intertv.az
intertv.az

Avtomobilinə nömrə ala bilməyən vətəndaş videomüraciət yaydı - Seymur Nəsirovdan şikayət...

15-07-2021, 22:11 111 435 dəfə baxılıb

Avtomobilinə nömrə ala bilməyən vətəndaş videomüraciət yaydı - Seymur Nəsirovdan şikayət...


Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən, hər bir vətəndaş şəxsi avtomobilini sənədləşdirə, dövlət rüsumunu ödəməklə istədiyi dövlət nömrə nişanını ala bilər. Əlbətədə bütün bu hallar prosedur qaydaları çərçivəsində, qanuni yollarla həyata keçirilməlidir.

Amma əksər hallarda istər sənədləşmə prosessi, istərsə də nömrə nişanının alınması zamanı insanlar ciddi problemlərlə üzləşirlər, incidilirlər. Butun bunlar ölkədə aparılan köklü islahatları şübhə altına alır və vətəndaşın dövlətə olan inamını azaldır.

Bu gün vətəndaş Qocamanov Ayaz İlyas oğlu Bizimxeber.az-ın redaksiyasına göndərdiyi videomüraciətdə şəxsi avtomobilinə istədiyi nömrə nişanını almaq üçün problemlər yaşadığını deyir.

A.Qocamanov bildirir ki, lizinqlə alınan avtomobilə yeni nömrə nişanı almaq istəsə də Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat şöbəsinin rəhbəri Seymur Nəsirov tərəfindən problem yaradılıb: "Avtomobilin bütün rəsmi sənədləri yerindədir. Çatmayan heç bir sənəd yoxdur. Amma Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat şöbəsinin rəhbəri Seymur Nəsirov qanunları heçə sayaraq avtomobilim üçün istədiyim nömrə nişanını vermək istəmir. Hazırda mənim istədiyim nömrə nişanı boşdur və bu nömrənin rüsumunu ödəməyə hazıram. Amma heç bir səbəb gətirmədən bu nömrəni vermək istəmirlər."

Ayaz Qocamanov deyir ki, ölkədə aparılan islahatlar fonunda dövlət qurumlarında belə süründürməçilik və əlavə problemlər başadüşülən deyil: "Bütün sənədlərim yerindəykən, heç bir problemim olmadığı halda, mənim istədiyim 10 AG 083, 10 AY 083 nömrə nişanları boş olduğu halda nədən Seymur Nəsirov bu nömrə nişanlarından birini vermək istəmir? Sizcə bunun səbəbi nədir? Görünür dövlət rüsumunu ödəmək kifayət etmir? Yoxsa yenəmi köhnə qaydalar hökm sürür?".

Ayaz Qocamanovun mətbuat vasitəsiilə ölkə başçısı İlham Əliyevə və aidiyyatı şəxslərə etdiyi video müraciəti oxuculara təqdim edirik:



Qeyd edək ki, Seymur Nəsirov DİN Cinayət axtarışı idarəsinin keçmiş rəisi, general-mayoru, qalmaqallı Hacı Məmmədov olayı zamanı həbs edilən Zakir Nəsirovun oğludur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA