intertv.az
intertv.az

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

12-12-2020, 10:49 144 670 dəfə baxılıb

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir.

Bununla əlaqədar olaraq dekabrın 12-də Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA