intertv.az
intertv.az

"Xankəndidə separatçı rejimin əskisi, sülhməramlıların əməlləri..." - Lavrovun gəlişi

3-05-2021, 13:29 23 460 dəfə baxılıb

"Xankəndidə separatçı rejimin əskisi, sülhməramlıların əməlləri..." - Lavrovun gəlişi


“Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana gözlənilən səfərləri çox maraqlı səfər olacaq. Bu səfərdə çox diqqət çəkən məsələ ondan ibarətdir ki, Lavrov öncə İrəvana səfər edib, Moskvaya dönəcək və ondan sonra Bakıya gələcək. Bu onu deməyə əsas verir ki, səfərlər zamanı ən ciddi müzakirə predmeti Azərbaycanla Ermənistan arasındakı münasibətlər olacaq”.

Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, səfər zamanı əsas diqqət Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqlar, imzalanmış sənədlərin yerinə yetirilib-yetirilməməsi, icra vəziyyətinin gecikməsi kimi məsələlərə yer ayrılacaq.

“Əldə olunan razılaşmaların İrəvan tərəfindən niyə icra olunmaması, Rusiyanın bölgədəki maraqları və bu kimi çox maraqlı və narahatedici suallar var ki, onlara cavab aranacaq. Təbii ki, həmin suallar Bakıda keçiriləcək görüşlərdə Azərbaycan tərəfinin də Lavrovun təmsil etdiyi dövlətə Lavrov timsalında ünvanlanacaq. Odur ki, səfərin çox ciddi müzakirələr fonunda keçəcəyini indidən demək olar”, - millət vəkili qeyd edib.

"Xankəndidə separatçı rejimin əskisi, sülhməramlıların əməlləri..." - Lavrovun gəlişi


“Rusiya sülhməramlılarının fəaliyyəti ciddi müzakirə predmetindən biri olacaq. Sülhməramlıların Azərbaycan qanunlarını pozub, ermənilərin xeyrinə fəaliyyətinə diqqət yetiriləcək. Digər məsələ Zəngəzur dəhlizində reallaşacaq nəqliyyat-kommunikasiya xəttinin açılması və bir də Laçın dəhlizindəki sülhməramlıların “fəaliyyəti”nə ciddi toxunulacaq. Çünki sülhməramlıların Laçın dəhlizindəki fəaliyyəti çox ciddi narahat edir. Rusiya sülhmərmalıların Laçındakı fəaliyyətini erməniməramlı fəaliyyət adlandırmaq olar. Rus sülhmərmalıları oranı cinayətkar, quldur yoluna çeviriblər. Digər narahatedici məqamlardan biri hələ də Qarabağ ərazisində terrorçu, quldur cinayətkar dəstənin tör-töküntülərinin sülhməramlılar tərəfindən himayə olunması və əməkdaşlıq edilməsidir. Hələ də Xankəndidə separatçı rejimin əskisinin dalğalanması və bəzi cinayətkar, terrorçu separatçıların fəaliyyət göstərməsidir. Onların məsuliyyətə cəlb olunması istiqamətində heç bir addım atılmır”, - millət vəkili bildirib.

Millət vəkili hesab edir ki, rus sülhmərmalılarının erməniməramlı fəaliyyətinin qarşısını almaq üçün Laçın dəhlizində Ermənistanla sərhəddə birmənalı şəkildə Azərbaycan sərhədçisi dayanmalı və orada sərhəd-keçid məntəqəsi yaradılmalıdır: “İkinci ən vacib məsələ kimi sülhməramlılar qarşısında Qarabağın tamamilə separatçı rejimin tör-töküntülərindən, terrorçulardan, silahlı quldur və cinayətkar dəstələrdən təmizlənməsi qoyulmalıdır. Fikrimcə, Azərbaycan məsələni belə qoymalıdır ki, Rusiya sülhməramlıları bunların öhdəsindən gələ bilmirsə, o zaman öz ərazisində anti-terror əməliyyatı başlayaraq bu işləri görəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA