intertv.az
intertv.az

Azad edilən ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat keçirilib

13-10-2021, 10:57 19 550 dəfə baxılıb

Azad edilən ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat keçirilib


"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin yanvar-iyun ayları ərzində neytral vasitəçi qismində iştirakı ilə son döyüşlərin təsirinə məruz qalan ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edib".

Report xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, 283 bioloji referent nümunəsi 1990-ci illərdə itkin düşən şəxslərin 118 ailəsindən toplanıb: "3 müşayiətçi bioloji referent nümunələrinin toplanması prosesi zamanı itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərib. 67 itkin düşmüş şəxsin ailəsinə nağd pul yardımı göstərilib. 30 müşayiətçi itkin düşmüş şəxslərin ailələrinə COVID-19 pandemiyası və eskalasiya ilə əlaqədar məsafədən dəstək göstərməyə davam edir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA