“Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” — Saakaşvili + VİDEO
dunya
Oxunub: 195 527
30 июл 2020 | 09:26
“Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” — Saakaşvili + VİDEO


Son dövrlər cəbhənin Tovuz istiqamətində ermənilər tərəfindən törədilən təxribat zamanı Azərbaycana qarşı Serbiya istehsalı olan silahlardan istifadə edilməsi barədə məlumatlar yayılıb. İddia edilib ki, bu silahlar Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana aparılıb. Məsələ ilə bağlı Gürcüstanın rəsmi şəxsləri bu məlumatı təkzib edərək ölkə ərazisindən Ermənistana heç bir silahın keçirilmədiyini bildiriblər.
"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili mövzu barədə İctimai Televiziyaya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Belə bir fikir var ki, 2008-ci ildə Gürcüstanın dar günündə Azərbaycan ona yardım əli uzatmışdı. Bu barədə nə düşünürsünüz?

- Azərbaycan bizə çox yardım edib. İlk növbədə 2005-ci ili yada salmaq istərdim. O zaman bizdə böyük enerji böhranı var idi. Gürcüstana daxil olan qaz boruları və elektrik xətləri kəsilmişdi. Azərbaycan bizi – milyonlarla gürcüstanlını soyuqdan qurtardı. Hətta deyərdim, aclıqdan, ölümdən xilas etdi. Bu, bir neçə həftə davam edirdi. Nə mən, nə Gürcüstan xalqı bu köməyi heç vaxt unutmarıq. Bundan sonra 2008-ci ildə ölkəmiz təcavüzə məruz qaldıqda Azərbaycan iqtisadi müstəvidə enerji hasilatı yönündə bir sıra tədbirlər gördü ki, bunlar Gürcüstan üçün həyati əhəmiyyət daşıyırdı. Bu əsl dost, əsl qardaş dəstəyi idi. Heç də hər qardaş Azərbaycanın göstərdiyi köməyi göstərməzdi. Belə məsələlər nəsillər, yüzilliklər boyu yaddaşlarda qalır.

- Azərbaycanla Gürcüstan arasındakı münasibətlər regionun inkişafı baxımından niyə strateji əhəmiyyət daşıyır?

- Çünki Azərbaycan və Gürcüstan iki qardaş ölkədir. Ölkələrimiz Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında yerləşir və bu çox mühüm rol oynayır. Həmçinin, xalqlarımız bir-birini sevir. Gürcüstanda çox böyük Azərbaycan icması var. Gürcüstan Azərbaycan üçün dünya bazarlarına çıxışı təmin edir. Azərbaycan Gürcüstan üçün əsas sərmayə, dəstək və ümumi inkişaf amilidir. Ona görə bu, demək olar ki, ideal bir uyğunluqdur.

- Son dövrlər Gürcüstan hökumətinin Serbiya silahlarını Gürcüstan ərazisi üzərindən Ermənistana ötürməsi barədə məlumat yayılıb. Bu məlumata münasibət bildirə bilərsiniz?

- Bu məlumat yoxlanıb təsdiqlənsə, ölkələrimiz arasındakı ənənəvi dostluq, xoşməramlılıq və qardaşlıq siyasəti ilə ciddi ziddiyyət təşkil edəcək. Təbii ki, Gürcüstan regionda münaqişələrin yox, sülhün bərqərar olmasında maraqlıdır. Biz anlamalıyıq ki, Gürcüstanın indiki hökuməti tam müstəqil deyil. Onlar güclü xarici təsir altındadır. Bu məhz Gürcüstanın xaricindən verilən tapşırıq ola bilər, Gürcüstan xalqının istəyi yox. Ölkəniz Gürcüstanın inkişafı üçün vacib amildir. Bizim Azərbaycanla münasibətlərimiz o səviyyədədir ki, onlara qarşı atılmış hər bir addım Gürcüstan xalqına qarşı atılmış bir addımdır.

- Bu məlumat istər Azərbaycanın rəsmi dairələrində, istərsə də ictimaiyyətdə çox böyük qınaqla qarşılandı. Bu, iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər?

