdir. İcra başçısının torpaq və obyekt yerlərinin satışı üzrə “sağ əli” Etibar Abdullayevdir.
İcra başçısının digər kirvəsi isə Mingəçevir Seçki Dairəsinin sədri Oqtay Məmmədovdur. İcra başçısı onu xidmətlərinə görə mükafatlandırıb və onun oğlunu özünə müavin götürüb.
Bir sözlə, Mingəçevirin icra başçısı İlham İsmayılov kor atını minib köndələn çapır, onun üçün qanun-qayda deyilən şey yoxdur.
P.S Dostlarımızın nəzərinə çatdıraq ki, biz bu məqalələri dərc etməklə bildiyimizi cənab prezidentə çatdırmaq məqsədi daşıyırıq. Dövlətimizin dövlətçiliyimizin naminə, nəyinsə xatirinə yox. Xahiş edirik bu cür yazılara görə üz vurmayın.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA