intertv.az
intertv.az

Çavuşoğlu NATO-nun baş katibi ilə görüşdə Qarabağdan danışıb

5-10-2020, 15:40 209 185 dəfə baxılıb

Çavuşoğlu NATO-nun baş katibi ilə görüşdə Qarabağdan danışıb


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş baş tutub.
Report xəbər verir ki, görüşdən sonra tərəflər birgə mətbuat konfransında iştirak ediblər.

Mətbuata açıqlama verən M.Çavuşoğlu Dağlıq Qarabağ problemini də qaldırıb:

“Ermənistanın mülki əhaliyə hücumu yeni deyil. Xocalıda insanları uşaq, qadın demədən necə qətl etdiyini görübsünüz. İndi təmas xəttində həm hərbçilərə, həm də dinc insanlara hücum edib, bir çox mülki vətəndaş həlak olub. Çarəsiz qalan Ermənistan dinc əhalini hədəf alaraq raket göndərməyə başlayıb, bu əslində hərbi cinayətdir. Azərbaycan isə öz torpaqlarını geri almaq üçün mübarizə aparır. Bütün beynəlxalq təşkilatlar və ölkələr ya çox balanslaşdırılmış olmağa çalışır ya da Ermənistanı dəstəkləyən açıqlamalar verir. Bu problemi çözmək üçün qurulan Minsk qrupundan Fransa açıq şəkildə Ermənistana dəstək verir. Həm Türkiyə, həm də Qərb ölkələri olaraq buranın ərazi bütövlüyünü dəstəkləyirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA