intertv.az
intertv.az

Texniki problem deyildi, məlumatların oğurlanması mümkündür - AÇIQLAMA

5-10-2021, 11:56 48 875 dəfə baxılıb

Texniki problem deyildi, məlumatların oğurlanması mümkündür - AÇIQLAMA


“Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə girişin saatlarla mümkün olmaması, insanlar arasında müxtəlif iddiaların yayılmaına səbəb olub. Qlobal miqyasda daha çox istifadəçi məlumatlarının oğurlanması ilə bağlı narahatlıqlar yaranıb. Sosial şəbəkələrin Azərbaycan seqmenində isə kəsinti ağıllara “müharibə başlayır?” sualını gətirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi narahatlıqları nəzərə alaraq açıqlama yaydı.Məlumatda qeyd olunurdu ki, problem lokal yox, qlobal xarakter daşıyır.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan İnformasiya Texnologiyaları sahəsi üzrə mütəxəssis Elşad Yusifli istifadəçi məlumatlarının oğurlanması ilə bağlı iddialardan danışıb. O söyləyib ki, belə bir ehtimal hər zaman var:

“Əslində, bu, bir tərəfdən mümkündür. Çünki baş verənlər texniki problemlə yox, hücumla bağlıdır. Feysbuk, instaqram və votsapın serverlərinə hücum edilib və nəticədə çökmə yaşanıb. Amma bu hücum nəticəsində istifadəçi məlumatlarının oğurlanıb-oğurlanmadığını demək çətindir. Yəqin ki bir neçə gündən sonra məlum olacaq”.

Mütəxəssis bildirib ki, ötən gün baş verənlər “dost” hücumu adlanır:

“Dünənki hücumun növü olaraq “dost” hücumu olduğu deyilir. Bu daha çox ona hesablanıb ki, sistemlər işləməsin. Yəni, “dost” hücumunda dataların oğurlanması nəzərdə tutulmur. Az olsa da, yenə də məlumatların oğurlanması ehtimalı var. Bu, bir neçə gündən sonra daha dəqiq bilinəcək. Çünki belə oğurluq halları olanda bir neçə gün sonra o datalar satılmağa başlayır”.

E.Yusifli hazırda Azərbaycanda ən çox istifadəçisi olan sosial şəbəkələrdən də danışıb:

“Bizdə ən çox istifadəçi instaqramdadır. Votsap da çox istifadə olunan sosial şəbəkələrdən biridir. Votsapın bənzəri teleqramdır, instaqramın bənzəri yoxdur, “tiktok” son vaxtlarda bir az istifadə olunur. Teleqramla “tiktok”, votsapla instaqramı bir növ əvəzləsə də, Azərbaycanda geniş yayılmayıb. Votsapa bənzər “siqnal” prqramı da var, amma Azərbaycanda çox istifadə olunmur.

Sosial şəbəkələr demək olar ki, eyni sistem üzrə işləyir. Hansısa sosial şəbəkədə problem yaşandıqda istifadəçilər digərinə üz tutur. Etibarlılıq baxımından hansının daha güvənli olduğunu isə demək çətindir. Məsələn Teleqram və Siqnal sosial şəbəkələri dataların heç kimə verilmədiyini deyir. Bu baxımdan daha etibarlı imic qazanıbalar, amma bu barədə dəqiq söz söyləmək çətindir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA