intertv.az
intertv.az

Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib - FOTOLAR

14-05-2021, 13:14 48 875 dəfə baxılıb

Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib - FOTOLAR


Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda RAGB-nin Regionlararası forumu keçirilib.
Tədbirdə təşkilatın Cənubi və Şimali Qafqaz federal bölgələrindən 10 nümayəndəliyi iştirak edib.

Tədbir zamanı iştirakçılar “Volqoqrad-Bakı” dostluq parkını ziyarət edib, burada ümummilli lider Heydər Əliyevin abidəsi və həmçinin İkinci Dünya müharibəsi qəhrəmanlarının monumenti önünə gül dəstələri qoyublar.

Sonra “Siti Holl”da RAGB-nin Bölgələrarası forumunun təntənəli açılışı olub. Müzakirələr zamanı bölgələrdə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yönəlmiş və yaxın gələcəkdə həyata keçiriləcək layihələrin ümumi hədəfləri, planları qeyd edilib. Tədbirin fəxri qonaqları Volqoqrad vilayətinin millətlər və kazaklar Komitəsinin mütəxəssisi Yuliya Pimenova və “Vahid Rusiyanın Gənc Qvardiyası”nın Volqoqrad şöbəsinin müdiri, “Vahid Rusiya” partiyasının Gənclər Parlamenti sədrinin müavini Vladislav Uşakov olublar.

Forum Volqoqradın Krasnooktyabrsk rayonunun 16 nömrəli orta məktəbində Dostluq Xiyabanının salınması ilə davam edib. RAGB-nin nümayəndələri və məktəbin şagirdləri ağacəkmə tədbirində iştirak ediblər.

Qeyd edək ki, tədbirin digər federal bölgələrdə də keçirilməsi gözlənilir.

Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib - FOTOLARLeyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib - FOTOLARLeyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib - FOTOLARLeyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA