intertv.az
intertv.az

Qubanın icra başçısına qarşı ŞOK İTTİHAM... - İLGİNC SİYAHI AÇIQLANDI

3-05-2021, 11:42 199 410 dəfə baxılıb

Qubanın icra başçısına qarşı ŞOK İTTİHAM... - İLGİNC SİYAHI AÇIQLANDI


Məlum olduğu kimi, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

DİA.AZ bildirir ki, bu barədə Cəmil Məmmədli yerli KİV-ə danışıb.

O bildirib ki, hələ məhkəmədən bildiriş almayıb.

Onun sözlərinə görə, işə Xaçmaz Rayon Məhkəməsində hakim Anar Sadıqovun sədliyilə baxılacaq.

Bu barədə elektron məhkəmə portalında məlumat yayılıb.

Bildirilir ki, İcra Hakimiyyətinin başçısı jurnalistin Cinayət Məcəlləsinin 147-2-ci maddəsi (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edib.

“Quba Rayon İcra Hakimiyyəti başçısının məni hansı araşdırma yazıma görə məhkəməyə verdiyi məlum deyil. Onun şikayəti ilə hələ tanış deyiləm. Amma Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videoları yaymışam. Əslində prokurorluq orqanları mənim Yutub və Feysbuk səhifəmdə yaydığım araşdırmada əksini tapan faktlara hüquqi qiymət verməlidir”, - jurnalist qeyd edib.

DİA.AZ bildirir ki, Cəmil Məmməıdli dünəın eyni zamanda özünün "Facebook" səhifəsindən Qubanın icra başçısı tərəfindən mənimsənilən maaş kartlarının gerçək sahiblərinin adlarını açıqlayıb. Həmin siyahını da təqdim edirik:

Qubanın icra başçısına qarşı ŞOK İTTİHAM... - İLGİNC SİYAHI AÇIQLANDIQubanın icra başçısına qarşı ŞOK İTTİHAM... - İLGİNC SİYAHI AÇIQLANDIQubanın icra başçısına qarşı ŞOK İTTİHAM... - İLGİNC SİYAHI AÇIQLANDIQubanın icra başçısına qarşı ŞOK İTTİHAM... - İLGİNC SİYAHI AÇIQLANDIQubanın icra başçısına qarşı ŞOK İTTİHAM... - İLGİNC SİYAHI AÇIQLANDI
Qubanın icra başçısına qarşı ŞOK İTTİHAM... - İLGİNC SİYAHI AÇIQLANDI


İdda olunanlarla bağlı dia.az olaraq bütün maraqklı tərəfləri dinləməyə hazırıq...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA