intertv.az
intertv.az

İngiltərə baş naziri Boris Consondan Ərdoğanla görüşündə şok etiraflar

23-09-2021, 13:07 48 875 dəfə baxılıb

İngiltərə baş naziri Boris Consondan Ərdoğanla görüşündə şok etiraflar


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorka səfəri çərçivəsində İngiltərinin Baş naziri Boris Consonla görüşüb. Görüşdə maraqlı hadisələr yaşanıb.

“Ölkə.Az” “yeni şafak”a istinadən xəbər verir ki, Ərdoğanla Conson arasında hərbi təyyarə alınması barədə məsələ müzakirə olunan zaman ingiltərəli nazir 107 il öncə Raşidiyyə hərbi gəmisi ilə bağlı baş verən hadisəni yada salaraq zarafat edir: “Bizimkilər pulu alıb gəmiləri göndərmir”.

Hadisə 1914-cü ildə baş verib. Osmanlı dövləti İngiltərədən iki döyüş gəmisi sifariş verdikdən sonra, bu gəmilərin pulunu xalqdan toplanılan yardımla nağd ödəyir. Gəmilərin inşası 1914 -cü ildə başa çatır, amma “Sultan Osmani Evvel” və “Reşadiye” adlı gəmilərin təhvil veriləcəyi vaxt İngiltərə rəhbərliyi ani bir qərar verərək, pulu əvvəlcədən ödənilən hərbi gəmiləri Osmanlı dövlətinə təhvil verməkdən imtina edir. Bu rəsmən gəmilərin qəsb edilməsi kimi başa düşülür.

Çatdırılmadığı üçün ödənilən pul da geri qaytarılmır.

Çörçillin türklərin haqqı olan gəminin verilməməsinin səbəbini Osmanlı dövlətinin Almaniya ilə yaxınlaşması göstərilir.

Onu da qeyd edək ki, belə bir vəziyəti Türkiyə F-35 qırıcıları zamanı yaşayıb. Türkiyə F-35 qırıcı təyyarələrinin hazırlanmasında iştirak edib, pulunu versə də, ABŞ Ankaranı Rusiyadan S-400 raketlərini aldığını bəhanə edərək verməkdən imtina edib.

Maraqlı cəhət isə ondan ibarətdir ki, amerikalıların bu ikili standart yanaşmasına o zamankı prezident Donald Trampın gözlənilməz bir etirafı olub. Belə ki, 2020-ci ildə Osakada keçirilən G-20 sammiti zamanı kameralar qarşısında Türkiyənin S-400 raket almasına dəstək verərək bunları deyib: “Türkiyə bunun pulunu ödəsə də, F-35 proqramından çıxarıldı, belə bir ticarət olarmı? Biz Patriot raketlərini vermədiyimiz üçün gedib ruslardan bu raketləri aldılar”.

İngiltərə Baş naziri eyni zamanda Türkiyənin SİHA-larını tərifləyib.

Türkiyədəki köklərindən bəhs edərkən Conson Çankırının adı çəkilən zaman etiraz edir və Çankırıdan deyil, Kalfatdan olduğunu söyləyir. ( Kalfat Çankırı rayonuna aid bir kənddir)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA