intertv.az
intertv.az

“Şuşa” restoranında gizli keçirilən toydan görüntülər - VİDEO

12-04-2021, 11:47 19 550 dəfə baxılıb

“Şuşa” restoranında gizli keçirilən toydan görüntülər - VİDEO


Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejimi qaydalarına əməl edilməyən şadlıq saraylarının birində, “Şuşa” restoranında toy mərasiminin keçirilməsi aşkalanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində polis şöbəsində araşdırmalar aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq toplanmış material rayon məhkəməsinə göndəriləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA