Polad Bülbüloğlunu ƏVƏZOLUNMAZ edən nədir? - NƏ ETMƏLİ?
sosial
Oxunub: 306 935
10 июн 2021 | 13:01
Polad Bülbüloğlunu ƏVƏZOLUNMAZ edən nədir? - NƏ ETMƏLİ?


Rusiyanın Novosibirsk şəhərində azərbaycanlının öldürülməsi son 44 günlük müharibədən əvvəlki dövrə nisbətən, indi fərqli təsirə malik oldu. Yəqin ki, 44 günlük müharibədə qalib gəlməyimizin özümüzə olan hörməti, etimadı qaytarması bu qətlə daha fərqli bucaqdan baxmağa məcbur etdi. Çünki əvvəlki məğlub travmasından xilas olduq.

Üstəlik, bu fakt kənar ölkədə yaşayan azərbaycanlılara ilk öncə maraqlanmalı, birbaşa təmasda olmaq vəzifəsi daşıyan səfirliklərimizin məsuliyyətini dərk etməsi, öz funksiyasını anlayıb-anlamaması sualını bir daha gündəmə gətirdi. Həm də çox sərt şəkildə.

Haqqında söhbət gedən soydaşımız əslən Gürcüstandan olub, bu ölkənin vətəndaşı idi. Əslində onunla maraqlanmalı, hüquqlarını qorumalı ilk ölkə kimi ağla ilk olaraq Gürcüstan gəlir. Amma Gürcüstanda baş verən son hadisələr – bu ölkənin rəhbərliyinin məhz azərbaycanlılara “ögey” münasibət sərgiləməsi, onlara “ikinci növ” vətəndaş kimi davranması – son günlər göz önündədir. Görünür, müharibədən sonra öz milli mənliyimizi qorumağın yolu başqa ölkənin vətəndaşı olmaqdan çox, Azərbaycanın bizi sahiblənməsindən keçir.

Hadisədə ən neqativ məqamsa cinayəti törətmiş rus polisinin -Aleksandr Qusevin əlini-qolunu sallaya-sallaya azadlığa buraxılması oldu. Bəlkə də, bu aktın da arxasında Rusiyada gen-bol təbliğat-təşviqat şəraiti olan erməni barmağı öz rolunu oynayıb. Çünki Gürcüstanda bu ehtimalın mümkünlüyü çoxdur. Novosibirsk azərbaycanlılarının milli-mədəni muxtariyyətinin rəhbəri Rasim Babayev həmin gənclərin – Ruslan Qurbanovun və İlkin İsmayılovun həbsini şərh edərkən deyib ki, yaranmış situasiyada spekulyasiya edən və şəhərdə, vilayətdə vəziyyəti gərginləşdirmək istəyən hansısa “müxalifət” fəaliyyət göstərir. Bəlkə də bu müxalifət Rusiyada yaşayan azərbaycanlıların imicinə, fəaliyyətinə ermənilərdən çox zərər vuran Ağadadaş Kərimov kimilərin müxalifətidir. Amma adamın ağlına belə bir sual gəlir. Görəsən, o azərbaycanlının yerinə yəhudi, gürcü yaxud elə erməni olsaydı, Qusev yenə eyni cür davranardımı? Yaxud İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin nəzərində Rusiyanın “ən qiymətsiz vətəndaşları”, yaxud “hörmətsiz” miqrantları azərbaycanlılardr?

Ən önəmlisi, Rusiyadakı soydaşlarımızın başına gələnlərə, problemlərinə reaksiya göstərməyən, öz vəzifəsini icra edə bilməyən “səfirimiz” Polad Bülbüloğlu Şuşada keçirilən “Xarı Bülbül” festivalında mahnı oxuyarkən çıxardığı səsini Moskvada niyə “içinə atıb”? Adamın talantı yalnız mahnı oxumağamı yarayır? Eləcə də Rusiyaya gedib-gələn soydaşlarımıza pulla arayış verməyəmi? Birbaşa vəzifə səlahiyyətlərinə aid olan işləri yerinə yetirməyən adamı Rusiya kimi bizim üçün önəmli ölkədə səfir postunda saxlamağa məcburuqmu? Diplomatik korpusumuz bu qədərmi kasıbdır? Yoxsa Polad Bülbüloğlu “əvəzolunmaz” kadrlardandır?

Məlum məsələ xarici ölkələrdə yaşayan, həmçinin başqa ölkələrin vətəndaşı olan soydaşlarımızın həyatının yetərli qədər qoruma altında olmadığını da göstərir. Prezident İlham Əliyevin dəfələrlə həm Azərbaycanda, həm də ondan kənarda yaşayan soydaşlarımızın – bütün azərbaycanlıların prezidenti olmasını vurğulamasını diqqətə alaraq, deyə bilərik ki, bu çıxış həm də başqa ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətəni -Azərbaycan tərəfindən qorunması, dəstəklənməsi, himayəyə alınmasını gündəmə gətirir. Əgər digər ölkələrə bunu edə bilmirsə, Azərbaycan bu vəzifəni öz üzərinə götürməlidir. Azərbaycanın nəinki vətəndaşı, həm də Azərbaycan kökənli olmaq, bu ölkəyə genetik tellərlə bağlı olmaq qiymətli, dəyərli olmağı gərəkdirməlidir. Azərbaycanlı olmaq şərəfdir. Azərbaycanlının həyatı da qiymətli olmalı və buna təhlükə törədən, onu təhdid edən də nəylə qarşılaşacağını dəqiq bilməlidir. Azərbaycan onun adını, mədəniyyətini, qanını daşıyan hər kəsə sahib çıxmalıdır və bu hüquq müsətvisində tənzimlənməlidir. Bundan sonra isə Bülbüloğlu kimi səfirlərə ehtiyac qalmaz, o da postunu təhvil verib, mahnı olxumağa davam edə bilər. //hurriyyet.az//
Вчера, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Вчера, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Вчера, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Вчера, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Вчера, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Вчера, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Вчера, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Вчера, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Вчера, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Вчера, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Вчера, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Вчера, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Вчера, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Вчера, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Вчера, 10:42
Fransada məhbusların sayı rekord həddi keçib, döşəmələrdə yatırlar - FrancePresse
Вчера, 10:38
Prezident onları təltif etdi - FOTO
Вчера, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Вчера, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Вчера, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Вчера, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 15:46
Neftlə, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır
30-04-2024, 15:31
Bu qurumda əməliyyat keçirildi - saxlanılanlar var (YENİLƏNİB)
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
30-04-2024, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
30-04-2024, 12:01
9 maşının əzildiyi qəza anı - Video