- Yenə də, məlumat təsdiqlənsə, bu addım tək Azərbaycan xalqına qarşı yox, Gürcüstan xalqına da qarşı atılmış bir addım olacaq. Bu addım regionda sülhə qarşıdır, mənim şəxsi fundamental prinsiplərimə qarşıdır. Bunu təşkil edən insanlar cəzalandırılmalıdır. Azərbaycanın Gürcüstana bütün bu illər ərzində etdiyi yaxşılıqların müqabilində bu çox böyük nankorluq olar. Minnətdarlıq anlayışı təkcə insanlara yox, ölkələrarası münasibətlərə də xasdır. Bizim Azərbaycana qarşı nankorluq etməyə heç bir səbəbimiz yoxdur. Biz Azərbaycana dərindən minnətdar olmalıyıq.

- Gürcüstanda parlament seçkiləri yaxınlaşır. Bu məlumat seçkilərin nəticələrinə necə təsir göstərəcək?

- Düşünürəm ki, son 2 seçkilər zamanı Gürcüstanın müasir tarixində ilk dəfə olaraq Gürcüstan azərbaycanlıları müxalifətə səs verdilər. Mənim üçün bu çox əlamətdardır. Bu o deməkdir ki, azərbaycanlılar da gürcülərlə yanaşı, özlərini ölkənin sahibi hiss edirlər və ona görə məsuliyyət daşıyırlar. İndiki hakimiyyət onlarla oyun oynaya bilməz. Onlar Gürcüstanın vətənpərvərləridir. Onlar Gürcüstan üçün çox iş görüblər və gələcəkdə də görəcəklər. Biz onları Gürcüstan hökumətinə daha çox inteqrasiya etməliyik. Çünki onlar da Gürcüstan cəmiyyətinin üzvləridir. Bu nöqteyi-nəzərdən, Gürcüstan azərbaycanlıları təzyiqə və hədələrə rəğmən bu seçkilərə də əsl vətənpərvərlər kimi baxıb azad seçim etməlidirlər.

Сегодня, 16:11
Abidin Fərzəliyevin moyka biznesi: FAKTLAR və SÜBÜTLAR
Сегодня, 16:02
Aqiyə Naxçıvanlı: Prezidentin regionlara etdiyi səfərlər həm iqtisadi, həm də siyasi cəhətdən böyük önəm kəsb edir
Сегодня, 10:00
SENSASİYA! Gizli sənədlər, ələ keçirilən xəzinə - Tramp məxfi nüvə məlumatlarına sahibdir?
Сегодня, 09:37
Rusiya müharibədə Ukraynanın itkilərini açıqladı
Сегодня, 09:17
CİA şefinin Paşinyanla gizli anlaşmasının sirri açılır: Rusiya hərbi bazasının çıxarılması tələb olunur
Сегодня, 09:00
Azərbaycan Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verib
Сегодня, 02:08
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi
Сегодня, 02:04
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
Сегодня, 02:02
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu
Вчера, 18:02
İlham Əliyev “Ağsu Aqropark”da - Fotolar + Yenilənib
Вчера, 16:00
Həkimdən maska XƏBƏRDARLIĞI: Bu dalğa əvvəlkilərdən fərqli olacaq!
Вчера, 14:56
Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən fotolar paylaşıb
Вчера, 14:52
Prezident və xanımı “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda - YENİLƏNİB
Вчера, 14:48
İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib
Вчера, 14:22
Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb
Вчера, 13:41
Mehriban Əliyeva yeni video paylaşdı - VİDEO
Вчера, 13:37
Ermənipərəst politoloqdan sensasiya: Xankəndi, sülhməramlı etirafı, "kədərliyəm" çıxışı...
Вчера, 13:29
İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda açılışda
Вчера, 13:24
Azərbaycan əhalisinin sayı açıqlanıb
Вчера, 12:13
Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb, yaralanan var - FOTO
Вчера, 11:59
Türkiyə-Ermənistan müzakirələrinin detalları: xüsusi nümayəndələr 500 dəfə telefonla danışıb
Вчера, 11:56
Revanşist ermənilər də Qarabağdakı vəziyyətlə barışmağa başlayıb
Вчера, 11:46
Ukraynada sifarişlə həbs olunan Qarabağ qazisi Misirdən xəbər var - VİDEO
Вчера, 11:42
Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib
Вчера, 11:37
Prezident və xanımı “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar
Вчера, 11:03
İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib
Вчера, 11:00
Bu hərbçilər də ordudan uzaqlaşdırıldı