intertv.az
intertv.az

Şimali Koreya Yaponiya sahillərinə ballistik raket atdı

19-10-2021, 10:24 37 145 dəfə baxılıb

Şimali Koreya Yaponiya sahillərinə ballistik raket atdı


Şimali Koreyanın keçirdiyi sınaqlar zamanı atılan ballistik raket Yaponiya sahillərinə düşüb.

Bu barədə Cənubi Koreyanın xəbər agentliyi Yonhap məlumat yayıb.

Xəbərdə Pxenyanın raket sınaqlarının Cənubi Koreya, Yaponiya və ABŞ kəşfiyyat idarəsi sədrlərinin Şimali Koreya mövzusunda müzakirələr üçün Seulda görüşəcəyi zamana təsadüf etdiyi bildirilib. Agentliyin yazdığına görə, KXDR-in çərşənbə axşamı buraxdığı raket 430-450 km uçaraq 60 km ən yüksək nöqtədə uçub.

Raketlərdən ən azı birinin Yapon dənizi adı ilə də tanınan Şimal dənizinə düşdüyü bildirilib.

Yaponiyanın baş naziri Fumio Kişida Yaponiya sahillərinə 2 ballistik raket düşdüyünü deyərək, vəziyyəti “çox üzücü” adlandırıb.

Xatırladaq ki, son həftələrdə Pxenyan administrasiyası hipersonik və uzun mənzilli qanadlı raketlərini sınaqdan keçirir. Bu sınaqlar bir sıra beynəlxalq qaydaların pozulması ilə müşahidə olunur.

Onu da qeyd edək ki, BMT Şimali Koreyanın nüvə silahlarının sınaqları ilə yanaşı ballistik raket sınaqları keçirməsini də qadağan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA